» » 1-ci xütbə


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
1-ci xütbə
+9
Müəllif: Fatimə Nuri Xuda | 26-08-2014, 22:00 | Baxılıb: 1 349
 

1-ci xütbə
İmam Əlinin (əleyhis-salam) səmanın və yerin yaradılışının, Adəmin  xilqətinin başlanğıcının xatırlandığı xütbələrindəndir.
Bütün danışanların mədh etməkdə və öyməkdə aciz qaldığı Allaha həmd olsun! Onun nemət və bəxşişlərini saymaq istəyənlər, sayıb qurtara bilməzlər.Çalışanlar Onun nemətlərinin haqqını qaytara bilməzlər. O, elə bir məbuddur ki, dərin düşüncəlilər belə Onu dərk edə bilməzlər. Əql və fikir dəryasına dalanlar (düşüncə dənizinə baş vuranlar) Onun zatının əslinə vara bilməzlər. (Vücudu mümkün olan Onun zatının həqiqətlərini necə dərk edə bilər?) O, elə bir məbuddur ki, sifətlərini əhatə edə bilən hüdud yoxdur. (Onun heç bir sifəti zatına əlavə deyil ki, məhdud olsun.) Nə də Onun mövcud və sabit (Onda məhdudlaşan, özəlləşən və Onun bütün sifətlərini əhatə edən) sifəti vardır. Onun üçün müəyyən edilmiş zaman da yoxdur.5 Nə də Onun üçün uzun müddət vardır.
Məxluqatı Öz qüdrəti ilə yaratdı. Küləkləri Öz mərhəmət və mehribanlığı ilə əsdirdi. Yerin hərəkətini, titrəyişlərini nəhəng daşlar və əzəmətli dağlarla möhkəmləndirdi.
Dinin əsası (Allaha sitayişin səbəbi) Onu tanımaqdır. (Bilinməlidir ki, varlıqları yaradan Odur.) Allahı tanımağın kamalı Onu təsdiqləyib Ona tərəf yönəlməkdir. Təsdiq etməyin kamalı tovhid və Onu tək bilməkdir. Tovhidin kamalı əməlləri Onun üçün xalis etməkdir.10 İxlasın kamalı Onun zatına əlavə olunmuş sifətin təsəvvür edilməməsidir. Çünki hər bir sifət vəsf olunandan ayrı olduğunu göstərir. Hər vəsf olunan isə sifətdən ayrı olduğuna dəlalət edir. (Buna görə də) Allahı vəsf edən (Onun zatına əlavə olunmuş sifətlə vəsf edərsə) Onun üçün hər hansı bir bənzər və tay bilmiş, («vacib-ül-vücud» olmaqda başqa mövcudu Ona tay tutmuş olar). Başqasını Ona tay bilən ikiliyə düşmüş olar. İkiliyə düşən isə Onun bölünüb-parçalana biləcəyinə inanmış olar12 Onun bölünə biləcəyinə inanan hər kəs Onu tanımır. Onu tanımayan Ona doğru işarə edər. Ona işarə edən Onu məhdudlaşdıraraq çevrələyər. (Onun üçün hədd və nəhayət yaradar.) Onu məhdud hesab edən Onu sayar. (Onu özündən xaricdə say vahidinə çevirər.) «Nədədir?» sualını verən isə Onu nəyinsə daxilində yerləşdirər. (Onun üçün yer və məkan seçər.) «Nəyin üstündədir?» deyə soruşan bəzi yerləri Ondan boş hesab edər.
Allah-təala həmişə olmuşdur, sonradan əmələ gəlmiş və yeni yaranmış deyil.  Yoxdan var olmayan bir varlıq və mövcuddur.15 Hər şeylə yanaşı olmadan onlarladır. (Beləliklə, O, hər bir şeylədir. Yəni, hər bir şey Onunla dirçəlib, mövcud olub.) Hər bir şeydən fərqlidir, amma onlardan kənar, ayrı deyil.16 İş görəndir, Ondan iş hasil olur, amma bu, nə haldan-hala keçmə, nə hərəkət və nə də alət mənasında deyil. (Əgər alət vasitəsilə iş görərsə, demək Onun Özündən başqasına ehtiyacı var. Ehtiyac isə nöqsandır. Vücudu vacib olanın nöqsanlı olması qeyri-mümkündür. Buna görə də zatən gözü olmadan) görəndir.
Yaratdıqlarından heç biri olmayarkən də görən idi. Onunla üns tutmaq (aramlıq tapmaq üçün) və yoxluğundan dəhşətə gəlməmək üçün üns tutulan və aramlaşdıran (əminlik əldə olunacaq bir şey) olmadığı halda da tək və vahid idi. (İndi ki, Onu tanıdın, qısacası bil ki, Odur tam qüdrət sahibi olan Allah ki,) fikir və düşüncədən istifadə etmədən, heç bir təcrübə və sınaqdan faydalanmadan, Özündə heç bir hərəkət yaratmadan20 və iztirablı, narahat nəfsin səyləri olmadan məxluqatı yaratdı. Hər bir şeyi yoxdan və heçlikdən öz vaxtında varlığa çevirdi (məsləhət olan anda onlara varlıq libası geydirdi) və onların müxtəliflikləri arasında uyğunluq yaratdı və təbiətlərini sabitləşdirdi. (Hər bir tələbat və təbiəti öz istedadı qədərincə olan yerdə yerləşdirdi) və O, təbiətləri həmin əşyaların ayrılmaz hissəsinə çevirdi22 halbuki onları yaratmamışdan öncə, onlardan agah idi. O, şeylərin hüdudlarını, ətrafını və sonlarını əhatə edirdi. O, əşya, onun hissə və kənarlarına bağlı olan şeylərlə də tanış idi (bütün məxluqatı ümumiliklərinə və xüsusiliklərinə qədər bilirdi).
