» » » Salman Farsi-2


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Salman Farsi-2
0
Müəllif: Admin | 9-06-2014, 11:54 | Baxılıb: 2 154

Müqəddəs müharibələrdə Səlmanın rolu

Səlmanın üstünlükləri hətta müharibə meydanlarında da özünü büruzə verirdi. Bu fəzilətlər insanları ilhamlandırır və bir sıra çətinliklərin həllində yardımçı olurdu.

Səlmanın, sadəcə, döyüş meydanında olması döyüşçülərə ruh verir, onları hərəkətə gətirirdi. Səlmanın hikmətli sözləri və dəvətləri bəzən düşmənləri də haqq yola gətirirdi. Səlmanın hazırladığı döyüş planlarının, hərbi ixtiralarının həlledici əhəmiyyəti vardı.

Düşmənin silaha əl atmadan, yalnız Səlmanın sözləri ilə təslim olduğu döyüşlərdən biri Mədainin fəthi zamanı baş vermişdi. Onun təsirli rəftarı sayəsində Mədainin yeddi şəhərindən ikisi heç bir döyüş əməliyyatı aparılmadan təslim oldu. Rüstəm Fərrüxzadın komandanlığı altında olan dörd min döyüşçü Səlmanın təbliğatı sayəsində ordunu tərk edib, İslamı qəbul etdilər. Bu dörd min döyüşçü İran ordusunun xüsusi təyinatlı dəstəsini təşkil edirdi.

Mədainin fəthi zamanı Səlmanın düşmənləri İslama dəvət etməsi belə baş verdi: Səlman dedi: "Mənim əsil-nəsəbim siz iranlılardandır və mən üç işdə sizin xeyirxahınızam. Sizin faydanız bu üç məsələdədir: 1. Əgər İslamı qəbul etsəniz, bizim qardaşlarımızsınız, malımıza şəriksiniz, bizimlə eyni vəzifələrə məsulsunuz; 2. Təslim olun və müsəlmanlara cizyə − vergi ödəyin; 3. Əks-təqdirdə sizinlə vuruşacağıq. Həqiqətən də, Allah xainləri dost tutmur.

Səlman düşmən əsgərlərini İslama dəvət etməklə yanaşı, daxili cəbhəyə də yetərincə diqqət ayırırdı. Mədain şəhəri fəth olunduqdan sonra əsgərləri başına toplayıb onlara "Yusif” surəsinin təfsirindən danışar, onları sədaqətli və əmanətdar olmağa həvəsləndirərdi. Çünki Mədainin aldadıcı sərvətlərini görən yoxsul ərəblər arasında xəyanət baş qaldıra bilərdi.

Səlmanın müharibə meydanındakı digər bir fəaliyyəti döyüşçülərin ruhiyyəsini yüksəltmək, onlara dua və ibadət proqramları təlim etmək idi. Əsgərlərin döyüş meydanında ibadətə təşviq olunması həzrət Peyğəmbərin (s) təlimlərindən  idi. Bu yolla döyüşçü Allahın qeybi yardımlarına daha çox ümidvar olur. Çünki ilahi yardımlar daim İslam müdafiəçilərinin sorağındadır.

Döyüş meydanında Səlmanın şücaəti

Səlman elm və bilikdə, ibadət və duada öncül olduğu kimi, döyüş meydanında da şücaət göstərər və əsgərlərin döyüş əhval-ruhiyyəsini qaldırırdı. Müsəlman qoşunun Dəclə çayından keçməli olduğu döyüşlərdən birində altmış nəfərdən ibarət atlı dəstə özünü suya vurub Allahın yardımı ilə çayı adlayır. Qoşun başçısının yanında olan Səlman ona deyir: "Müsəlmanlığı yenicə qəbul etmiş bu insanlar hələ ki günaha batmadıqlarından su onlara ram olmuşdur. And olsun o Allaha ki, Səlmanın canı onun əlindədir, bütün qoşun dəstə-dəstə bu çaydan keçəsidir.” Səlman atlı dəstələrin önündə gedir, əsgərləri ruhlandırır, onlarda arxayınlıq yaradırdı.

