Oruc ikinci fəcildən, yəni sübh vaxtının girməsindən başlayaraq günəş batanacan yeməkdən, içməkdən və cinsi münasibətlərdən çəkinmək deməkdir.
Oruc kəlməsi ərəbcə "siyam” və "savm ” adlanır. Nəfs saxlamaq və əngəlləmək mənasını verir. "Siyam” sozu "savm”ın cəm şəkli kimi də işlədilir.
Ramazan orucu Allah Rəsulunun (s.a.s) hicrətindən il yarım sonra Şəban ayının onuncu günü fərz qılınmışdır. Bu ibadətin vacibliyi Kitab, sünnə və icmada təsdiqini tapmışdı. "Oruc sizə vacib buyuruldu” ("bəqərə” surəsi, 2/183) ayəsi vacibliyi bildirir.
Ürəyi istəyən istədiyi vaxt eləməyə alışmış adam oruclu vaxtlarda bu qədər sərbəst ola bilmir. Məsələn, vaxtlı-vaxtsız yeməyə öyrəşmiş adam, oruc tutduğu gün məcburən axşamın düşməsini gözləyir. Beləcə, gözləməklə, səbirini basıb dözməklə qənaəti öyrənir. Plansız və məsuliyyətsiz həyatdan uzaqlaşmış olur.
Mənbə: "Ramazan üfüqü" kitabı