» » » İmam Sadiq (ə)-in səhv düşüncəli bir şəxslə rəftarı


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6736

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6720

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 4

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Nisan 2025    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Sadiq (ə)-in səhv düşüncəli bir şəxslə rəftarı
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 18-05-2014, 15:00 | Baxılıb: 2 080
     


    İmam Sadiq (ə) Allahın insanı düz yola hidayət etməsi mövzusunda söhbət edərkən belə bir əhvalat buyurdu: Öz nəfsinin istəklərinə qulluq edən və nadan camaatın ehtiram qoduğu bir kişi kimdir? (İmam burada bir şəxsin əhvalatını danışdı).
    Həmin kişinin fəzilətlərindən mənə o qədər danışdılar ki, onunla görüşmək fikrinə düşdüm. Qərara aldım ki, onu gizlində görüb işlərini yoxlayam. Onun dalınca getdim. Uzaqdan avam camaatın onun ətrafına toplaşdığını müşahidə etdim. Məni tanımasınlar deyə üzümü örtdüm. Sonra daha yaxına getdim. Diqqətlə camaatın həmin şəxslə və o şəxsin camaatla rəftarına nəzər saldım. O şəxsin camaatı öz hiylələri ilə aldatmasını anladım. Sonra o, camaatdan ayrıldı. Mən isə üzüm örtülü halda onun ardınca hərəkət etdim. Gördüm ki, o bir çörək dükanına daxil oldu. Çörək satanın başını qatıb iki ədəd çörək oğurladı. Öz-özümə dedim ki, bəlkə də çörəklərin pulunu vermişdir. Sonra o çörək dükanından çıxıb nar satılan bir dükana daxil oldu. Burada da nar satanı aldadıb iki ədəd nar oğurladı. Mən onun bu işindən təəccüb etdim. Lakin yenə onun bu narları pulla alması ehtimalını verdim. Amma öz-özümə dedim: Belədirsə, nə üçün oğurluq edir? O, nar dükanından çıxıb getdi. Mən isə onun ardınca yola düşdüm. Yarı yolda o bir xəstənin yanına döndü. Çörəklə narı ona verib getdi. Bu vaxt ona yaxınlaşım, dedim. 
    "Ey Allahın bəndəsi! Sənin çox yaxşı adam olduğunu eşitmişəm. Camaat səni tərifləyir. Ona görə səninlə görüşməyi qərara aldım. Bu gün sənin bütün işlərinə nəzər saldım. Amma sənin gördüyün işlər mənim ürəyimi narahat etdi. Sənə bir sualım var. Onun cavabını desən, məni rahat edərsən. O dedi: Sualın nədir?
    Dedim: Sənin çörək və nar dükanından oğurluq etdiyini gördüm. (Bunun səbəbi nədir?)
    O dedi: Hər şeydən əvvəl de görüm sən kimsən?
    Dedim: Adəm övladıyam və İslam Peyğəmbərinin (s) ümmətindənəm.
    O dedi: Hansı  tayfadansan?
    Dedim: Nübüvvət (Peyğəmbərin (s)) tayfasındanam.
    Məndən soruşdu: Harada yaşayırsan?
    Dedim: Mədinədə.
    O dedi: Sən Cəfər ibn Məhəmməd Sadiq deyilsən?
    Dedim: Bəli.
    Mənə etiraz edərək dedi: Sənin Peyğəmbər tayfasından olmağının heç bir faydası yoxdur. Çünki sən ata-babalarından çatan elmi tərk etmisən və lazım olan elmdən xəbərsizsən.
    Dedim: Hansı elmdir o?
    Dedi: Allahın göndərdiyi kitab, Quran.
    Dedim: Quranın hansı ayəsindən xəbərim yoxdur? Dedi: Bu ayədən ("Ənam» surəsinin 162-ci ayəsindən) xəbərin yoxdur ki, Allah-təala buyurur: 

    مَنْ جاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرَ اَمْثالِها، وَمَنْ جاءَ بِالسَّيِّئَةِ فَلا يُجْزى اِلاّ مِثْلَها
    «Yaxşılıq eləyənə on qat artıq savab verilər.  Pislik eləyənsə yalnız etdiyi pislik qədər cəzalandırılar». 
    Mən iki ədəd çörək və iki nar oğurlamışam. Bu ayəyə əsasən, mənə dörd günah yazılır. O biri tərəfdən isə mən bunları bir xəstə yoxsula verdim. Bunların hər biri üçün 10 savab yazılır. Deməli, mənə 40 savab yazıldı. Əvvəlki 4 günahı 40-dan çıxsaq, yerdə 36 savab mənim üçün qalacaq.
    Mən onun bu sözlərini eşidəndə dedim: 

    ثَكَلَتْكَ اُمُّكَ اَنْتَ الْجاهِلُ بِكِتابِ اللهِ، اَما سَمِعْتَ اَنَّهُ عَزَّ وَجَلَّ يَقُولُ: اِنَّما يَتَقَبَّلُ اللهُ مِنَ الْمُتَّقِينَ... 
    «Anan yasında otursun!» (Ərəb dilində bir növ tənqiddir.) Quran ayələrindən xəbərsiz sənsən! Bunu eşitməmisən ki, Allah-təala buyurur:

    بِمِثل هذا التَّأْويل القَبيح الْمُسْتَكْرَه يَضِلُّونَ وَيُضِلُّونَ... 
    «Bu cür çirkin fikirlərlə həm özlərini, həm də camaatı yoldan çıxarırlar».
    Bu hadisədən nəticə alırıq ki, yanlış fikirlərin xətəri o qədər böyükdür ki, hətta insanı Allahın kitabı olan Qurana da əl gəzdirməyə gətirib çıxarır. Belə ki, Quran cahil şəxslərin əlində onu hər şəklə sala biləcəyi bir xəmirə bənzəyir. Ona görə İmam Sadiq (ə) belə şəxslərin Quranı məna etmələri haqqında xəbərdarlıq edir. 
    İmam Sadiq (ə) yanlış fikirdə olan o şəxsin işlərini ifşa etdi ki, camaat onun sözlərinə aldanmasınlar. Çünki islam dinində belə şəxslərin ifşası lazımlı iş sayılır. Həzrət söhbətinin sonunda buyurur: 

    طُوبى لِلَّذِينَ هُمْ كَما قَالَ رَسُولُ اللهِ يَحْمُلُ هذا الْعِلْم مِنْ كُلِّ خَلَف عُدُولُه وَيَنْفونَ عَنْهُ تَحريفَ الْغالِينَ وَاِنْتِحالَ الْمُبطِلِينَ، وَتأوِيلَ الْجاهِلِينَ
    «Xoş halına o kəslərin ki, islam Peyğəmbərinin (s) buyurduğu kimidirlər.
    Yəni din elmini adil şəxslərdən öyrənir və bu elmin köməyi ilə özlərini və yaşadıqları cəmiyyəti nahaq şəxslərin təhrif etdiyi işlərdən, batil adamların nahaq sözlərindən və nadan şəxslərin əyri fikirlərindən uzaqlaşdırırlar. 
    İmam Sadiq (ə)-ın bu şəxsə göstərdiyi münasibətdən aydın olur ki, islam dininin həqiqətlərini dəyişdirmək istəyən şəxslər xalq arasında ifşa olunmalıdırlar. Başqa sözlə, xalq arasında tanınmış və nüfuzlu şəxsiyyətlər əyri yollara çəkilən zaman onlarla əqidə mübarizəsi aparıb iç üzlərini açmaq lazımdır. Belə olmasa onlar öz nüfuzlarından istifadə edib başqalarını da əyri yollara çəkəcəklər.
    Misal üçün, şərab içib sükan arxasında oturan sürücüyə həddini göstərmək lazımdır, çünki onun bu işi cəmiyyətlə bağlıdır və o, sərxoş halda idarə etdiyi maşınla sərnişinlərin canını xətərə salır. Lakin evində gizlin şərab içən şəxsi ifşa etmək və onu xalq arasında rüsvay etmək düz deyil. Çünki o, Allahın qoyduğu yoldan təkcə özü çıxdığı üçün cəzasını da özü alacaq.

    Mənbə:"Günahşünaslıq" kitabı.

     
     
    Bölmə: Əhli Beyt / İmam Cəfəri Sadiq (ə)
    Şərhlər: 6
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Musulmanka313 | Status: İstifadəçi Offline | 20 Temmuz 2014 16:56 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun In shaa Allah...yazan elleriniz var olsun, derd qormesin, Hacetleriniz qebul olunsun tezlikle in sha Allah...Allah sizi heqiqi ibadet edenlerden qerar versin In shaa Allah....

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: nastya | Status: İstifadəçi Offline | 18 Mayıs 2014 21:19 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ehlibeyt asiqi | Status: İstifadəçi Offline | 18 Mayıs 2014 18:59 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 18 Mayıs 2014 17:46 | Sayt nəzarətçisi | Şərh yazdı
    baci ALLAH senden sonsuz razi olsun rebbim bu insanlarin hiylesinden fitnesinden cemi muselmanlari uzaq etsin baci Allah seni guldursun deyir anam yasinda otursun baci axira qeder bu soze gulmusem ele agam duz deyir ele insanlarin yasinda oturmaq lazimdir ki hec kesi sef haqq hesabi ile camahatin fikrini yayindarmasin duzdu omru yazan ALLAHDİ biz ne kareyik ki kimese olum arzulayaq amma ele fitnekarlarinki olumden basqa bir sey deyil

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 18 Mayıs 2014 16:42 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAHIN SAlami salavati xeyir duasi uzerine olsun ALLAH sonsuz razi olsun cox sagolun  Allah  gunahlarimizi ehf dsin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 18 Mayıs 2014 15:29 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACIM

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.