(Allah-təalanı tanıdıqdan və aləmlərin yaranma tərzi barədə ümumi anlayışın olduqdan) Sonra (deyilənlərin ardı olaraq, indi müfəssəl şəkildə bil ki, Allah-təala öz güc və qüdrətiylə) ucsuz-bucaqsız səmaları yardı, onun ətraf və kənarlarını açdı, fəzanın yuxarısında hava və boşluq yaratdı. Daha sonra isə arasıkəsilməyən təlatümlü dalğaları olan və çoxluqdan bir-birinin üzərinə sıx yığılan suyu axdırdı. O, suyu möhkəm uğultu ilə əsən şiddətli və bərk küləyin belinə yüklədi, sonra isə küləyə o suyu (bir-birindən ayrılıb qopmaması üçün hər tərəfdən) qaytarmağı və möhkəm saxlamağı əmr etdi, küləyi suyun sərhədlərində saxladı və o suyun məkanında yerləşdirdi. Hava geniş və açıq küləyin altında, axan su isə yuxarısında (hərəkətdə idi). Bu zaman başqa bir külək yaratdı və onun əhatəsini məhdud etdi (O, küləyi başqa bir şey üçün deyil, yalnız su dalğası üçün yaratdı). Onu daima suyu hərəkət etdirməsi üçün yaratdı, onu möhkəm əsdirdi, onun yaranma mənşəyini (əsmə yeri öyrənilə bilinməyən hissəsini) əlçatmaz etdi. Sonra isə ona bol olan suyu hərəkətə gətirib bir-birinə qarışdırmaq və dənizlərin dalğasını təlatümləndirib qaldırmaq əmri verdi (dənizin özündən olan suyun hər bir hissəsini dalğalandırmağı əmr etdi). Sonra külək də suyu nehrə kimi çalxalayıb qarışdırdı, külək boş və geniş ərazidə əsirmiş kimi şiddətlə ona (doğru) əsdi. (O suyu elə çalxaladı ki,) suyun əvvəlini axırına qaytardı və hərəkətsizini, böyük su kütləsini yuxarı qalxıb, bir-birinin üzərinə sıx yığılmış su hissəsini köpükləndirəcəyi həddə qədər hərəkətə gətirdi. Sonra Allah-təala o köpükləri boş və geniş yerdə, açıq fəzada yuxarı qaldırdı, yeddi səmanı (O köpüklərdən heç bir əyrilik olmadan yaratdı). O, səmaların altında axıb tökülməsin deyə dalğa yaratdı, onların üstündə isə saxlayıcı sütunları olmadan, onları nizamlayan mıx (və ya kəndir) olmadan qorunan tavan yaratdı. Bu zaman O, səmaları ulduzlar və nur ələyənlərin işığı ilə zinətləndirdi. Onda günəşin nursaçan çırağını və parlaq ayı, dövr edən üfüqdə, seyr edən tavanda və hərəkətli lövhədə yerləşdiyi halda (ulduzların, günəşin və ayın hər birini) hərəkətə gətirdi.
Bu zaman isə səmaların arasını açdı, Özünün müxtəlif növ mələkləri ilə doldurdu (Onların birinci dəstəsi elə mələklərdilər ki,) onlardan bəziləri səcdə halındadırlar, ruku etmirlər, bəziləri isə ruku halındadırlar, ayağa qalxmırlar, bir dəstəsi isə cərgə ilə dayanıblar, öz yerlərindən kənara çıxmırlar və bəziləri də yorulmadan təsbih edəndirlər. (Mələklərin heç bir növü maddi olmadığına görə) onların gözlərinə yuxu, ağıllarına səhv gəlməz, onlarda nə süstlük, nə də unutqanlıq baş verər.
Onların başqa bir dəstəsi (ikinci dəstə mələklər) Allah vəhyinin əminləridir. Onun peyğəmbərləri uçün danışıq vasitəsi və tərcumanlarıdır, Onun hökm və fərmanlarını yetirmək üçün get-gəl edirlər. Onların bir dəstəsi isə (üçüncü hissəsi) Onun bəndələrinin mühafizəçiləri, behiştlərinin keşikçiləridirlər.Onların başqa bir hissəsinin (mələklərin dördüncü dəstəsinin) ayaqları yerin ən alt təbəqələrində sabitdir, boyunları ən yüksək səmaları ötüb, əzaları cahanın hüdudlarından kənara çıxıb, onların çiyinləri ərşin dayaqlarıyla bərabərdir. (İlahi nurun əzəmət və heybətindən) ərşin müqabilində nəzərləri yerə dikilib və onun altında özlərini qanadlarına bürüyüblər. O mələklər və onlardan daha aşağıdakılar arasında izzət hicabları və qüdrət pərdələri çəkilib. (O mələklərin Allahı tanımağı və mərifəti elə bir səviyyədədir ki,) Allahı xəyallarında canlandırmaz, məxluqatın sifətlərini Ona aid etməzlər, Onu məkanla məhdudlaşdırmazlar, bənzər və misli olanlarla Ona işarə etməzlər.