Səlmanın hərbi ixtiraları

Səlmanın hərb meydanındakı məharəti, Taif və Xəndək döyüşlərindəki ixtiraları çox məşhurdur. Taif döyüşündə düşmən qalalarını mühasirəyə almış müsəlman qoşunu heç bir nəticə əldə edə bilmir. Nəhayət, Səlmanın təklifi ilə mancanaqlar düzəldilir və yalnız bu yolla qəti qələbə əldə olunur. Mancanaqlar vasitəsi ilə qalanın içinə daşlar, yanar kütlələr atılır. Mancanaq müasir topların işini görürdü.

Əhzab döyüşündə müşriklərin birləşmiş qoşununun hücumu təhlükəsi ilə üzləşmiş müsəlmanlar müdafiə sistemi qurmalı idilər. Bu mözuda müsəlmanlarla məsləhətləşən Peyğəmbər (s) Səlmanın təklifini qəbul edir. Tarixçilər yazırlar: "Peyğəmbərin (s) çox sevdiyi uca qamətli, sıx saçları olan kişi ayağa qalxdı, hündür bir təpəyə çıxıb, Mədinənin ətrafını diqqətlə nəzərdən keçirməyə başladı. O, müşahidə etdi ki, uca dağların əhatəsində yerləşmiş, böyük qaya parçalarının əhatə etdiyi Mədinəyə bir keçid mövcuddur. Səlman hələ İranda olarkən bir çox döyüş vasitələri ilə tanış olmuşdu. Onun həzrət Peyğəmbərə (s) açıqladığı təklif ərəblər üçün təzə bir şey idi. Onlar bu günədək Səlmanın məsləhət gördüyü taktikadan istifadə etməmişdilər. Səlman təklif edirdi ki, düşmənin qarşısını almaq üçün şəhərin ətrafında xəndək qazılsın. Əgər xəndək qazılmasaydı, müsəlmanlar məğlubiyyətə düçar ola bilərdilər. Xəndək qazıldığı vaxt Səlman işə nəzarət edir, xəndəyi dərin qazdırırdı ki, qüreyş atlıları onu adlaya bilməsinlər.

Səlman və Mədain hökuməti

Mədain İranda Sasanilərin paytaxtı olmuş gözəl və əfsanəvi şəhər idi. Bu şəhər müsəlmanlar tərəfindən fəth olundu.

Həzrət Əlinin (ə) məsləhəti ilə ikinci xəlifə Səlmanı Hüzeyfə ibn Yəmandan sonra Mədain şəhərinə hakim təyin edir. Mümkündür ki, bu təyinatda Səlmanın yerli əhali ilə eyni dilə malik olması əsas götürülmüşdü. Şəhər əhli farsdilli hakimlə daha asan ünsiyyət qura bilərdi.

İranlılar Səlman haqqında müəyyən məlumata malik idilər. Onlar Səlmanın Mədainə hakim təyin edildiyini eşidib, onu qarşılamaq üçün şəhərdən bayıra çıxdılar. Onlar elə düşünürdülər ki, Səlman da əvvəlki hakimlər kimi ətrafında naib-nökər, xüsusi bir cah-cəlalla Mədainə daxil olacaqdır. Şəhər əhlinin nəzəri Səlmanın görüşü intizarı ilə üfüqlərə dikilmişdi. Bu vaxt uzaqdan bir süvari görünür. O, saç-saqqalı ağarmış bir qoca idi. Arıq bir at minmiş bu kişinin yükü süfrə və su kuzəsindən ibarət idi. Şəhər əhli süvaridən Səlmanı görüb-görməməsi haqqında soruşurlar. Qoca bildirir ki, Səlman o özüdür. Mədain əhli yerində donub qalır. Təəccüb edirlər ki, bu haldan düşmüş bu qoca Mədain kimi əzəmətli, böyük tarixə malik, qüdrətli hakimlər görmüş bir şəhərə necə başçılıq edəcək?

Əhalinin arasındakı azğınlar sevindilər ki, bu qocanın hakimiyyəti altında çalıb-çapmaq asan olacaq. Amma onlar yanılırdılar!

Səlman xüsusi minik və saraydan imtina etdi. Birbaş məscidin qonşuluğundakı sadə evə üz tutdu. Bu evi iqamətgah edib, işə başladı. Səlman öz hakimiyyəti dövründə beytül-malı xalqın ehtiyaclarına sərf edər, hətta maaşını da ümumi işlər yolunda xərcləyərdi.

Səlmanın sadə həyatı ona məhəbbəti gücləndirir və şöhrətpərəst hakimlərə nifrəti artırır. Onun bərbəzəksiz həyat tərzi ikinci xəlifəni narahat etdi və o, Səlmana məktub yazaraq, uyğun qeydlərdən əlavə tapşırdı ki, Peyğəmbərin vəfalı səhabələrindən olmuş hüzeyfə ibn Yəban haqqında məlumat toplasın. Səlman xəlifənin məzəmmət və tapşırıqlarına belə bir məktubla cavab verir.

"Allahın adı ilə! Peyğəmbər (s) tərəfindən azad edilmiş Səlmandan Ömər ibn Xəttaba.

Sənin məzəmmət dolu məktubunu aldım. Yazmışdın ki, məni Mədain əhlinə hakim təyin etmisən və göstəriş vermisən ki, Hüzeyfənin yaxşı-pis işləri haqqında sənə məlumat verim. Hansı ki, Allah-təala öz kitabında casusluq və qeybəti qadağan etməklə yanaşı, bir çox günahlardan da çəkinməyi tapşırır. Bu səbəbdən də əmrini yerinə yetirə bilmirəm. Hüzeyfə haqqında tapşırığını icra edərək Allaha qarşı itaətsizlik göstərən deyiləm.

İndi isə mənim həsir toxumağım və arpa çörəyi yeməyim haqqında: − mənə arpa çörəyi yeməyimi irad edirsən. Mömin belə işlərdən ötrü məzəmmət olunmamalıdır. And olsun Allaha, həsir toxumaq, arpa çörəyi yeyib başqalarına möhtac olmamaq, kimsənin süfrəsinə göz dikməmək Allah yolunda sevimli və təqvaya ən yaxın bir işdir. Peyğəmbərin (s) arpa çörəyi tapdığı vaxt narahat olmadan onunla qane olduğunu görmüşəm.

Sonra isə mənim maaşım haqqında yazırsan. Mən onu qiyamət günündəki ehtiyaclarım üçün xərcləyirəm.

And olsun Allaha, boğazımdan ötürmək üçün dişlərimin üyüdə biləcəyi şey mənim nəzərimdə buğda çörəyi və qoyun ətindən fərqlənmir.

Sonra deyirsən ki, mən öz rəftarımla hökuməti zəif və xar etmiş, özümü gücsüz göstərmişəm; bu səbəbdən də Mədain əhli mənim hakimiyyətimdən xəbərsizdir və məni keçib getmək üçün bir körpü, yüklərini daşıtdırmaq üçün hambal qərar vermişlər; bu məsələ ilahi hökumətin zəifliyinə səbəb olmuşdur. Bil ki, Allaha itaət yolunda xarlıq Onu itaətsizlik yolunda izzətdən sevimlidir. Yaxşı bilirsən ki, Allahın rəsulu (s) da xalqla yaxın olmuş, onlarla ünsiyyət saxlamışdır. O, Peyğəmbər (s) və hakim olmasına baxmayaraq, insanlarla isti münasibətdə olmuşdur. Məgər Peyğəmbər (s) sadə xörək yeməmişdirmi, cod paltar geyməmişdirmi, bütün təbəqələrə bir gözlə baxmamışdırmı?!

Ey Ömər, məgər Peyğəmbər (s) buyurmamışdırmı ki, hər kəs yeddi nəfərə rəhbər təyin edilsə və ədaləti gözləməsə, Allahın qəzəbinə gələcək?! Kaş mən sənin dediyin xarlıq və zəifliklə Mədain hakimliyindən salamat ötüb-keçəydim. Mən bir şəhərə rəhbərlikdən bu qədər qorxuramsa, Peyğəmbərdən (s) sonra bütün ümmətə rəhbərlik edən şəxs nə qədər qorxmalıdır?! Allah-təala buyurmuşdur: "Axirət evi o insanlarındır ki, yer üzündə fitnə-fəsad törətmirlər...” Bil ki, mənim hakimiyyətim xalq arasında Allahın hədlərini yerinə yetirməkdən ibarətdir. Bu iş alim və agah bir insanın göstərişləri əsasında həyata keçir. Mən həmin şəxsin üsulu əsasında hərəkət edirəm. (Səlman Həzrət Əlini (ə) nəzərdə tuturdu)”

Bu məktubu nəzərinizə çatdırmaqda məqsədimiz Səlmanın öz hakimiyyəti dövründəki ruhiyyəsini və iş üsulunu bəyan etmək idi. Qüdrət və rəyasət onu təvazökarlıqdan uzaqlaşdırmadı, qürrələndirmədi. Səlman hakim olduğu vaxt bir an da unutmadı ki, o quldur. Amma başqasının yox, Allahın qulu!

