Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Həzrəti-Zəhra (s.ə)-nın ailə qurması
1.Zəhra (s.ə)-nın mehriyyəsi
«Biharül-Ənvar»da Şeyx Səduqun «Əmali» kitabına istinadən belə bir hədis qeyd olunmuşdur:
İmam Sadiq(ə.s) belə söyləyir: «Rəsuli-əkrəm (s) Fatimə (s.ə)-ni həzrəti-Əli (ə.s)-yə ərə verdikdən sonra bir gün onlara getdiyi zaman həzrəti-Zəhra (s.ə)-nı aglayan görüb buyurdu: «Niyə ağlayırsan? Allaha and olsun ki, əgər mənim xanədanımda Əli (ə.s)-dən üstün bir şəxs olsaydı, mən səni ona ərə verərdim. Fatimə! Mən səni ona ərə verməmişəm, əksinə, səni ona həyat yoldaşı təyin etmişəm. Sənin mehriyyən üçün isə əbədi olaraq dünyanın beşdən biri verilibdir».
2.Zireh pulundan cehiz
Həzrəti-Əli (ə.s) cehiz hazırlanması barədə belə söyləyir:
Rəsuli-əkrəm(s) mənə dedi:
__Dur get, öz zirehini (döyüş paltarı) sat.
Gedib zirehimi satdım, pulunu isə gətirib Rəsuli-əkrəm (s)-in qarşısına qoydum. Peyğəmbər (s) qədərini məndən soruşmadı və mən də bir söz demədim. Həzrəti-Mühəmməd(s) o puldan bir az götürüb Bilal Həbəşiyə verdi və buyurdu:
__Bu pula Fatimə (s.ə) üçün gözəl bir ətir al.
Sonra həmin puldan bir az da Əbu Bəkrə verib aşağıdakıları almağa göndərdi.
Əbu Bəkr də onların dediyini aldı.
Aldıqları cehiz bunlardan ibarət idi:
1.bir dəst köynək,
2.bir ədəd yaylıq,
3.qara xeybəri qətfə (yaxud qara əba),
4.ortası xurma lifindən toxunmuş taxt (yaxud qatları xurma lifindən olan balış),
5.biri yun, digəri isə xurma lifindən hazırlanmış iki ədəd Misir yorğanı,
6.dörd ədəd Taif malı olan içi quru otla doldurulmuş, aşılanmış dəri mütəkkə,
7.nazik yun pərdə,
8.Həcər kəndində (Bəhreyn kəndlərindəndir) istehsal edilən bir ədəd həsir,
9.əl dəyirmanı,
10.bir ədəd mis teşt,
11.su gətirmək üçün səhəng,
12.bişmiş gil kasa,
13.suyu sərinləşdirən xüsusi məşk,
14.çöl tərəfi rənglənmiş bişmiş gil kuzə,
15. bişmiş gildən hazırlanmış yaşıl kuzə,
16. bir neçə ədəd bişmiş gil bardaq.
Bütün bunlar alınandan sonra Əbu Bəkr və yoldaşları əşyaları Rəsuli-əkrəm(s)-in yanına gətirdilər. Peyğəmbər (s) onları əlinə götürüb o üzə, bu üzə çevirərək buyururdu:
«Allah-təala mübarək etsin».
3.Toy şənliyi və toy gecəsinin təyin olunması
Həzrəti-Əli (ə.s) buyurur: «Beləcə, bu əhvalatdan sonra Rəsuli-əkrəm(s) ilə hər gün məsciddə namaz qılıb öz evimə qayıdırdım. Lakin evlənmək barədə onunla heç bir söhbət etmirdim. Bir ay ötdükdən sonra Rəsuli-əkrəm(s)-in zövcələri mənə dedilər: «İstəyirsən, biz sənin Fatimə (s.ə) ilə evlənməyin barədə Peyğəmbər (s)-lə söhbət edək».
Razılıq verdim. Onlar Rəsulullah(s)-ın hüzuruna getdilər. Ümmü Əymən dedi:
-Ey Allahın Rəsulu, elə bir iş üçün gəlmişik ki, əgər Xədicə (s.ə) sağ olsa idi, sevinərdi. Əli(ə.s) istəyir ki, həyat yoldaşını evinə aparsın. Əli(ə.s) ilə görüşü münasibəti ilə bizə və Fatimə (s.ə)-yə gözaydınlığı ver.
Rəsuli-əkrəm (s) buyurdu:
__ Bəs nə üçün Əli(ə.s) özü gəlib mənə demir? Biz gözləyirdik ki, o özü gəlsin.
__ Ey Allahın Rəsulu, səninlə bu barədə danışmağa həya edir.
Peyğəmbər (s) soruşdu:
__ İndi burada kim var?
Ümmü Sələmə Zeynəbin və bir neçə nəfərin adını sadaladı. Peyğəmbər (s) buyurdu:
__ Qızım və əmim oğlu üçün otaqlardan birini hazırlayın.
__ Hansını?
__ Öz otağımı.
Sonra həzrəti-Mühəmməd (s) qadınlara və zövcələrinə tapşırıq verdi ki, Fatimə (s.ə)-ni özunə layiq bəzəsinlər.
