![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Kamillik zirvəsinə göz dikmiş insanın ilahi yolla hərəkətdə əzm və iradəsi artır. Fəzilət və hikmət sahibi olan insanlar həmin bu kamillik zirvəsi, kamal qülləsidirlər. Onların həyat tarixçəsi ilahi yolun necə keçilməsi dərsini öyrədir. «İdeallarla tanışlıq» adlı silsilə kitabçalarda şücaətli və səxavətli şəxsiyyətlərin həyatından danışılmışdır. Bu çöhrələrin təs-virində qələm acizdir, məqamlarının vəsfində dil!
Onlar əhdlərinə vəfa etdilər, son nəfəsədək möhkəm dayandılar, al qanları onların sədaqətini sübut etdi. Onlar qəlblərini eşq nuru ilə diriltdilər, iman yolunda can verib, əbədilik qazandılar. Bu insanlar həmişə diridir-lər və Allahın yanında ruzilərdən bəhrələnirlər. Onlar «Allah» deyib, son nəfəsədək öz əqidələrindən dönmədilər və nəhayət, şəhadət camını başlarına çəkdilər. Bu, ilahi yola sədaqətin sübutu idi.
Qandan da rəsmi sənəd varmı?! Hansı imza şəhadətdən mötəbərdir?! Onlar Allahı axtardılar, qəlblərini ilahi eşqə təslim etdilər. Elə ki, qəlb məhəbbətlə doldu, ruhun hicabı olan cismi aradan götürdülər. Tənləri can oldu, canları isə Allaha fəda!
Bu kitabçalarda iman, cihad, şəhadət, haqpərəstlik ideallarının iftixar və əzəmət dolu həyatlarının təsviri verilsə də, onların haqqı bu işlə ödənmiş sayılmamışdır. Onların ruhlarının ucalığının, imanlarının böyüklüyünün sonadək açıqlandığı iddia olunmur. Çünki bu insanlar bəşəri kamilliyin uca qülləsində dayanmışlar və bu məqamın sözlərlə təsviri mümkünsüzdür. Amma.
Çəkə bilməsən də dəryanın suyun,
Susuzluğu yatır, qoy olsun payın.
Bu kitabda oxuyacaqlarınız İslamın rəşadətli sərkərdəsi, tövhid qoşununun güclü qolu, Allah Peyğəmbərinin (s) əmisi və vəfalı dostu həzrət Seyyidüş-şühəda («şəhidlər ağası») Həmzənin həyatına ötəri bir baxışdır. Bu şəxs ilk gündən Allah dinini himayə etdi və Ühüd döyüşündə şəhadət iftixarını qazandı.
Ümid edirik ki, bu həyat tarixçəsi haqpərəstlər üçün bir nümunə olsun və iman kölgəsində kəramət axtaran gənclərə sədaqət dərsi versin. Olsun ki, bu silsilədən olan digər kitabçalar da oxucuların İslamın tarixi şəxsiyyətləri ilə tanışlığında faydalı ola.
Qum, Cəvad Mühəddisi, 1998
Həmzənin həyat səhifələrini varaqla-dıqda onun iman və əməl baxımından fəzilətləri və yüksək məqamı ilə tanış ola bilsək də, Həzrət Peyğəmbərin (s) və məsum imamların (ə) buyuruqları onun məqamını daha aydın göstərir. Uyğun buyuruqlardan bəzilərini xatırlayaq.
İslam Peyğəmbəri (s) buyurur: «Qardaş-larımın ən yaxşısı Əli (ə), əmilərimin ən yaxşısı Həmzədir». Başqa bir rəvayətdə oxuyuruq: «Qiyamət günü məhşər səhnəsinə süvari halda daxil olanlardan biri əmim Həmzədir. Allahın və rəsulunun şiri Əzba dəvəyə süvar halda gələr. İmam Baqir (ə) buyurur: «Ərşin sütununa yazılmışdır: «Həmzə Allahın və Onun rəsulunun şiri, şəhidlərin sərvəridir».
İmamlar daim həzrət Həmzənin şəxsiyyətinə, onun və Cəfər Təyyarın nəslindən olduqlarına görə daim fəxr etmişlər. Həzrət Əli (ə) uca məqama malik olmasına baxmayaraq, xilafət məsələsi şuraya tapşırılanda Seyyidüş-şühəda Həmzə kimi əmisinin olmasını özünə imtiyaz saymışdır və xəlifənin təyin olunacağı məclisdə buyurur: «Sizi Allaha and verirəm, aranızda elə bir şəxs varmı ki, Həmzə kimi, Allahın və Onun rəsulunun şiri kimi əmisi olmuş olsun?!»