Səlman ilahi hakimiyyəti yerinə yetirdiyindən öz dünyası üçün mal toplamadı. Nəql edirlər ki, Dəclə çayının daşıb, öz ətrafındakı evləri qərq etdiyi vaxt su Səlmanın da evinə yaxınlaşır. Səlman kürkünü, qılıncını və qələmini götürüb hündür bir təpəyə çıxır. O öz hərəkəti ilə xalqa böyük bir dərs verir. O, xalqa anlatmaq istəyir ki, yüngül dünya yükü qiyamət səhnəsində faydalı olasıdır.

Səlman, Peyğəmbərin (s) iş üslubundan ilham alaraq, məscidi təlim-tərbiyə, ictimai fəaliyyətlər mərkəzi qərar verir. O, Mədain hakimi olduğu vaxt məsciddə əyləşər, xalq üçün Quran təfsir edərdi. Səlman "Yusif” surəsindən danışar, xalqa iffət, sədaqət aşılayardı.

Bir dəfə xalq Səlmandan xahiş edir ki, onlar üçün Quran qiraəti dərsi keçsin. Səlman buyurur: "Mən farsam, gedin bir ərəb tapın.” Adamlar bir ərəb tapıb, ondan qiraət öyrənməyə başlayırlar. Səlman bu dərslərdə bir nəzarətçi kimi iştirak edir.

Səlman o qədər sadə rəftar edər, özünü təvazökar aparardı ki, kənardan Mədainə gələnlər onun hakim olduğunu hiss etməzdilər. Bir dəfə yoldan ötən Səlman ağır xurma və əncir yükü olan, Şamdan gəlmə kişi ilə rastlaşır. Yükün ağırlığından yorulmuş kişi Səlmanın yükdaşıyan olduğunu düşünüb, onu yanına çağırır. O, yükün daşınmasında Səlmandan kömək istəyir və onun haqqını ödəyəcəyini bildirir.

Səlman ağır yükü çiyninə alıb yola düşür. Yolda onunla rastlaşan şəhər əhli salam verib, öz köməyini təklif edir. Şamlı kişi yükdaşıyan hesab etdiyi Mədain hakiminin Səlman Farsi olduğunu bilib, xəcalət çəkir və üzr istəyir. Səlman isə tövrünü pozmadan ünvana doğru hərəkət edir!..

 

Dərvişə baxmaqla kiçilməz insan,

Qarışqanı saydı böyük Süleyman.

 

Bir gün Səlman xidmətçisini iş dalınca göndərib, özü ev işlərinə məşğul olur. Belə bir rəftarın səbəbi soruşulduqda "bir nəfərə iki iş tapşırmağı sevmirəm.” Bəli, bu sayaq rəftarları və əxlaqı Səlmanı sevimli etmişdir. Ölümlə nəticələnən xəstəliyə yoluxduğu zaman xalq çox narahat olub, dəstə-dəstə onu yoxlamağa gəlir, səmimi qəlbdən Səlmana dua edirlər.

Səlman isə başqa bir dildara könül vermişdir. Onun qəlbində başqa bir eşq çağlayır. Elə bu eşq səbəbindən də dünyaya biganədir və həqiqət yolundan sapmır.

Səlmandan soruşulanda ki, rəyasətə nifrətinin səbəbi nə oldu, belə cavab verir: "Südəmərlik dövrünün şirinliyi, bu dövrdən ayrılmağın acılığı!” Yəni rəyasət və qüdrət bir gün fəna olub gedəsidir. Ötəri bir şeyə isə könül verməyə dəyməz. Rəyasət və hakimiyyətə aşiq olanlar süddən ayrılmaq istəməyən uşaq kimidirlər. Süddən ayrılmaq körpəyə necə çətindirsə, hakimiyyətdən ayrılmaq da rəyasətpərəst insana bir o qədər çətindir. Elə bir şeyə könül vermək lazımdır ki, əbədilik olsun!

Səlmanın vəfatı

Hər bir insanın həyatı onun ölümü ilə sonuclanır. Yalnız haqq insan üçün belə deyil. Onun ölümü naməsinin başlanğıcıdır.