Ümmü Sələmə deyir:
Həzrəti-Zəhra (s.ə) sonra bir şüşədə ətir gətirdi, ondan bir az da ovcuma tökdü. Elə gözəl qoxusu vardı ki, həyatımda belə ətir görməmişdim. Dedim:
__ Bu gözəl ətir haradandır?
Buyurdu:
__ Dihyəyi Kəlbi
(səhabədən biri) atamın hüzuruna gəldiyi vaxt atam həmişə mənə buyurardı: «Ey Fatimə, əmin üçün döşəkçə gətir.» Mən də döşəkçə gətirib yerə sərirdim. O da əyləşirdi. Qalxıb gedəndə libasının içindən yerə nəsə tökülürdü. Atam mənə söyləyərdi: «Onları yığ». (Əlbəttə, gələn qonaq Dihyeyi Kəlbinin surətində Cəbrayıl idi).
Bir gün həzrəti-Əli (ə.s) Peyğəmbər (s)-dən soruşdu:
__ Bunlar nədir?
__ Ənbərdir, Cəbrayılın qanadları arasından tökülür.
Rəsuli-əkrəm(s) həzrəti-Əli (ə.s)-yə tapşırdı ki, toy üçün həzırlıq görsün, belə ki ət və çörəyi Peyğəmbər (s) özü, yağ və xurmanı isə, bəy almalı idi.
Əmirəlmöminin (ə.s) deyir ki, gedib yağ və xurma alıb Rəsuli-əkrəm(s)-in hüzuruna gətirdim. Peyğəmbər (s) qolunu çırmayıb xurmanı yağla qarışdırdı. Kök qoyun və çörəyi bizim üçün göndərdi. Sonra mənə buyurdu:
__Kimi istəyirsən, toya dəvət et.
Məscidə getdim. Məsciddə səhabədən çox adam var idi. Yarısını çağırıb, yarısını dəvət etməməkdən utandım, hündür bir yerə çıxıb dedim:
__Fatimə (s.ə)-nin toy məclisinə olan dəvətimi qəbul edin.
Hamı yeyib-içib bizə dua etdilər ki, Allah sizə bərəkət versin. Dörd mindən (4000) artıq olan qonağa yemək-içmək artıqlaması ilə çatdı. Sonra Peyğəmbər (s) kasa istədi. Kasaları gətirdilər. Kasaları doldurub zövcələrinin evlərinə göndərdi. Sonra bir kasa da götürüb dolduraraq buyurdu:
__Bu da Fatimə (s.ə) və əri üçün.
4.Zifaf gecəsi
Günəş qürub edəndən sonra həzrəti-Mühəmməd(s) Ümmü Sələməyə buyurdu:
__Fatimə (s.ə)-ni buraya gətir.
O, Fatimə (s.ə)-ni paltarının ətəyi yerlə sürünə-sürünə Atası(s)-nın yanına gətirdi. Utandığından xanım Zəhra (s.ə)-nın çöhrəsindən tər axırdı, buna görə də içəri girəndə ayağı büdrədi. Bu zaman Peyğəmbər (s) buyurdu:
__ Allah-təala səni dünya və axirət büdrəməyindən qorusun.
Fatimə (s.ə) Rəsuli-əkrəm(s)-in qarşısında dayananda Atası (s) onun niqabını üzündən qaldırdı. Əli (ə.s) Xanım (s.ə)-ın camalını gördü. Sonra Peyğəmbər (s) Fatimə (s.ə)-nin əlini Əli (ə.s)-nin əlinə qoyub buyurdu:
__ Allah-təala Peyğəmbər qızını sənə mübarək etsin. Ey Əli, Fatimə yaxşı həyat yoldaşıdır. Fatimə, Əli də yaxşı həyat yoldaşıdır. Öz evinizə gedib məni gözləyin.
Əli (ə.s) buyurur ki, Fatimə (s.ə)-ni evin bu biri tərəfində oturtdum. Hər ikimiz xəcalətdən başımızı aşağı dikmişdik.
5. Peyğəmbər (s)-in bəy və gəlini təbrik etməsi
«Əli (ə.s) deyir ki, bir də hiss etdim ki, Peyğəmbər (s) evin qapısına yaxınlaşdı və soruşdu:
__Burada kim var?
Dedim:
__ Ey Allahın Rəsulu, içəri keçin.
Rəsuli-əkrəm(s) evə daxil olub Fatimə (s.ə)-ni yanında oturdub buyurdu:
__Fatimə, dur bir az su gətir.
Fatimə (s.ə) qalxıb bir kasa su gətirdi. Həzrəti-Mühəmməd (s) o sudan bir az Fatimə (s.ə)-nin başına səpib buyurdu:
__ Üzünü mənə çevir.
Fatimə (s.ə) üzünü ona tərəf çevirdi. Peyğəmbər (s) o sudan bir az ağzında qarqara edib yenə kasaya tökdü. Sonra o sudan bir az Fatimə (s.ə)-nin başına, sinəsinə çilədikdən sonra bir az da saçlarının arasına səpdi, belə bir dua oxudu:
«İlahi, bu, mənə hamıdan əziz qızımdır. Allahım, bu isə (Əli(ə.s)) mənim qardaşım və mənə hamıdan əziz olan şəxsdir. Onu yer üzünə vəli və yavər qərar ver, ailəsini isə mübarək et».