Bu xütbənin bir hissəsi Adəm əleyhis-salamın xəlq olunması barəsindədir

(Böyük Allah yeri, göyü, günəşi, ayı və ulduzları yaratdıqdan) sonra daşlıq ərazidən, torpağın hamar, əkin-səpinə yararlı yerindən və şoran torpaqdan bir qədər torpaq yığaraq onun üstünə təmizlənib saflaşana qədər su tökdü və bir-birinə yapışana qədər su ilə qarışdırdı. Yoğrulmuş torpaqdan ətrafları, üzvləri, birləşmələri və kəsişmələri olan surət yaratdı. Bir-birindən qopmaması üçün onu bərkitdi, möhkəmləndirib yumşaltdı, palçıq quruduqda müəyyən zaman üçün (onu öz ixtiyarına buraxdı. Bu vaxt ona ruh və həyat verilməsi üçün zəruri idi). Sonra qurumuş palçığa can verdi, insan şəklində ayağa qaldırdı. O, dərk oluna bilənlərin idrakında istifadə üçün idrak qüvvəsinə, işlərə yiyələnmək üçün düşüncəyə, özünə xidmət göstərmək üçün əzalara, işlərində hərəkət etdirmək üçün (əl və ayaq kimi) haqla batili, dadına baxılanlarla qoxulanları rənglərlə cinsləri bir-birindən ayırd etmək üçün fəhmə malik oldu. (Qurumuş palçıq elə bir insan oldu ki,) onun xilqəti və təbiəti müxtəlif rənglərlə qarışdı,26 bir-birinə bənzər şeylərə (sümük və diş kimi) biri digərinə zidd halətlərə, bir-birindən ayrı təbiətlərə sahib oldu (həmin təbiətlər bundan ibarətdir:) istilikdən (səfra), soyuqluqdan (bəlğəm), rütubətdən (qan), quruluqdan (sovda) və (təzadlı hallar isə bunlardır) sevinc və qəm (yuxu və oyaqlıq, aclıq və toxluq kimi hallar). Böyük Allah (insanı yaratdıqdan və onu Adəm adlandırdıqdan sonra) öz əmanətini mələklərdən istəyərək onlarla bağladığı əhd-peymanı yerinə yetirmələrini, (mələklərlə bağlanan əhd-peyman, onlara verilən əmanət bu idi:) Adəmə səcdə etmək üçün hazır olmalarını, onun böyüklük və əzəməti qarşısında təvazökarlıq göstərmələrini istədi. Beləliklə, Allah-təala onu xəlq etdikdə Adəmə səcdə etmələrini buyurdu. Şeytandan başqa hamı səcdə etdi. Şeytan qürurlandı və lovğalandı, bədbəxtlik ona qalib gəldi, təkəbbür etdi. Oddan yaradıldığına görə özünü böyük sayaraq bir parça quru torpaqdan yaranmış Adəmi özündən aşağı sandı. Beləliklə, Allah qəzəbinin ona şamil olması üçün Şeytana möhlət verdi. Və (şeytana da möhlət verdi) onun imtahan və sınağının tamamlanması, ona verdiyi vədin başa çatması üçün buyurdu: «Sən məlum günə qədər möhlət verilmişlərdənsən» (müəyyən olunmuş günə qədər həyatdan bəhrələn).
(Şeytanın İlahi əmrin əleyhinə çıxaraq, Adəmi öz qibləsinə çevirməməsindən, mələklər etdiyi kimi ona təzim etməməsindən) sonra Allah-təala Adəmə azad və xoş güzərana şərait olan məkanda yer verdi və onun məkanını (bütün hadisələrdən) amanında saxladı.30 Şeytandan və onun düşmənçiliyindən qorxutdu.31 Sonra düşməni onu aldatdı (Qurani-Kərimin Taha surəsinin 120-ci ayəsində buyurulduğu kimi:

