Həzrət Əli (ə) buyurur:
"Xoş o kəsin halına ki, Allaha ibadət etmək müvəffəqiyyətinə nail olub, günah və xatasına isə ağlayır.”
Həzrət Məhəmməd (s) buyurur:
"Allah-təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahuzarını eşitsin.”
İmam Sadiq (ə) buyurur:
"Ailə xərcinin qorxusundan evlənməyən kəs Allaha qarşı sui-zənn etmişdir.”
Həzrət Məhəmməd (s) buyurur:
"Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər.”
Həzrət Məhəmməd (s) buyurur:
"Allah-təala ata və anaya yaxşılıq edən insanın ömrünü uzadar.”
Həzrət Məhəmməd (s) buyurur:
"Çox gülmək qəlbi öldürər.”
Həzrət Məhəmməd (s) buyurur:
"Gülən halda günah edən şəxs ağlayan halda cəhənnəm oduna daxil olar.”
Həzrət Əli (ə) buyurur:
"Sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuzuna satmayın.”
İmam Əli (ə) buyurur:
"Çoxlarının orucu susuz qalmaqdan başqa bir şey deyildir.”
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.