» » » Gənclər üçün üsuliddin haqqında 12-ci Dərs


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Gənclər üçün üsuliddin haqqında 12-ci Dərs
    +9
    Müəllif: Admin | 29-06-2014, 21:00 | Baxılıb: 1 734

    12-ci Dərs

     

    Allahın ədalətinə dair sübutlar

    1.Ağıl nəzərindən yaxşılıq və pislik

    Bilməliyik ki, insan ağlı bir həddə qədər yaxşılıq və pisliyi dərk edir. (Bu bəhsin adını alimlər «ağıl nəzərindən yaxşılıq və pislik» adlandırmışlar).

    Məsələn, bilirik ki, ədalət, ehsan vermək yaxşı, zülm, paxıllıq isə pis işdir. Hətta, bunu din və məzhəb ortaya çıxmazdan qabaq da bilirdik. Düzdür, bir sıra işlər var ki, insanın ağıl və düşüncəsi onu anlamaqda acizdir və bu işdə gərək, peyğəmbər (və imamlar) onlara kömək etsin.

    Deməli, müsəlmanlardan «əşariə» adlanan bir qrup hətta ədalət və zülm kimi  işlərin «ağıl» nəzərindən yaxşılıq və pisliyini inkar edirsə və yaxşılıq və pisliyi təyin etməyi Allahın öhdəsinə qoyursa, açıq-aşkar səhvə yol verir.

    Əgər insanın ağlı yaxşılıqla pisliyi təyin edə bilmirsə, bəs onda « Allah möcüzəni yalançı şəxslərə verməz» məsələsini necə anlaya bilərik? Lakin yalan danışmağın pis iş olduğunu və  Allahın belə bir iş görmədiyini bildikdə anlayırıq ki, Allahın verdiyi bütün vədlər haqq, (peyğəmbərlərmin vasitəsi ilə)  dediyi bütün sözlər həqiqətdir. O, heç vaxt yalançıya (özünü yalandan peyğəmbər adlandıran şəxsə) kömək etməz və ona möcüzə  göndərməz. Bununla da şəriət və dinə etimad etmək olar.

    Deməli, belə nəticəyə gəlirik ki, ağıl nəzərindən yaxşılıq və pislik məsələsi dinin əsas bəhslərindən biridir. (Diqqət.)

    İndi isə Allahın ədalətinin sübutlarına qayıdırıq. Bu həqiqəti (Allahın Adil olduğunu) anlatmaq üçün gərək, bilək ki:

    2.Zülmün mənbəyi və səbəbi aşağıdakı işlərdən biridir

    A)Cəhl və nadanlıq

    Zülm edən şəxs bəzən nə etdiyini bilmir. Başqasının haqqını tapdaladığını bilmir və öz işindən xəbərsizdir.

    B)Ehtiyac

    Bəzən başqalarının əlində olan şey insanı məcbur edir ki, bu şeytani işə (zülmə) əl atsın. Ancaq əgər insanın həmin şeyə ehtiyacı olmasaydı, bu işə əl atmazdı.

    V)Acizlik

    Bəzən insan başqasının haqqını kəsmək istəmir, lakin buna imkan və qüdrəti çatmır və istər-istəməz zülm edir.

    Q)Xudbinlik, qəzəb, intiqam və kin-kudurət

    Bəzən ola bilsin ki, yuxarıda deyilən səbəblərdən heç biri ortada olmasın. Lakin xudbinlik və özünüsevmə insanın zülmə əl atmasına, yaxud  intiqam, qəzəb və ya qəlbində olan kin-kudurət üzündən zülm etməsinə bais olur.

    Yuxarıda deyilən səbəblərin heç birinin Allahda olmadığını nəzərə almaqla belə nəticəyə gəlmək olar ki, Allah heç vaxt zülm etməz. Çünki o, hər şeyi bilir (deməli, zülmün birinci səbəbi olan cəhl onun vücudunda yoxdur), heç kimə ehtiyacı yoxdur (deməli, zülmün ikinci səbəbi olan ehtiyac da onda yoxdur) və o, hər bir insana mehribandır (və zülmün heç bir səbəbi onda yoxdur. Deməli, o zalım deyildir). O, sonsuz bir varlıqdır və onun kamalının həddi-hüdudu yoxdur. Belə bir varlıqdan ədalət və xeyrdən başqa bir iş baş verməz. Zalım və kafirləri cəzalandırarsa, bu onun zülmünə dəlalət etmir. Əksinə, kafirlərin öz əməllərinin nəticəsidir. İndi də gördükləri işlərin nəticəsinə yetişirlər. Elə bil, narkotik maddələr və spirtli içkilər içməklə bir nəfər özünü sağalmaz və məhvedici xəstəliklərə düçar edir.