 فَوَسْوَسَ إِلَيْهِ الشَّيْطَانُ قَالَ يَا آدَمُ هَلْ أَدُلُّكَ عَلَى شَجَرَةِ الْخُلْدِ وَمُلْكٍ لَّا يَبْلَى
 «Şeytan Adəmə vəsvəsə edərək dedi: «Ey Adəm! Səni əbədiyyət ağacı və zavalsız mülkə tərəf yönəltməyimi istəyirsənmi?» Belə sözlərlə Adəmi aldatdı). Sonra düşməni o Həzrətin əbədi sarayda olmasının və xeyir əməl sahiblərilə ünsiyyətinin paxıllığını çəkdiyinə görə onu aldatdı, beləliklə, (Adəm şeytanın vəsvəsəsinin təsirindən) öz yəqinliyini itirərək şəkk və tərəddüdə düşdü. (Qadağan olunmuş ağacın meyvəsindən yeməmək barədə) öz qərarını (Allahın əmrinə itaətdə) süstlük və səhlənkarlığa dəyişdi (və meyvədən yedi). Şadlıq və sevinc yerinə xofa və qorxuya mübtəla oldu (şeytana aldandığını görüb öz əməlindən xəcalət çəkdi) və peşmançılığını bildirdi. Beləliklə, Haqq-təala tövbənin yolunu öyrədərək rəhmət kəlməsini ona təlim etdi və yenidən Behiştə (əvvəlcə olduğu yerə) qaytaracağına söz verdi. Sonra onu dərd-qəmli, bəla ilə dolu olan dünyaya, nəsilartırma və övladlarının doğum yerinə göndərdi. 
Və böyük Allah onun övladları arasından peyğəmbərlər seçdi, onlardan vəhy və risalətin təbliği üçün əhd-peyman aldı (ki, Haqq-təala tərəfindən onlara çatdırılanların hamısını yerinə yetirəcəklər və xalqı Allahı tanımağa dəvət edərək bu yolda heç nədən çəkinməyəcəklər).35 Halbuki insanların çoxu (onlarda fitri olan) ilahi əhd-peymana vəfa etmədilər. Beləliklə, Onun haqqını bilmədilər (və Onu vahid saymadılar) və Ona bənzərlər, şəriklər qoşdular. Şeytanlar onları ilahi mərifətdən (ki, əsas və fitri məqsəd idi) daşındırdılar (aldatdılar) və Allaha sitayişdən çəkindirdilər. Beləliklə, Allah-təala onların arasından Öz peyğəmbərlərini seçərək onlarda fitri olan Tanrının əhd-peymanını tələb etmək və unudulmuş neməti (fitri tovhidi) xatırlatmaları, təbliğ yolu ilə onlarla söhbət etmələri (dəlillərlə danışmaları), gizlənmiş ağılları (ki, küfrün tozu altında gizlənmiş və zəlalətin, günahların qaranlığının təsirindən örtülmüş idi,) üzə çıxararaq işə salmaları və Allahın qüdrət nişanələrini onlara (insanlara) göstərmələri üçün onları bir-birinin ardınca göndərdi. (Və onun qüdrət nişanələri bunlardan ibarətdir:) Başlarının üstündə ucaldılmış səma, ayaqlarının altında sərilmiş yer, məişət güzəranları, məhv edən əcəllər, qocaldan və əldən salan xəstəliklər, dalbadal üzləşdikləri hadisələr. Allah-təala bəndələri göndərilmiş peyğəmbərlərdən, ya nazil edilmiş kitabdan, ya qəti dəlillərdən və ya möhkəm yoldan məhrum etmədi (və peyğəmbərlər) elə elçilər idilər ki, dostlarının azlığı və onlara qarşı çıxanların çoxluğu onları (risalətin təbliğindən) çəkindirmədi. Elə peyğəmbərlər idilər ki, gələcək peyğəmbərin adı qabaqcadan onlara deyilmişdi və ya ondan əvvəlki peyğəmbər onu tanıtdırmışdı.37 (Şeytan insanların çoxunu aldatdığına və elə