İmam Hüseyn (ə) də öz növbəsində xalqa Həmzənin şəxsiyyəti haqqında danışaraq, onu tanıtdırmaqla xalqın döyüş əhval-ruhiyyəsini gücləndirir. İmam Hüseyn (ə) Kərbəladakı xütbələrində, imam Səccad (ə) Dəməşq məscidindəki nitqində Həmzə ilə iftixar edir. İmam Baqir (ə) «Əhzab» surəsinin 23-cü ayəsini («Möminlər arasında Allahla bağladıqları əhdə sadiq olanlar var. Onlardan kimisi şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir.) təfsir edərkən buyurur: «Allah ilə elə əhd etmişdilər ki, heç zaman qaçmasınlar. Əhdinə vəfa edən və əcəli çatanlar Həmzə ilə Cəfər oldu. Şəhadətini gözləyən isə Əli (ə) idi.
Allahın Rəsulu (s) buyurmuşdu: «Qiyamət günü mənə dörd bayraq verilər: «Həmd» bayrağını özüm tutaram; «La ilahə illəllah» bayrağını Əliyə (ə) verərəm, o, yüngül hesabdan sonra behiştə daxil olacaq dəstənin önündə gedər; «Əllahu əkbər» bayrağını isə Həmzəyə tapşıraram, o başqa bir dəstənin önündə olar; «Sübhan əllah» bayrağını isə Cəfərə verərəm, onun arxasında bir dəstə insan dayanar. Həmin vaxt ümmətimin şəfaəti üçün onların yanında dayanaram».
İslam Peyğəmbəri (s) hicrətdən sonra müsəlmanlar arasında qardaşlıq əqdi yaradarkən, onları qardaşlaşdırarkən, Həmzə ilə Zeyd ibn Harisə arasında da qardaşlıq əqdi oxuyur.
Seyyidüş-şühəda, yəni «şəhidlər ağası» ləqəbini Həmzəyə həzrət Peyğəmbər (s) verdi. Hüseyn ibn Əlinin Kərbəlada şəhadətindən sonra bu ləqəb daha çox ona aid edilmişdir.
Cabir ibn Abdullah deyir: «Bir gün Müaviyənin göstərişi ilə Ühüddə quyu qazılırdı. Qazıntı zamanı sanki yenicə basdırılmış Ühüd şəhidlərinin cəna-zələri üzə çıxdı. Oradakılar hönkürtü vurub ağladılar. Həmin vaxt Ühüd savaşından 40 il ötmüşdü. Həmzənin cənazəsinin bel ilə zədələnmiş ayağından qan axdı».
Peyğəmbər (s) Həmzəyə xüsusi bir məhəbbət bəsləyirdi. «Həmzə» adını o qədər xoşlayırdı ki, övladı üçün ondan ad istəyənlərə bu adı təklif edirdi. Həzrət (s) övladı üçün ad istəyən bir kişiyə buyurdu: «Onun adını «Həmzə» qoy. Bu ad mənim üçün ən əziz adlardandır».
