İmam Cəfəri Sadiq (ə) buyurur:
"Namazlardan sonra dua edin, çünki, belə bir dua qəbul olar"
İmam Baqir (ə) buyrur:
"Cümə axşamı gəldikdə Allah təala buyurar:
"Bir dua edən varmı ki,onu bağışlayım? Tövbə edən varmı ki,tövbəsini qəbul edim?"
Həzrət peyğəmbər (s) buyurub:
"Duanın ən yaxşı vaxtı səhər çağıdır."
İmam Cəfər Sadiq (ə) buyurdu:
"Günəş çıxmazdan və batmazdan qabaq dua etmək vacib göstəriş və sünnədir, əlbəttə günəşin çıxmağı və batmağı ilə birikdə."
Həzrət peyğəmbər (s) buyurub:
"Şübhəsiz gecənin elə bir saatı vardır ki,o saatda bəndənin hər bir duası qəbuldur. O saat gecənin yarısı ilə qalan üçdə bir hissəsi arasındadır."
Ravi deyir:
"O xüsusi bir gecədir, yoxsa bütün gecələrə aiddir?
Həzrət buyurdu:
"Hər bir gecəyə aiddir."
İmam Cəfər Sadiq (ə) buyurub:
"3 vaxtda dualar qəbul olar:
1-Vacib namazdan sonra.
2-Yağış yağan halda.
3-Allah tərəfindən öz bəndələri üçün bir nişanə və ya möcüzənin aşkar olduğu halda"
Mənbə: "Mənəvi xəzinələr" kitabı