buna görə də fitri əhd-peymanlarına vəfa etmədiyinə, Haqqın haqqını dandığına görə, böyük Allah da hüccətin tamam olması və insanların doğru yola yönəlməsi üçün bir-birinin ardınca peyğəmbərlər göndərdi.) Beləliklə də, əsrlər yarandı, ruzgarlar ötüşdü, atalar vəfat etdi və övladları onların yerinə keçdi. Nöqsan sifətlərdən münəzzəh olan Allah Öz vədini yerinə yetirmək, peyğəmbərliyi o Həzrətlə yekunlaşdırmaq üçün (ondan sonra peyğəmbər göndərməyəcəkdir) Allahın Rəsulunu (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçdi. (Çünki o böyük insanı sonuncu peyğəmbər seçəcəyini əvvəlki peyğəmbərlərə vədə vermişdi.) Peyğəmbərlərdən əhd-peyman almışdı,38 onun əlamət və nişanələri məşhurlaşdı. Anadan olduğu vaxt əziz və bəyənilmiş (vaxtların ən yaxşısı) idi və o vaxtlar camaat arasında dağınıq məzhəblər, çoxsaylı bidətlər, müxtəlif təriqətlər yayılmışdı. Bir dəstə Allah-təalanı Öz yaratdıqlarına bənzədirdi39 bəziləri Onun adında təsərrüf edirdilər.40 Bir dəstə isə Ondan qeyrisinə işarə edirdilər. Beləliklə, Allah-təala o Həzrətin vasitəsilə həmin insanları azğınlıqdan xilas etdi və onun şəxsiyyətinə görə onlara nadanlıqdan nicat verdi. Sonra (o Həzrət xalqı doğru yola yönəltdi, onları ilahi maariflə tanış etdi və xeyir-ziyanlarını bəyan etdi) Haqq-təala o böyük şəxsiyyətə öz yaxınlıq və rəhmətinin ən yüksək dərəcəsini əta etdi. Heç kəsin təsəvvürünə gətirə bilmədiyi məqam və rütbəni onun üçün bəyəndi, meylini dünyadan Özünə tərəf döndərdi. Onu müsibət və bəlalardan qurtararaq ruhunu Öz dərgahına götürdü. Ona və Əhli-beytinə Allahın salamı olsun! (Camaatın qiyamət gününə qədər doğru yola yönəldilməsi üçün özünün dünyadan köçməsindən əvvəl) sələfi olan peyğəmbərlərin öz ümmətləri arasında qoyduğunu sizin aranızda qoydu. Çünki peyğəmbərlər onları aydın yolsuz və aşkar nişanəsiz özbaşına buraxmamışlar. O Həzrət də Allahınızın Kitabını sizin ixtiyarınızda qoydu. Onun halal-haramını, vacib-müstəhəblərini, nasix-mənsuxunu, ruxsət və əzaimlərini, ümum və xüsusunu, ibrət və məsəllərini, mütləq və müqəyyədini, möhkəm və mütaşabehini bəyan etməklə mucməllərini təfsir, müşküllərini aşkar etmişdir. Və o kitabın mətləbləri bilmək və öyrənmək vacib olandan onu bilməməyin maneəsi olmayandan44 vacibliyi sübuta yetirilmiş, sünnədə isə nəsx edilib aradan qaldırıldığı məlum olandan əməl edilməsi sünnədə vacib olan və ona əməl edilməməsinə də icazə veriləndən46 xüsusi bir vaxtda vacib olan, başqa vaxtlarda isə vacib olmayandan ibarətdir. O kitab haram olmuşlar arasında fərq qoymuşdur: Belə ki böyük günah törədənə atəş və əzab vədəsi vermiş,48 kiçik günaha batan kəs üçün isə bağışlanmaq hazırlamışdır. Və (yenə də o kitabın mətləbləri) azının qəbul edildiyi, çoxunun isə daha layiqli, bəyənilən olan və ilzami olmayan şeylərdən (ibarətdir).

Bu xütbənin bir hissəsi də Həcc barəsindədir

(Kəbənin tikilməsinin bəzi sirləri, Həcc ziyarətini yerinə yetirənlərin əməlləri və imkanı olanın onu ziyarət etməsinin vacibliyi xatırlanmışdır) Böyük Allah Beytül-Həramın ziyarətini sizə vacib etdi (elə bir Evin həccini ki, ora daxil olanlara bir çox şey haram edilmişdir) və onu xalqın qibləsi etdi. Həcc ziyarətini yerinə yetirənlər oraya dördayaqlılar kimi daxil olar, göyərçinlərin (öz yuvalarına olan) şövqü kimi ora gəlməyə şövqlə can atarlar. Pak olan Allah xalqın Onun əzəmət və böyüklüyü qarşısında baş əyməsi, izzət və səltənətinin onlar tərəfindən təsdiqi üçün o evi bir əlamət və nişanə etdi. Öz bəndələrindən dəvətini eşidib qəbul edənləri seçdi52 və fərmanını təsdiqləyərək yerinə yetirər. Onlar peyğəmbərlərin yerində dayanıb özlərini Allah-təalanın ərşini təvaf edən mələklərə oxşadırlar və Allaha bəndəlik, sitayiş müamiləsindən (imanın sərmayəsi ilə) böyük qazanc götürürlər. Onun, günahları bağışlayacağını vədə verdiyi yerə (çatmaq üçün) tələsir, bir-birindən önə keçirlər. Pak Allah o Evi İslamın əlamət və nişanəsi, pənah gətirənlərin pənahgahı etdi, onun həccini vacib, ehtiramının qorunmasını lazım bilib ora getməyi əmr etdi. Sonra (Qurani-Kərimin Ali-İmran surəsinin 97-ci ayəsində) buyurdu: «Beytül-Həramın ziyarəti insanlardan, ora getmək iqtidarında olanın üzərində Allahın haqqıdır. (Bu haqqı yerinə yetirmək vacibdir.) Haqq-təalaya kafir olan hər kəs (ora getməyə iqtidarı olduğu halda İlahi əmri yerinə yetirməzsə) Allah-təalaya heç bir ziyan vurmayıb, çünki Allahın dünya əhalisinə ehtiyacı yoxdur (bəndələrin ibadət və imanına möhtac deyil. Deməli, itaətsizlik edən özü ziyana uğramış olar).

Kitabın adı: Nəhcül-bəlağə (xütbələr)
Müəllif: Seyyid Rəzi

 
 
Bölmə: Nəhcül Bəlağə
Şərhlər: 2
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 28 Ağustos 2014 16:47 | Redaktor | Şərh yazdı
ALLAH RAZİ OLSUN BACİM.ALLAH ELMİNİ BİLİYİNİ KAMİL ETSİN İNSALLAH.           NƏHCÜL BELAĞƏ KİTABİ MENDE VAR VE OXUYUB BİTİRMİSEM. ALLAH SENİ DAİMA QORUSUN AMİN İNSALLAH AMİN

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Nurane | Status: İstifadəçi Offline | 27 Ağustos 2014 19:03 | İstifadəçi | Şərh yazdı
Allah razı olsun bacım

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.