Peyğəmbərin (s) babası Əbdül-Müttəlib Hicazın sevimli şəxslərindən idi. Bəni-haşim qəbiləsi içində onun xüsusi hörməti vardı. Oğlanları Əbdül-Müttəlibin şöhrətini daha da artırırdılar. «Əshabe-fil» hadisəsin-dən dörd il qabaq onun daha bir oğlu oldu və körpənin adını Həmzə qoydular. Həmzə Əbdül-Müttəlibin və anası Halə binti Vəhəbin ağuşunda boya-başa çatdı. Halə binti Vəhəb İslam Peyğəmbərinin (s) anası Amənənin əmisi qızı idi. Həmzə bu ailədə nəfsitox, cəsarətli və səxavətli bir uşaq kimi tərbiyələnirdi. Həmzənin uşaqlıq dövründə bu ailədə daha bir övlad, Abdullahın oğlu Məhəmməd dünyaya gəldi. Həzrət Məhəmməd (s) Həmzədən dörd yaş kiçik idi.Bu yaş fərqi səbəbindən Həmzənin uşaqlıq və gənclik dövrü Peyğəmbərlə birgə keçirdi. Bundan əlavə, Peyğəmbər (s) Həmzə ilə süd qardaşı idi. Peyğəmbər (s) Həlimə Sədiyyəyə tapşı-rılmamışdan qabaq ona bir neçə gün Əbu-Ləhəbin kənizi süd vermişdi. O, Həmzənin də süd anası idi. Həmzənin uşaq yaşlarından Peyğəmbərlə yaxınlığı ona bir sıra fəzilətlər qazandırmışdı. Hicaz mühiti həmin dövrdə fitnə-fəsadla dolu olsa da, Həmzə heç vaxt günaha yol verməmişdi. O, xoşagəlməz rəftarlardan çəkinər və həzrət İbrahimin pak ayinlərinə əməl edərdi. Həmzə daim saleh işlər ardınca tələsərdi. O yaxşı at çapar, ox atar və öz dövrünün pəhləvanları ilə kəmər tutardı. Həmzənin sağlam və güclü bədəni vardı. Onu övladlarının adı ilə «Əbu-Yəla» və «Əbu-Əmmarə» çağırardılar. Həzrət Peyğəmbər (s) Xədicə ilə evlənmək istədikdə əmiləri ilə məsləhətləşdik-dən sonra, nəhayət, Həmzə ilə birgə Xədicənin atası Xüvəylidin yanına elçi-liyə getdilər. Bəzilərinin fikrincə, Xüvəylid bu izdivacdan qabaq dünyasını dəyişmişdi və elçilikdə Xədicənin əmisi Əmru ibn Əsəd iştirak edirdi.
Həzrət Məhəmmədin (s) peyğəmbərliyinin başlanması ilə əzabkeş Hicaz xalqı üçün ümid qapısı açılmışdı. İslamı qurtu-luş yolu kimi qəbul edənlər tədricən ona iman gətirirdilər və yeni ayinin nüfuzu günbəgün artırdı. Bu vəziyyət müşrikləri narahat edirdi. Onlar Peyğəmbər əleyhinə təbliğatlarını gücləndirirdilər.
Həmzə Peyğəmbərin (s) dəvətinin haqq olmasına əmin idi. Həzrətin (s) əxlaqı, rəftarı, şəxsiyyəti və bəyanları Həmzəni inandırmışdı ki, o, həqiqətən də, Allahın peyğəmbəridir. Amma Həmzə öz imanını açıqlamağı məsləhət bilmirdi. Bundan ötrü münasib fürsət lazım idi. Həmzə fürsət axtarırdı ki, öz qanlı qılıncının kölgəsində müşriklərlə vuruşsun və Allahın dinini müdafiə etsin. Həmzə öz imanını gizlətdiyindən rahatcasına Qüreyş başçılarının top-lantılarında iştirak edir və onların söhbətlərindən xəbərdar olurdu.
Bir gün Həmzə Kəbə yaxınlığında Qüreyş başçıları ilə oturub, onların söhbət-lərini dinləyirdi. Müşriklər onların saraylarını alt-üst edəcək tufan haqqında danışırdılar. Bu tufan onların arzularını, xalqı azdırıb bəhrələnmək məqsədlərini gözlərində qoyası idi. Haqqında danışdıqları kəs onların başqalarının bədbəxtliyi üzərində qurulmuş xoşbəxtliklərini hədələyirdi. Onların söhbəti gəncləri özünə tərəf çəkən, guya ailələrdə ixtilaf salan Məhəmməd və onun yeni ayinləri haqqındaydı.
İslamın yaşı artdıqca, müsəlmanların sayı çoxaldıqca Qüreyşdən olan düşmən-lərin müqaviməti də güclənir, kinləri aşkara çıxır, Peyğəmbər və müsəlman-larla ədavətləri həddi aşırdı. Həmzə bütün baş verənləri diqqətlə izləyirdi. Həzrət Peyğəmbərin (s) dözüm və iradəsi onu heyrətə gətirirdi. Peyğəmbərin (s) səbr və mübarizəsi Həmzənin qəlbindəki imanı gücləndirir və şirkin ona yol tapmasının əbədi olaraq qarşısını alırdı. O, uşaqlıqdan Peyğəmbərlə ünsiy-yətdə olmuşdu. Bilirdi ki, Peyğəmbər sədaqətli, əmanətdar və doğruçudur. Onun qəlbində Həzrət Məhəmmədə (s) qarşı gizli bir eşq çağlayırdı. Nəhayət, münasib fürsət yarandı və Həmzə öz imanını izhar etdi.
Bəziləri onun besətin (peyğəmbərliyin) ikinci, bəziləri isə besətin altıncı ili İslamı qəbul etdiyini bildirirlər. Hər halda Həmzənin İslamı qəbul etməsi səhnəsi olduqca maraqlıdır.
Əbu-Cəhl Məkkədə şirk başçılarından idi. O, cidd-cəhdlə bütpərəstliyi himayə edirdi. Bir gün həzrət Peyğəmbər (s) Səfa dağının yanından keçərkən Əbu-Cəhl onun qarşısını kəsdi, ona və İslama təhqirlər yağdırdı. Nəhayət, yorulub, Kəbəyə doğru getdi və Kəbənin yaxınlığındakı bir dəstə qüreyşlə oturdu. Həzrət Məhəmməd (s) Əbu-Cəhlin bu hərəkətini cavabsız qoydu.
Kəbə yaxınlığında əyləşənlər hələ evlərinə dağılışmamış Həmzə göründü. O daim ova gedər və ovdan qayıtdıqda əvvəlcə Allah evini təvaf edərdi. (təvaf-Kəbənin başına dolanmaq) Kəbə ətrafında adamların toplaşması Həmzəyə təəccüblü göründü. Abdullah ibn Cədanın kənizi Səfa ətəyindəki otağından Peyğəmbərin (s) təhqir olunması səhnəsini görmüşdü. O, özünü Həmzəyə çatdırıb, baş vermiş hadisəni olduğu kimi danışdı. Həmzə möhkəm qəzəbləndi və fəryad çəkərək dedi: «Əbu-Cəhl haradadır?» Həmzənin qəzəbindən qorxuya düşmüş müşriklər Əbu-Cəhli göstərdilər.
Həmzə qızmış şir tək Əbu-Cəhlin üstünə şığıdı. Ona macal verməyib, əlindəki kamanla başına bir zərbə vurdu. Əbu-Cəhlin başı yarıldı, üzünü qan bürüdü.Sonra onu yerə yıxıb, ayağını boğazına dirədi və boğmaq istədi. Amma Əbu-Cəhlin ölümü fitnə-fəsada daha da rəvac verərdi. Ətrafdakı adamlar yaxınlaşıb, çətinliklə də olsa, Əbu-Cəhli Həmzənin əlindən aldılar.
Hadisəyə şahid olanlar Həmzənin müsəl-manlığından xəbərsiz olduqları üçün onun bu hərəkətini məzluma kömək, cavanmərdlik kimi yozdular. Onun qəzəbini soyutmaq və İslama qarşı mənfi hisslərini qızışdırmaq üçün dedilər: «Sən ki müsəlman deyilsən, nə üçün Məhəmmədin (s) incidilməsi səni narahat etsin?!» Deyilən sözlər Həmzəni daha da qəzəbləndirdi. Qəlbində aşıb-daşan imanı açıqlamaq zərurəti yaranmışdı. Həmzə öz sirrini açaraq dedi: «Mən müsəlmanam. Allahın birliyinə və Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verirəm. Əşhədu əlla ilahə illəllah və ənnə Muhəmmədər-rəsulullah. And olsun Allaha, imanımdan əl çəkməyəcəm. Əgər gücünüz varsa, mənim qabağımda dayanın. Həmzənin sözləri müşrikləri elə yandırdı ki, ona hücum etdilər. Amma dağ tək əzəmətli Həmzəni yerindən tərpətmək müşkül bir iş idi. Əbu-Cəhl də hücum edənlərin qarşısını almağa çalışdı. O, işin sonundan qorxur və canını təhlükəyə atmaq istəmirdi.
Həmzənin öz müsəlmanlığını açıqlaması bir sıra dəyişikliklərə səbəb oldu. Peyğəmbərin (s) mövqeyi möhkəmləndi, qüreyşin planları alt-üst oldu, həzrətin (s) qəlbini isitdi.
Həmzənin qəzəbi soyuduqdan sonra qəlbini sakitləşdirmək, imanını möhkəmlən-dirmək üçün Peyğəmbərin (s) yanına gəldi və ərz etdi: «Dediklərin həqiqətdirmi?» Həzrət (s) buyurdu: «Bəli» və Həmzə üçün bir neçə ayə oxudu. Eşitdiyi Allah kəlamları Həmzənin qəlbinə sığal çəkdi və imanını gücləndirdi.
