Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Sual 61: Qızın ailəsi ehtiyaclı olduğu cehizi bir dəfəyə almaq imkanında deyil. Əgər iş qazancından tədricən cehiz alsalar, bu əşyalara xüms düşürmü?
İmam (r), Xamenei, Sistani, Nuri, Fazil və Vəhid: Əgər il ərzində, həmən ilin gəlirindən hazırlasalar və şə`nlərinə uyğun olsa xümsü yoxdur.
Safi və Behcət: Qızın ərə getmək yaşına yaxın olduğu vaxtda hazırlanan cehizə xüms düşür.
Məkarim: Əvvəlcədən cehiz toplamaq adi xərclərdən və xalq arasında yayılmış bir iş, onu toplamamaq isə eyb hesab olunarsa xümsü yoxdur.
Təbrizi: İzdivac ilində toplanan hissənin xümsü yoxdur. Əvvəlki illərdə hazırlanan hissənin isə vacib ehtiyata əsasən xümsü verilməlidir. Bəli, yetkinlik yaşına çatmazdan öncə ona bağışlanan əmlakın xümsünü vermək qıza vacib deyil.
Sual 62: İl tamamlandıqdan sonra cehiz almaq üçün ehtiyat saxlanmış qazanc puluna (bir dəfəyə cehiz almağa imkan olmadığı üçün) xüms düşürmü?
İmam (r), Təbrizi, Safi, Sistani, Məkarim və Vəhid: Bəli, xüms düşür.
Nuri: Xümsü yoxdur.
Fazil və Behcət: Əgər ehtiyat yığılmış pul qısa müddət ərzində saxlanarsa (məsələn üç ilə qədər) xümsü yoxdur.
Xamenei: Əgər yaxın gələcəkdə (məsələn, xüms ilindən iki-üç ay sonrayadək) cehiz almaq üçün ehtiyat pulu yığılarsa və onun xümsünü verdikdə cehiz almaq mümkün olmazsa, xümsü yoxdur.
Bəylik əşyalarının xümsü
Sual 63: Oğlanların toydan öncə izdivac üçün topladığı əşyalar cehiz kimidirmi və xümsü yoxdurmu?
İmam (r), Xamenei, Fazil, Behcət və Nuri: Əgər ehtiyacları olduğu şeyləri lazım olan vaxtda hazırlaya bilmirlərsə və bu şeyləri həmin ilin gəlirindən hazırlayırlarsa xümsü yoxdur.
Təbrizi və Safi: Xüms düşür.
Məkarim, Sistani və Vəhid: Əgər bu iş qızın cehizinin hazırlanması kimi xalq arasında yayılmış və adi xərc hesab olunarsa, xümsü yoxdur.
İzdivac pulunun xümsü
Sual 64: İzdivac üçün saxlanmış pula xüms düşürmü?
İmam (r), Məkarim, Sistani, Təbrizi və Safi: Xüms düşür.
Xamenei: Əgər yaxın gələcəkdə (məsələn xüms ilindən üç ay sonrayadək) həyata keçən izdivacın xərclərini ödəmək üçün ehtiyat pulu yığılırsa və xüms vermək bu şeylərin hazırlanmasına mane olursa, xümsü yoxdur.
Nuri: Xümsü yoxdur.
Fazil və Behcət: Əgər ehtiyat pulun yığılması qısa müddət ərzində və orta həddə (məsələn, üç ilə qədər) olarsa, xümsü yoxdur.
Mənbə: "Xümsün hökmləri" kitabı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |