Sən müsəlman olmadınmı?
Bir gun Allah Rəsulu (s.ə.s) namaz qılarkən Yezid adında bir səhabə onun yanına gəlmiıdi. Camaat namazını qılıb qurtarana qədər məsçiddə oturub onları gözəyir. Peyğəmbər əfəndimiz (s.ə.s.) namazını qılıb qurtardıqdan sonra çevrilib Yezidin kənarda oturduğunu vğ namaza qoşulmadığını görüncə:
- Ey Yezid! Sən müsəlman olmadınmı? - deyir.
- Oldum, Ya Rəsulullah.
Allah Rəsulu (s.ə.s.):
- Elə isə bəs niyə camaatla namaz qılmadın?
- Siz artıq namaz olarsınız deyə fikirləşdiyim üçün namazımı evdə qılıb gəldim.
Bunu eşidən Nəbilər Nəbisi (s.ə.s) belə buyurur:
- Bir yerə getdiyin zaman orada insanlar namaz qılarkən görsən, səndə onlarla birlikdə namaz qıl. Daha əvvəl bu namazı qılmış olsan belə, camaatla qıldığın namaz sənin üçün nafilə olar. Evdə qıldığında fərz sayılar. Hər kim ki, namazın ilk təkbirinə çataraq qırx gün camaatla namaz qılarsa ona iki bəraət verilər, bir cəhənnəmdən qurtuluş bəraəti, digəri də münafiqlikdən uzaq olma bəraətidir.
Mənbə: "Ibadət həyatımız hədis və hədislərin dili ilə namaz" kitabı