![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Bu kitabı bəsirətlə mütaliə etmək üçün müqəddimədəki iki mətləbə diqqət etməyiniz lazımdır.
1. İslamda insan mövzusunu təhlil etdikdə, bu təhlil kişi ilə qadına eyni dərəcədə şamil edilir.
Dinimizdə kişilər kimi qadınlar da insan cəmiyyətinin bir hissəsi hesab olunurlar. Əgər insan cəmiyyətini bir quşa bənzətsək, bu quşun iki qanadının birinin kişilər, digərinin isə qadınlar olduğunu deyə bilərik. Məlumdur ki, quş yalnız iki qanadı olduğu halda uçub öz məqsədinə çata bilər. Quran ayələri və İslam rəvayətlərində kişi ilə qadının çiyin-çiyinə, bir cərgədə olması haqda çox sözlər var. Nümunə üçün sizin diqqətinizi onlardan bir neçəsinə cəlb edirik: «Mömin olub yaxşı işlər görən kişi və qadına (dünya və axirətdə) firavan həyat bəxş edəcəyik».
Bu ayədən aydın olur ki, firavan həyat (hər iki dünyada, hər cəhətdən kamil olan həyat) kişi ilə qadının yaxşı əməllərinin və imanlarının nurundan vücuda gəlir. Kişi və qadının firavan həyat qurmaq imkanlarına görə, bir-birlərindən heç bir fərqləri yoxdur. Nəhcül-bəlağədə, 31-ci məktubda, Əmirəl-möminin (ə) İmam Həsənə (ə) vəsiyyətnaməsinin axırıncı hissəsində buyurur:«Qadına gücündən artıq (iş) yükləmə. Çünki qadın (qüdrətli) pəhləvan kimi deyil gül şaxəsi kimidir.. Ləyaqəti çatdığı qədər ona ehtiram et, lazımsız yerə izhar edib (bədgümanlıq əlaməti olaraq) qeyrətlənməkdən uzaq ol. Çünki etimadsızlıq və bədgümanlıq qadınları iffətsizliyə, günahsızları günaha sövq edir».
2. Qadınla kişinin yaxşı əməllərinin dəyərinin bərabər olması.
Cəfəri Təyyarın (ə) həyat yoldaşı Umeys qızı Əsma Həbəşistana olan on beş illik mühacirətdən sonra, hicrətin yeddinci ilində Mədinəyə qayıtdı. Qadınların toplaşdığı yerdə hal-əhval tutduqdan sonra, soruşdu: «Bizim barəmizdə Quran ayələrində bir şey nazil olmuşdurmu?»
dedilər yox.Həzrət Peyğəmbər (s) buyurdu: "Niyə?” Əsma ərz etdi: "Çünki onlar kişilər kimi xeyir və səadətlə yad olunmurlar”. Bu zaman aşağıdakı ayə nazil oldu.
«Həqiqətən müsəlman, mömin, müti, abid, doğrudanışan, səbirli və dözümlü, qəlbi yumşaq, sədəqə verən, oruc tutan, ismətli və həyalı, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah dərgahında məğfirət (bağışlanma) və böyük mükafat hazırlanmışdır».
Bu ayədən görürük ki, qadınların Allah yanında insani dəyərlərdə kişilərdən heç bir fərqi yoxdur. Eləcə də göründüyü kimi, cəmiyyətin əqidə, siyasi, əxlaqi, ictimai və ibadi cəhətdən inkişafı üçün ayədə qeyd olunan on xüsusiyyət insanın təkamülünün dəyər mənbəyi kimi qadınla kişi barəsində bərabər zikr olunur. Hər iki zümrə fikir və əməldə bu prinsiplərə arxalanmaqla, xilqətin ali hədəfinə və təkamülə doğru yüksəlməyi bacararlar.
Mənbə: "İslamda qəhrəman qadınlar" kitabı.
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |