Həzrəti Peyğəmbər (s) buyurur:
"Dua düşmənləri aradan aparmaq üçün möminin silahı və habelə sütunudur ki,onun vasitəsi ilə möminin dini bərpa olur.(həmçinin dua) göy və yerin nurudur." (Biharul-ənvar,93-cild,səh.288).
İmam Cəfəri Sadiq (ə) buyurur:
"Dua elə bir ibadətdir ki, Allah təala onun haqqında buyurmuşdur:
"Şübhəsiz Mənim ibadət və pərəstişimdən təkəbbürlük edib (boyun qaçıranlar) tezliklə zillətlə Cəhənnəmə daxil olacaqlar."
Daha sonra buyurur:
"Dua edib Allahı çağır və "işlər İlahi təqdir əsasında yerinə yetəcəkdir" (sözünü) demə." (Vəsailuş-şiə).
Həzrəti Peyğəmbər (s) buyurur:
"Xalqın ən bacarıqsızı, dua etməkdən aciz olanıdır." (Mişkatul-ənvar).
İmam Rza (ə) buyurur:
"Dua nizədən (silahdan) daha yararlıdır. Dua asimandan nazil olmuş və möhkəmlənmiş qəzanı (insan başına gələn hadisəni) belə, qaytarır və dua bütün rəhmətlər açarıdır."
İmam Cəfəri Sadiq (ə) buyurur:
"Allah-təala bəndələrin bir-birindən xaiş etməsini sevmir, (amma) bu işi öz haqqında bəyənir. Çünki Allah-təalanın (bəndələrinin) ondan xahiş edib İlahi nemətləri ondan diləmələrindən xoşu gəlir."
İmam Muhəmməd Baqir (ə) buyurur:
"Allah yanında heç bir şey (əməl) Ondan istəməkdən üstün deyildir."
Həzrət Peyğəmbər (s) buyurur:
"Duaya müvəffəq olanın bədbəxtliyi yoxdur. Allah-təala (Bəndəsinə)dua etmək tofiqi verərsə, bu onun üzünə Allahın rəhmət qapılarının açılmasının əlamətidir" (Vəsailuş-şiə)
İmam Cəfəri Sadiq (ə) buyurur:
"Mömin bəndə dua edərkən, Allah təala öz Mələklərinə buyurar:
"Bu bəndənin duası qəbul olsa da (hələlik) onun hacətini gecikdirin .Çünki Mən onun səsini eşitməyi sevirəm."
İmam Rza (ə) öz səhabələrinə buyurdu:
"Peyğəmbərin silahını sizə tövsiyə edirəm."
Dedilər:
"Peyğəmbərin silahı nədir?"
Həzrət buyurdu:
"(Peyğəmbərlərin silahı) duadır."
İmam Musa Kazim (ə) buyurdu:
"Hər bir xəstəliyin dərmanı və duası vardır. Hər vaxt Allah-təala dua etməyi bir xəstənin yadına salarsa, şübhəsiz onun şəfa tapmasına izin vermişdir."
Mənbə: "Mənəvi xəzinələr" kitabı