    Quran bu məsələni belə açıqlayır: «Bu, yalnız (dünyada gördüyünüz pis) əmələrin nəticəsidir. (Sizə artıq və əlavə heç bir şey edilmir.)» (Nəml, 90).

    3.Quran və Allahın ədaləti

    Diqqəti cəlb edən məsələ budur ki, Quranda da Allahın ədaləti barədə çoxlu ayələr gəlmiş və bu məsələ çox gözəl surətdə bəyan olunmuşdur.

    Bir ayə belə buyurur: «Doğrudan da, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər.» (Yunis, 44). Başqa bir ayədə oxuyuruq: «Doğrudan da, Allah (heç kəsə) zərrə qədər belə zülm etməz (Nisa,40). Qiyamətdə sorğu-sualın da ədalətlə keçirələcəyi barədə deyilir: «Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq və zülm edilməz» (Ənbiya, 47). (Xatırladaq ki, sonuncu ayədə deyilən tərəzi insanın yaxşı və pis əməllərini ölçən tərəzidir və bu dünyanın tərəziləri kimi adi tərəzi deyildir.)

    4.Ədalətə dəvət

    Bundan öncə dedik ki, insan gərək, Allahın sifətlərini özünə nümunə və örnək etsin. Bununla da Allahın sifətləri cəmiyyətdə icra olunsun. Buna əsasən, Quran Allahın ədalətinə işarə etdiyi qədər cəmiyyətdə və insanların hər bir fərdi tərəfindən də ədalətin icra olunmasına böyük əhəmiyyət verir. Quran bir çox ayədə insanların və keçmiş nəsillərin azğınlığının əsas səbəbini zülm olaraq göstərmişdir və onları ən acınacaqlı əzaba düçar olmuş insanlar hesab etmişdir.

    Qurani-Kərim keçmiş nəsillərin başına gələnləri bəyan etməklə zülm və fəsadın nəticəsində keçmiş nəsilləri Allah əzabına düçar olduğunu deyir və insanları xəbərdar edir-qorxun ki, siz də zülmün nəticəsində belə bir əzaba düçar olasınız.

    Quran açıq-aşkar və ümumi bir qayda-qanun kimi buyurur: «Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara haqqını verməyi (kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) tövsiyə,  zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir.» (Nəhl,90).

    Təəccüblü budur ki, zülm etmək pis və bəyənilməz iş olduğu kimi, zülmü qəbul etmək də İslam və Quran nəzərindən pis və bəyənilməz bir iş hesab olunur. Bunu Bəqərə surəsinin 279-cu ayəsi də bəyan edir: «Nə zülm edərsiniz, nə də sizə zülm olunar. (Nə zülm edin, nə də zülmü qəbul etməyin.)»

    Qısa sözlə desək, zülmü qəbul edib zalıma boyun əymək zalımı daha da həvəsləndirir, nəticədə həddən artıq çox zülm olunur. Bu iş (zülmə tabe olmaq) özü də bir növ zülm hesab olunur.

    Fikirləşin və cavab verin

    1.İnsan ağlı müstəqil şəkildə və şəriəti nəzərə almadan yaxşını və pisi təyin edə bilərmi?

    2.Zülmün səbəbi nədir? Allahın ədaləti barədə hansı əqli dəlil vardır?

    3.Quran Allahın ədaləti və zülmü barədə nə buyurur?

    4.İnsanın ədalət və zülm qarşısında vəzifəsi nədir?

    5.Zülmü qəbul edib zalıma tabe olmaq günahdırmı?



     

    Kitabın adı: Gənclər üçün üsuliddin haqqinda 50 dərs
    Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi


     
     
    Bölmə: Dərslər / Üsuliddin
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 30 Haziran 2014 18:00 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Zəhra Huseynçi | Status: İstifadəçi Offline | 30 Haziran 2014 16:28 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun qardaw HAqqinizi halal edin...?

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 30 Haziran 2014 11:18 | Redaktor | Şərh yazdı
    ALLAH RAZI OLSUN.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Nur Gul | Status: İstifadəçi Offline | 30 Haziran 2014 09:11 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun..

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.