Əbubəkr dedi: Ey Ömər! Səni and verirəm Allaha! Məni öz sərf işlərindən uzaq et! And olsun Allaha! Əgər o, səni və məni öldürmək istəsə, sol əli ilə öldürər və sağ əlinə ehtiyacı olmaz.Bizi onun əlindən bu üçü şeydən başqa heç bir şey xilas etməyibdir:
1.O, təkdir və köməyi yoxdur.
2.Peyğəmbərin (s) sifariş və vəsiyyətinə riayət edir.
3.Əli (ə) bu qəbilələrin hər birinin heç olmasa bir adamını öldürüb. Onlar kinli dəvə kimi Əli (ə)-ın kinəsini saxlayırlar.
Sən də yaxşı bilirsən ki, əgər bu səbəblər olmasaydı, xilafət Əli (ə)-a çatardı. Düzdür ki, belə olan surətdə bizim üçün yaxşı olmayacaqdı. Amma bilməlisən ki, bu dünya Əli (ə)-ın gözündə çox qiymətsizdir.
Əbubəkr Əli (ə)-dan qorxduğu üçün Ömərə tövsiyə edir
Ey Ömər! Nə qədər ki, bu kişinin (Əli (ə)) səninlə işi yoxdur, ondan əl çək! Xalidin "Əlini öldürəcəyəm" o dediyi söz, səni aldatmasın. Onun bu işə cürəti yoxdur. Əgər Xalid bu işi görmək istəsə, Əli (ə)-ın əlində ölən ilk şəxs onun özü olacaq.
Əli (ə)-ı qətlə yetirmək planı
Əli (ə) qətiyyətli rəftarı, Ömər və Əbubəkrin fikrini çaşdırmışdı. Onlar tələsik qərarlar tutmağa vadar olurdular. Qəsbkarlar Əli (ə)-dan çox qorxurdular. Amma bununla belə, nəhayət onun öldürülməsini qərara aldılar.
Onlar iclas təşkil verib öz aralarında dedilər:
"Əli (ə)-ın bizə dedikləri sözləri eşitdinizmi və bizimlə necə rəftar etdiyini gördünüzmü? And olsun Allaha! Əgər Əli (ə) birdə belə bir məclis təşkil etsə,bizim xilafətimiz suquta uğrayacaq. Nə qədər ki, o, diridir, heç bir şey bizə nuş olmayacaq. Əgər camaatı yığıb bizimlə mübarizəyə qalxsa biz amanda olmayacağıq. Çünki o, ərəbin ən şücaətli şəxsidir. Siz bilirsiniz ki, biz ona,qarşı nə cinayətlər etmişik. Əmisi oğlunun hökümətini onun əlindən almışıq. Halbuki, bizim heç birimizin xilafətə çatmağa haqqımız yox idi. Həmçinin Fədəyi onun həyat yoldaşından zor ilə almışıq."
Mənbə: "Fatimə Zəhra xütbəsi" kitabı