![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

Sual 163: Quran möminləri qələbə ilə müjdələdiyi halda, nə üçün bəzi möminlər şəhadətə yetişir?
Cavab: «Qələbə» sözünün mənası olduqca genişdir. «Səffat» surəsinin 172-ci ayəsində möminlərə belə bir vədə verilir: «Onlar mütləq qalib gələcəklər». Bəs nə üçün imam Hüseyn (ə) Kərbəla vaqiəsində şəhadətə yetişdi? Şəhadəti məğlubiyyət hesab etmək olarmı?
Təsəvvür edin ki, bir peyğəmbər düşmənlə döyüşdə şəhadətə yetirilib. Amma onun dini cəmiyyəti öz təsiri altına alaraq, batil əqidələrə qalib gəlib. Diqqət etsək görərik ki, həmin peyğəmbər əslində qalib gəlmişdir. Qələbə bir insanı yox, onun əqidəsini sındırmaqdır. Bəli, imam Hüseyn (ə) Kərbəlada qətlə yetirildi. Lakin bütövlükdə Kərbəla vaqiəsi İslamın taleyində tarixi dönüş nöqtəsinə çevrildi.
Qələbənin digər bir növü, tədrici qələbədir. Belə bir qələbə əsrlərcə davam edən mübarizədən, neçə-neçə nəsillərin şəhadətə yetişməsindən sonra əldə edilir.
Ən əsas nöqtələrdən biri isə, əbədiyyət məsələsidir. Yəni dünya səadəti axirət səadəti demək deyildir. 70 illik bir ömrü xoşbəxt yaşayan insanı, xoşbəxt adlandırmaq olmaz. Əsl xoşbəxtlik axirət xoşbəxtliyidir. Əgər imam Hüseyn (ə) şəhid olmaqla behiştə gedirsə, demək qalib gəlir. Yox, onu qətlə yetirən Şimr cəhənnəm oduna bələnirsə, demək əslində məğlub olur.
Kitabın adı:..........170 Sual-cavab
Müəllif:..............Məhəmməd Azəri
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