Həmzə həzrət Məhəmmədə (s) dedi: «Dinini aşkarla. And olsun Allaha, istəmirəm ki, səmanın kölgə saldığı şey mənim olsun və keçmişdəkilərin ayinində qalım.Həzrət Peyğəmbər (s) ona dua etdi və Allahdan istədi ki, Həmzənin imanını möhkəmləndirsin.
Həmzənin izhar etdiyi müqəddəs qeyrət, onun peyğəmbər və İslamı himayəsi, Əbu-Cəhlin təhqirlərinə layiqli cavab verməsi tərifəlayiqdir. İmam Səccad (ə) bu qeyrət və əzmi mədh etmiş, Həmzənin uyğun münasibətlərini onun behiştə daxil olması üçün amil saymışdır. Müsəlmanlığını məqamında izhar etmiş Həmzə belə bir şer oxumuşdur:
Həmd olsun qəlbimi düzən Allaha,
İman nurun cana süzən Allaha.
Bir dinlə hidayət qıldı ki məni,
Bu din bəndələrin səadət şəmi.
Oxunduqca bizə o nur ayələr
Nisgil dolu gözdən sevinc ələnər.
Fələklərdən ayə enən o rəhbər
Nemətdir, baxmayın ona birtəhər.
And olsun Allaha, nə qədər varam
Onu ağır gündə tənha qoymaram.
Həmzə İslam ayinlərinə əqidəsini aşkarladıqdan sonra qüreyş anladı ki, Peyğəmbərin (s) müdafiə gücü artmışdır. Bu səbəbdən də Peyğəmbərə qarşı pislik-lərini bir qədər məhdudlaşdırdılar. Bu hadisə Əbu-Talibi də çox sevindirdi. O, Həmzənin əzm və iradəsi haqqında şer də qoşdu.
İslamın başlanğıc dövründə Həmzənin himayədarlığı əhəmiyyətli rol oynadı. Onun şücaəti məsum imamların da diqqət mərkəzində olmuşdur. Həzrət Peyğəmbərin (s) vəfatından sonra Həmzənin yoxluğu daha çox hiss olunur. Hətta xilafət qəsb olunduğu vaxt Əmirəl-möminin (ə) Həmzəni xatırlayaraq buyurur: «And olsun Allaha, əgər Həmzə və Cəfər sağ olsaydılar, heç vaxt filankəs xilafətə tamah salmazdı. Amma nə edim ki, Əqil və Abbasla qalmışam!» Həzrət (ə) Səqifənin səhəri gün Həmzə və Cəfəri yardıma çağırır, «Ey Cəfər, ey Həmzə», deyə fəryad edir.
Sudəyr deyir: İmam Baqirin (ə) yanında idim. Peyğəmbərin (s) vəfatından sonrakı dövrdən söhbət düşdü. Deyildi ki, həmin vaxt Əliyə (ə) yardım edilmədi. Bir şəxs imamdan soruşdu ki, bəs bəni-Haşimin gücü-qüvvəsi harada idi ki, imama yardım göstərilmədi. Həzrət (ə) buyurdu: «Bəni-Haşimdən kim qalmışdı ki? Cəfər və Həmzə şəhadətə yetişmişdi, Abbas və Əqil isə gücsüz idi. Bir də onların müsəlmanlığından elə də böyük müddət ötüşməmişdi. And olsun Allaha, Həmzə və Cəfər sağ olsaydılar, həmin iki şəxs (iki xəlifə) arzusuna çatmazdı. Onlar canlarını fəda edərdilər ki, həmin vəziyyət yaranmasın».
İmam Baqirin (ə) dilindən nəql olunmuş bu sözlər həzrət Seyyidüş-şühədanın vücudundakı imanın dərinliyini, yüksək rəşadətini və Allahın rəsulunu himayə-sini açıq şəkildə göstərir. İslamın ilkin qəribçilik dövrlərində Həmzə öz himayəsini ondan əsirgəmədi. Həzrət Peyğəmbərin (s) evinin qabağına çirkab tökmək Əbu-Ləhəbin adəti idi. Bir dəfə Həmzə Əbu-Ləhəbin bu işinə şahid olur. Həmin çirkabı götürüb Əbu-Ləhəbin başına tökür. Əbu-Ləhəb üz-gözündən çirkabı təmizləyə-təmizləyə «axmaq təkal-lahlı» deyir. Sonralar başqalarını bu işə təhrik etsə də, özü bir daha belə rəftara cürət etmir.
Həmzənin peyğəmbərlə yaxınlığı mömin-lərin ümidini artırırdı. Ömər ibn Xəttab İslamı qəbul etməmişdən qabaq Peyğəmbər (s) və onun ayinlərinə qəzəblə-nərək müsəlman olmuş bacısının evinə gedir. Amma orada Quran ayələrini eşidib, qəlbi yumşalır. Ömər həzrət Peyğəmbərin (s) özü ilə görüşmək istəyir. Bu məqsədlə onun evinə gəlir. Həmin vaxt orada müsəlmanlar cəm olmuşdular. Silahlı Ömər qapını döyür. Evdəki müsəlmanlar Ömərin səsini tanıyıb, qorxurlar. Amma Həmzə tövrünü pozmadan deyir: «Qoyun daxil olsun. Əgər məqsədi xeyirdirsə, xidmətindəyik. Yox əgər pis məqsədlə gəlmişdirsə, öz qılıncımızla onu öldürərik!»
Peyğəmbər (s) Ömərə daxil olmaq icazəsini verir. Ömər Həzrətlə (s) görüşdən sonra İslamı qəbul edir.
Həzrət Məhəmmədin (s) ardıcıllarına təzyiqlər artırdı. Bir qrup müsəlman qüreyşin hücumlarından amanda qalmaq üçün Həbəşəyə hicrət etdilər. Həzrət (s) Taifdə münasib şərait görmədiyindən Yəsribə (sonradan Mədinə adlandı) hicrət etmək qərarına gəldi. Həmzə Məkkədə qalıb peyğəmbəri himayə edənlər arasında idi.
Peyğəmbər (s) həcc mərasimində bir qrup yəsribli müsəlmanla gizli şəkildə görüşdü və onlar İslamı qəbul etdik-lərini bildirdilər. Minanın Əqəbə hissəsində sonralar «Əqəbə peymanı» kimi tanınmış müqavilə bağlandı. Bu müqaviləyə əsasən Peyğəmbərin (s) Mədinəyə hicrətin təmin olunmalı idi. Bu hadisədə Həmzənin də mühüm rolu vardı. Həzrət Peyğəmbər (s) həcc əməllərindən sonra Əbdül-Müttəlibin Əqəbədə yerləşən evində Mədinədən gələn nümayəndələrlə görüşdü. Bu görüş müşriklərdən gizli keçirilirdi. Onlar Peyğəmbərlə müdafiə haqqında müqavilə bağladılar və söz verdilər ki, Peyğəmbəri və mühacir müsəl-manları canları-qanları ilə qoruyacaq-lar.
Müşriklərin bu görüşə mane olmama-ları üçün Həmzə və Əli (ə) keşikdə dayanmışdı. Əqəbədə Peyğəmbərin (s) gizli şəkildə bir qrup adamla görüşdüyünü eşidən müşriklər silahlanıb, həmin yerə gəldilər. Onları əli qılınclı Həmzə və Əli (ə) qarşıladı. Toplantı haqqında soruşub, həmin yerə getmək istədikdə Həmzə dedi: «Burada kimsə yoxdur və biz heç kimi görməmişik. And olsun Allaha, kim keçmək istəsə, onu öldürəcəyəm.
Bu səs Peyğəmbərin (s) və ona beyət edənlərin qulağına çatdı. Məclisdəkilər qılınca əl atmaq istəsələr də, həzrət (s) buna etiraz etdi və buyurdu: «Döyüşmək vəzifəmiz yoxdur». Sonra məclisdəkilərin dağılıb getməsini istədi. Oradakılar fürsətdən istifadə edib, məclisi tərk etdilər. Peyğəmbər (s) isə Məkkəyə qayıtdı.
Tədricən hicrət üçün şərait yaranırdı. Həmzə Peyğəmbərin (s) və Əlinin (ə) yanında idi. O, İslamın müdafiəsinə və bu yolda hər bir fədakarlığa hazır idi. Peyğəmbər (s) hicrət etməmiş bir qrup müsəlman Məkkəni tərk edib, Mədinəyə üz tutdu.
Məkkədəki ağrılı-acılı illər arxada qaldı. Peyğəmbər (s) və müsəlmanlar Mədinəyə hicrət etdilər. Həmzə də ilkin hicrət edən müsəlmanlardan idi. O da digər mühacirlər kimi Peyğəmbərin (s) gəlişi intizarındaydı.
Həzrət Peyğəmbər (s) Mədinədə hökumət təşkil etdi. Cəmiyyət Allahın dini əsasında qurulmağa başladı. Hicrətdən bir qədər sonra peyğəmbər Həmzə, Əli (ə) və Fatiməni (s) çağırıb, onlara buyurdu: «Mənimlə beyət edin, razılıq beyəti!» Həmzə soruşdu: «Atam-anam sənə fəda olsun, nəyə beyət edək, məgər əvvəl beyət etməmişik?» Peyğəmbər (s) buyurdu: «Ey Allahın və Onun rəsulunun şiri! Allah və Onun rəsulu ilə vəfadarlıq və möhkəmlik beyəti et. Bu yolla imanın kamilləşəcək». Həmzə dedi: «Olsun, baş üstə». Sonra isə beyət üçün əlini uzatdı.
Zaman keçir, İslamın günbəgün artan qüdrəti düşmənləri daha çox qorxuya salırdı. Onlar İslama zərbə vurmaq haqqında planlar cızırdılar. Möminlər isə Allahın dinini canları-qanları ilə qorumaq əzmindəydilər. Artıq iman Həmzənin ruhunda və canında kök atmışdı. O, müsəlman olduğu gündən Allahın əmrləri qarşısında təslim olmuş, Onun rəsuluna itaət etmiş, həyatını və gücünü bu yolda xərcləmişdi. Buna görə də o, «əsədullah və əsədul-rəsulihi» («Allahın şiri və Onun rəsulunun şiri») ləqəbini qazanmışdı. Müsəlmanların müşriklərlə ilk döyü-şündə Həmzə qoşun başçısı məqamına yüksəldi.
Peyğəmbərin (s) bayraq verdiyi və hərbi iş ardınca göndərdiyi ilk şəxs Həmzə oldu. Əbu-Cəhlin rəhbərlik etdiyi, Şamdan qayıdan 300 nəfərlik karvan dəniz sahilinə çatdı. Həmzə yarısı mühacir, yarısı ənsar olan 30 nəfərlik dəstə ilə həmin yerdə karvana çatdı. Tərəflər döyüş üçün sıraya düzüldülər. Amma hər iki tərəflə peymanı olan bir şəxsin vasitəçiliyi ilə döyüş baş tutmadı.Həmzə və yoldaşları Mədinəyə qayıtdılar, Əbu-Cəhl isə karvanla birlikdə Məkkəyə yola düşdü. Bununla belə, Həmzə ilk dəfə peyğəmbərdən bayraq alıb, meydana gedən şəxs adını qazandı. Bu hadisə hicrətin ilk ilində, ramazan ayında baş vermiş-di.
Nəql olunur ki, Həmzə Əbu-Cəhlin dəstəsi ilə rastlaşdıqda bir şer oxudu. Bu şerdə ilk dəfə meydana göndəril-məsini özü üçün iftixar sayırdı.
Təcavüzkar kafirlər və müşriklər müsəlmanların güclənməsindən çox narahat idilər. Onlar Mədinəyə hicrət etmiş müsəlmanların Məkkədəki evlərini qarət edir, xaraba qoyurdular. Artıq mövqelər aşkarlanmışdı. Müsəlmanlar belə bir qərara gəldilər ki, qüreyşin Məkkəyə xeyli mal aparan ticarət karvanını müsadirə etsinlər. Bundan xəbər tutan qüreyş başçıları karvana güclü bir mühafizə dəstəsi qoşmuş-dular. Karvana Əbu-Süfyan başçılıq edirdi. O, karvanın yolunu dəyişib, müsəlmanların ağlına gəlməyən bir yolla hərəkət etmək istədi. Müsəlmanların da savaş məqsədləri yoxdu. Amma təsadüfi görüş döyüşü labüdləşdirdi. Küfr başçılarının təkəbbürü də qarşıdur-manı qaçılmaz edən səbəblərdən oldu. Onlar müsəlmanları qorxutmaq üçün döyüşmək qərarına gəldilər. Hər iki dəstə üzbəüz düzüldü. Allahın yardımı, qeybi ümidlər İslam qoşununu ruhlan-dırırdı. Düşmən qoşunu isə tərəddüdlər içində çabalayırdı. Onlar hərbi cəhətdən üstün olsalar da, qəlblərindənki tərəddüdlər mövqelərini zəiflədirdi. Döyüş başlamazdan qabaq kafirlərin Əsvəd Məxzumi adlı bir başçısı döyüşçülərdəki ümidsizliyi görüb, onları şücaətləndirmək qərarına gəldi. Ona görə də o bir gedişlə döyüşçüləri hərəkətə gətirməyə çalışdı. Onlarla belə bir müqavilə bağladı ki, üç yoldan birini seçsinlər: ya özlərini müsəlmanların hovuzlarına çatdırıb su içsinlər, ya hovuzları dağıtsınlar, ya da öldürülsün-lər. Özü isə qoşundan ayrılıb, hovuzlara tərəf hərəkət etdi. Amma məqsədə çatmamış Həmzə ilə üz-üzə gəldi. Həmzə bir zərbə ilə onun qılçasını üzdü. Əsvəd yerə yıxılmasına və ayağından qan axmasına baxmayaraq, sürünə-sürünə özünü hovuza çatdırmaq istədi. Amma Həmzənin iti qılıncı onun boğazına dirəndi və başı bədənindən ayrıldı. Beləcə, Həmzə Əsvədin su içmək arzusunu gözündə qoydu.
Həmzənin şücaəti tövhid qoşununun əzmini artırdı və müşriklərin canına üşütmə saldı. Sonra döyüşün ilk mərhə-ləsi, təkbətək döyüş başlandı. Müşrik-lərdən üç döyüşçü qabağa çıxıb, qarşı tərəfdən rəqib tələb etdi. Müsəlmanlar Əli (ə), Həmzə və Übeydə meydana girdi. Həmzə həmin gün yaxasına dəvəquşu lələyi sancmışdı. Bu əlamət onu müsəlman döyüşçülər arasında fərqləndirirdi.
Daha sonra ümumi həmlə başlandı. Həmzə böyük rəşadət və qəhrəmanlıqla döyüşə girişib, düşmən ordusunun köksünə vardı. O, qorxudan döyüşçülər arasında gizlənmiş bir çox küfr başçılarını öldürdü və növbəti bir qəhrəmanlıq dastanı yaratdı. Hamı Həmzənin şücaətindən danışırdı. Onun yaxın silahdaşı Əmirəl-möminin (ə) belə buyurur: «Müşriklərdən birini təqib edirdim. Bir müsəlmanla bir müşrikin vuruşduğunu gördüm. Bu döyüşdə müsəlman şəhid oldu. Polad zireh geymiş Təyəmə adlı qatil məni tanıyıb, nərə çəkərək dedi: «Ey Əbu-Talib oğlu, meydana gəl!» Sonra isə qılınc çəkib, hücuma keçdi. Mən qalxanla özümü müdafiə etdim. Amma onun ağır zərbəsi qalxanı əzdi. Qılıncımla onun cavabını verdim və boynundan bir zərbə vurdum. Başının üzüldüyünü zənn etdim. Amma zireh möhkəm olduğundan qılınc təsir etməmişdi. Bu vaxt arxadan bir qılınc parladı. Başımı aşağı saldım. Göydən enən qılınc düşmənin başını papağıyla birgə üzüb atdı. Bu vaxt qulağımda isti və tanış bir səs cingildədi: «Tut onu, ey Əli! Mənəm, Əbdül-Müttəlibin oğlu». Dönüb arxaya baxanda Seyyidüş-şühəda əmimi gördüm. Öldürülmüş müşrik isə ərəbin şücaətli qəhrəmanlarından sayılan Təyəmə ibn Ədi idi».
Tarixçilər Bədr döyüşü haqqında yazırlar ki, bu döyüşdə müşriklərin əksəriyyətini Həmzə və Əli (ə) öldürdü. Bədr döyüşü başa çatanda müşriklərin yetmişə yaxın cəngavərinin cəsədi torpağa sərili qalmışdı. Bu zərbə qüreyşi sarsıtdı. Həmzənin öldürücü qılıncını müşriklər heç vaxt unutmadılar. Bundan sonrakı döyüşlərdə müsəlmanlara qarşı fitnəni qızışdıran Əbu-Süfyan Məkkə-nin fəthi zamanı canını qurtarmaq məqsədi ilə riyakarcasına İslamı qəbul etdi. Osmanın vaxtında Ühüddə Həmzənin qəbri yanından keçərkən qəbiri təpik-ləməklə öz kinini bildirmişdi və tənə ilə demişdi: Ey Əbu-Əmarə! O şeydən (xilafət) ötrü ki, bir-birimizə qılınc çəkirdik, bu gün həmin şey bizim uşaqlarımızın əlindədir və onunla əylənirlər!»
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |