5-ci dərs: Qəzəblənmək
+5
Müəllif:
RuQeYyA | 26-08-2014, 10:00 | Baxılıb: 1 108
5-ci dərs: Qəzəblənmək
Əziz qardaş, bacardığın qədər qəzəblənmə və nəfsini mərhəmət zinətilə zinətləndir. Bil ki, bütün pisliklərin açarı qəzəbdir. Şiddətli qəzəb sahibini vaxtsız ölümə aparır. Rəsulullahdan (s) nəql edilən hədisdə buyurulur: "Sirkə balı xarab etdiyi kimi qəzəb də imanı zay edər" ( Usulul-kafi" c.2, səh.229)
Qəzəblənməyin pis olduğunu bilmək üçün qəzəblənən insanın əməllərinə diqqət yetirmək kifayədir. (Təbərsi özünün "Miftahul-ənvar" kitabının 323-cü səhifəsində deyilir:" İmam Sadiq (ə) buyurub: "Qəzəb bütün şər işlərin açarıdır". Həmçinin İmam Əmirəl-möminin (ə) buyurub: "Qəzəblənmə, qəzəbin əvvəli dəlilik, sonu isə peşmançılıqdır. Çünki qəzəb öz sahibinin eyiblərini üstünü açır")
Kitabın adı: Əxlaq elmindən 50 dərs
Müəllif: Şeyx Abbas Qummi
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.