Kamil və Allah dərgahına yaxın övliyaların xüsusiyyətlərindən biri onların qeybdən xəbər tutması, əcəlin yaxınlaşmasından, hətta ölüm saatından xəbər tutmalarıdır.

Səlman həmin bu xüsusiyyətlərə malik insanlardandır. Mədaində xəstələndiyi vaxt vəziyyəti günbəgün ağırlaşır. Əmin olur ki, həyatının son anlarını yaşayır. O, mövlası Peyğəmbərdən eşitmişdi ki, əcəli yaxınlaşan vaxt ölülər onunla danışasıdır. Ona görə də bir tabut hazırladı. Onu tabuta qoyub, qəbristanlığa apardılar. Səlman ölümünün yaxınlaşdığını yəqinləşdirmək istəyirdi.

Səlmanın istəyini yerinə yetirdilər. Onu üzüqibləyə yerləşdirdilər. Səlman ölülərlə danışmağa başladı: "Salam olsun sizə ki, torpaqla qol-boyun olmusunuz və dünyaya gözünüzü qapamısınız... Salam olsun sizə ki, qidanız ölüm, libasınız torpaq olmuşdur. Sizi Allaha və Onun rəsuluna and verirəm ki, mənimlə söhbət edəsiniz. Mən həzrət Peyğəmbərin (s) azad etdiyi Səlman Farsiyəm...”

Mərhum Əllamə Məclisi Səlmanın halını bəyan edərkən onun bir ölü ilə uzun-uzadı söhbətini nəql etmişdir. Səlmanın çağırışına cavab olaraq, qəbirlərdən birindən səs gəlmişdi. Həmin ruh necə can verməsini, Allahın mərhəmət səbəblərini, dünyadakı əməl-lərini, ruhu çıxarıldıqdan sonra ona ünvanlanan sualları, ilk gecə qəbirdəki halını, bərzəx aləminin xüsusiyyətlərini və bir çox başqa məsələləri Səlmana danışmışdı...

Səlmanın ölülərlə danışa bilməsi onun əcəlinin çatması əlaməti idi. Səlman buna əmin olub evə qayıdır. O, Allaha doğru böyük hicrətə hazırdır. Hazırdır ki, can əmanətini onu yaratmış Allaha qaytarsın.

Səlman ölüm yatağındadır. Ruhu bədənindən ayrılmaqda ikən bir şəxs ona yaxınlaşır. Səlman ağlayır. Həmin şəxs deyir: "Nə üçün ağlayırsan? Axı Peyğəmbər (s) səndən razı halda dünyasını dəyişdi.” Səlman cavab verir: "And olsun Allaha, ölüm qorxusundan və ya dünyadan ayrıldığım üçün ağlamıram. Məni ağladan həzrət Peyğəmbərin "sizin dünyadan nəsibiniz bir müsafirin azuqəsi qədər olmalıdır” sözləridir. Mən isə dünyadan bir bu qədər dünya malına sahib olan halda gedirəm.” (Hansı ki, Səlmanın olanı bir aftafa və bir kasa idi.)

Həmin şəxs Səlmandan nəsihət istəyir. Səlman deyir: "Bir hökm verərkən, bir qərara gələrkən, bir şeyə əl uzadarkən Allahı yad et.”

Erkən sübhdür! Onun ruhunun bədən qəfəsindən pərvaz etməsinə çox qalmamışdır. Həyat yoldaşını çağırıb deyir: "Sənə verdiyim əmanəti gətir.” Əmanət gətirilir. Bu bağlamada bir müşk torbası var. Səlman əbədiyyət səfəri üçün saxladığı müşkü kasadakı suya qatır. Xanımından xahiş edir ki, bu müşkü onun yatağının ətrafına səpsin. Sonra deyir: "Mənim yanıma gələn məxluqlar yemək yeməsələr də xoş ətiri sevirlər.”

Yoldaşı onun istəklərini yerinə yetirir. Səlman əlavə edir: "Qapını bağla, bir kənarda otur.” Xanımı onun göstərişinə əməl edir. Səlmanın xidmətində olan Zadan soruşur ki, sizə kim qüsl versin? Səlman cavab verir ki, Peyğəmbərə (s) qüsl verən şəxs. Zadan deyir: "Axı o Mədinədədir, siz isə Mədaində?”

Səlman deyir: "Elə ki çənəmi bağladın, onun ayaq səslərini eşidərsən. Mənə bu barədə Allahın rəsulu xəbər vermişdir.” Zadan deyir: "Elə ki Səlmanın ruhu bədənindən ayrıldı və çənəsi bağlandı, Əmirəl-möminin Əlinin (ə) Qəmbərlə birlikdə gəlib çatdığını gördüm. Həzrət (ə) soruşdu ki, Səlman vəfat etdimi?” Dedim ki, bəli.

Həzrət Əli (ə) Səlmanın üzündən örtüyü qaldırdı. Səlmanın çöhrəsindən bir təbəssüm ötüşdü. İmam (ə) buyurdu: "Xoş halına, ey Əba-Əbdillah” ("Əba-Əbdil-lah” Səlmanın künyəsi idi) Peyğəmbərin (s) hüzuruna çatanda mənimlə necə rəftar olunduğunu danış.”

Əmirəl-möminin (ə) Səlmanı dəfn üçün hazırladı, onu kəfənə bürüyəndən sonra uca bir təkbir deyib, namaz qıldı. Onunla iki nəfər də namazda dayanmışdı: biri qardaşı Cəfər ibn Əbu-Talib, o biri isə həzrət Xızır. Bu iki nəfərdən hər biri ilə yetmiş cərgə mələk dayanmışdı və hər cərgədə minlərlə mələk sıralanmışdı.

Əli (ə) Səlmanla vidalaşdığı son anlarda öz böyük hədiyyəsini iki beyt şer şəklində Səlmana təqdim edərək, onun kəfəninə yazdı:

 

Heç bir azuqəsiz  ehtiyatsız

Qatıldım Allahın dərgahına mən.

Azuqə götürmək qəbahət olar

Böyüklər önünə səfər edərkən.

 

Məhəmmədi Səlmanın barlı-bəhrəli həyatı beləcə başa çatdı və o öz Allahına sarı qayıtdı.

Səlman haqqında söhbətlər

*Bir kişi gecə namazına dura bilməməsindən Səlmana şikayətləndi. Səlman dedi: "Gündüzlər günah etmə.”

*Səlman nəfs ilə cihad və özünütərbiyə məqamında özünə müraciətlə deyərdi: "Səlman, öl!

*Gizlində günaha batdınsa, yaxşı işi də gizlində gör. Aşkara büdrədikdə isə aşkara xeyir iş görməklə həmin günahı yu.

Səlmanın ziyarəti

Səlmanın uca məqamı və ruhu sağlığında olduğu kimi, ölümündən sonra da onun davamçıları və haqtələb insanlar üçün faydalı və ibrətamiz olmuşdur. Onun məzarının ziyarəti bərəkəti ilə də bir çox ibrətlər götürmək olar.

Səlmanın qəbri Mədaində, Dəclə çayının şərq sahilindədir. Bu məkanda Səlmanın ziyarəti onunla mənəvi bağlılığın bərqərarı, onun fəzilətlərinin dəyərləndirilməsi, onun elm və təqvasından ilhamlanmaqdır. Bu insan elə bir kamal mərtəbəsinə çatmışdır ki, Peyğəmbər (s) ailəsindən sayılmış, Məhəmmədi Səlman kimi tanınmış, "Səlman biz Əhli-beytdəndir” iftixarı ilə təltif olunmuşdur.

Mərhum Mühəddis Qummi "Məfatihul-cinan” kitabında Səlman üçün bir ziyarətnamə nəql etmişdir. Həmin ziyarətnaməni olduğu kimi zikr edirik:

Səlmanın (r) ziyarətnaməsi

 

Salam olsun Allahın rəsulupeyğəmbərlərin sonuncusu (həzrətMəhəmməd ibn Əbdüllahasalam olsun peyğəmbər vəsilərinin ağası həzrət ƏliƏmirəl-mömininəsalam olsun pak məqam sahibi  xalqın hidayət rəhbəri olan imamlarasalam olsun haqqın yaxın mələklərinəsalam olsun sənə,ey Peyğəmbərin həmsöhbəti  sirdaşıilahi vəhy əminisalam olsun sənə ey Əmirəl-möminin (ə) (həqiqidostusalam olsun sənəey xeyir əhliböyüklərinin sirr xəzinəsisalam olsun sənəey ötən dövrlərin yaxşılarından qalmasalam olsun sənəey ƏbdüllahAllahın salamırəhmət bərəkəti sənin olsunşahid dururuq kisənə əmr olunduğu kimi Allaha itaət etdinAllah rəsulunun (sbuyurduğu kimi ardıcıl oldunonun xəlifəsinə(Əliyə (ə)) sənə vacib olduğu kimi kömək etdinümməti bildiyin kimi  Peyğəmbər (sövladlarına ehtirama doğru yola dəvət etdinhəqiqət yolunuAllahın əmr etdiyi kimi qəti bildin  bu yolda möhkəm oldun.

