"Casiyə” surəsi
İmam Sadiq (ə) buyurdu: Casiyə surəsinin oxuyan kəsin savabı bundan ibarətdir ki, o heç vaxt Cəhənnəm atəşini (odunu) görməz, onun gurultulu nə`rəsini eşitməz və Məhmmədlə (s.ə.v.v) bir yerdə olar.
Həzrəti-Rəsul (s.ə.v.v) buyurdu: Hər kəs ha-mim Casiyə surəsini oxusa, Allah hesab və Qiyamət günü onun övrətini örtər, və onun qorxmasını aradan aparar.
Hər kəs bu surəni yazıb özündə saxlasa, qorxduğu bütün şeylərdən amanda qalar. Həmçinin bu surəni yazıb başının altında qoysa, cinlərin şərrindən qorunar.
"Əhqaf” surəsi
İmam Sadiq (ə) buyurdu: Bir kəs hər gecə və yaxud həftədə bir dəfə Əhqaf surəsini oxusa, Allah onu bu dünyada qorxu və iztiraba düçar etməz, Qiyamət gününün qorxusundan da amanda qalar, inşəllah.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Əhqaf surəsini oxusa, dünyada olan qumların sayı qədər ona həsanat veriləcək, onun on pis işini (günahını) məhv edib, ona on dərəcə veriləcək.
Mənbə: "Quranla dərman" kitabı