Şəhadət verirəm kisən Peyğəmbərin (selm dərgahıAllahın  Əlinin dəlil yolusanxasların səndəki elm  sirr əmanətiniAllahın əmanəthaqqını qorudunşəhadət verirəm kisən Peyğəmbərin seçilmiş şərafətliona yardıma hazır ailəsindən oldun”; yenə şəhadət verirəm kisən imanınali mərtəbəsinədəlillərəaşkar sübutlara maliksənnamazı bərpa etdinzəkat verdinəmr be məruf  nəhy əz münkər (yaxşıya dəvətpisə qadağa)etdinilahi əmanəti əda etdinAllah  rəsulu xatirinə (ümmətəxeyirxah oldunAllah dininə tərəfdarlıqda düşmənin əziyyətinə ömür boyuölənədəksəbr etdin.

Allah o kəsə lənət etsin kibilərəkdən sənin haqqını tapdaladı  sənin məqamını əskiltdiAllah o kəsə lənət etsin kisəni dostlarına  rəhbərlərinəgörə incitdiAllah o kəsə lənət etsin kisəni Əhli-beytə (əgörə məşəqqətə saldıAllah o kəsə lənət etsin kisəni rəhbərlərinə görə məzəmmət etdi;Allah cin  insandankeçmiş  gələcəkdən olan Ali-Məhəmməd düşmənlərinə lənət etsin  onların əzabını ikiqat artırsınAllahın salamı olsun sənəey Əba-ƏbdillahAllahın salamı olsun sənəey peyğəmbər köməkçisiAllahın salamı olsun sənəey Əmirəl-mömininin (ədostuAllahın salamı olsunpak cisminə  ruhunaAllah bizi öz lütfü ilə ölüm zamanı sənəxeyir  səadət əhli böyüklərinin məkanına qovuşdursun  nemət dolu behiştdəonlara yaxın etsin.

Allahın salam  rəhməti olsun sənəey Əba-ƏbdillahAllahın salam  rəhməti olsun sənin saleh şiələrdən olan qardaşlarınaAllah imanəhlindən olanlara qurtuluşsevinc-şadlıq əta etsinbizi  onları rəhbərimiz olan pak peyğəmbər ailəsinə qovuşdursun.

Allahın salam  rəhməti  bərəkəti olsun sənə  onların hamısına!

 
 
Bölmə: Səhabələr / Salman Farsi
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: firengiz | Status: İstifadəçi Offline | 16 Haziran 2015 11:12 | İstifadəçi | Şərh yazdı
ALLAHIN SALAMI OLSUN SƏNƏ EY ALLAHIN SADİQ QULU SƏLMAN FARSİ.ALLAHUMMƏ SƏLLİ ƏLA MUHƏMMƏDİN VƏ ALİ MUHƏMMƏD.ÖMƏRƏ GƏLDİKDƏ İSƏ N.GƏNCƏVİ YAXŞI DEYİB: PİS GÖZ NÖQSAN GÖRƏR HƏR BİR HÜNƏRDƏ,BİR LƏKƏ AXTARAR HƏR SAF GÖVHƏRDƏ,GÖZLƏRİN QARĞANIN GÖZÜNDƏ OLSUN,CİRKİN AYAĞINA BAXMA TAVUSUN.YÜZ NÖQSANIN VARKƏN DİNMƏ SUS,BARI ÖZGƏDƏ AXTARMA BU NÖQSANLARI. ALLAH SİDƏN RAZI OLSUN,SİZİ ÖZ DOSTU QƏRAR VERSİN HÖRMƏTLİ QARDAŞIMIZ. AMİN.AMİN.AMİN.ALLAHUMMƏ SƏLLİ ƏLA MUHƏMMƏDİN VƏ ALİ MUHƏMMƏD.VƏ ƏCCİL FƏRƏCƏHUM.

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.