Sonra Əli(ə.s)-yə üzünü çevirib buyurdu:
__ Öz ailənə yaxınlaş. Allah mübarək etsin, həm də Tanrının şükr və bərəkəti sənə olsun».
Başqa bir rəvayətdə Əmirəlmöminin Əli (ə.s)-nin dlindən belə nəql olunur:
«Fatimə (s.ə) mənim evimə gələndən sonra Peyğəmbər (s) üç gün evimizə ayaq basmadı. Çərşənbə günü, sübh çağı bizə gəldi. O vaxt Əsma binti Ümeys də bizdə idi. Rəsuli-əkrəm (s) Əsmaya buyurdu:
__ Kişi burada ola-ola, sən niyə burada qalmısan?
Əsma ərz etdi:
__ Atam-anam sənə fəda olsun! Qız ər evinə gedəndə və zifaf mərhələsini keçirəndən sonra qadın xeylağına ehtiyac duyur. Elə buna görə də mən burada qalmışam.
Rəsuli-əkrəm (s) Əsmaya buyurdu:
__ Əsma, Allah-təala sənin dünya və axirət hacətlərini yerinə yetirsin».
Əmirəl-möminin Əli (ə.s.) söyləyir:
«O gün hava çox souyq idi. Mən və Fatimə (s.ə) əbaya bürünmüşdük. Peyğəmbər (s)-in səsini eşidən zaman ayağa qalxmaq istədik. Həzrəti-Mühəmməd(s) buyurdu:
__ Sizi boynunuzda olan haqqıma and verirəm, mən içəri daxil olsam da, bir-birinizdən ayrılmayın.
Rəsuli-əkrəm(s) içəri keçib üst tərəfdə əyləşdi. O da ayaqlarını əbanın altına saldı. Mənimlə Fatimə (s.ə) o Həzrət(s)-in ayaqlarını isindirdik. Mənə buyurdu:
__ Kuzədə su gətir.
Mən bir kuzə su gətirdim. Rəsuli-əkrəm (s) suya üç dəfə üfürərək «Quran»dan bir neçə ayə oxudu. Sonra yenə buyurdu:
__ Bu suyu içib dibində bir az saxla.
O Həzrət(s)-in buyurduğuna əməl etdim. Peyğəmbər (s) suyun qalanını mənim başıma, sinəmə səpib buyurdu:
«Allah-təala çirkinliyi səndən uzaqlaşdırdı və səni pak etdi, ey Əbəl-Həsən»
6. Peyğəmbər (s)-in Fatimə (s.ə)-yə olan buyruqları
İmam Əli (ə.s) söhbətinin ardınca ərz edir:
Peyğəmbər (s) bizimlə görüşəndən sonra mənə buyurdu:
__ Sən çıx bayırda gözlə.
Mən Atası(s) ilə Fatimə (s.ə)-ni evdə qoyub çölə çıxdım. Onların arasında belə bir xüsusi söhbət baş verdi:
Peyğəmbər (s):
__ Qızım, kefin necədir? Ərini necə qəbul edirsən?
Fatimə (s.ə):
__Atacan, ərimi ən yaxşı həyat yoldaşı bilirəm, ancaq Qüreyş qadınlarından bəzisi yanıma gəlib mənə deyir ki, Rəsuli-əkrəm(s) səni yoxsul bir şəxsə ərə vermişdir.
Peyğəmbər (s):
__ Qızım, nə atan yoxsuldur, nə də həyat yoldaşın. Fatimə, məgər bilmirsənmi, Allah-təala bəşərə nəzər salanda onların arasında atanı seçib peyğəmbərliyə təyin etdi. Yerin bütün qızıl və gümüş xəzinələrini Tanrı mənim ixtiyarımda qoydu, lakin mən Allah dərgahında olan mükafatı bəyəndim (seçdim). Əziz qızım, əgər atan bildiyi şeyi sən bilsəydin, dünya sənin gözündə puç görünərdi. Allaha and olsun ki, sənin barəndə heç bir xeyir işi əsirgəməmişəm. Allah-təala sonra ərini seçdi. O zaman mənə vəhy etdi ki, səni ona ərə verib özümə canişin təyin edim. Sənin ərin İslamda hamıdan əvvəl, elmdə hamıdan səbirlidir. Qızım, Tanrımız xüsusi diqqət yetirəndə yer üzündə iki nəfər kişi seçdi__ onlardan birini sənin atan, digərini isə ərin təyin etdi. Qızım, sənin ərin yaxşı ərdir, bütün işlərdə ona itaət elə.
7.Peyğəmbər (s)-in Əli (ə.s) ilə söhbəti
Əli (ə.s) söhbətini belə davam etdirir:
Peyğəmbər (s) sonra məni səslədi. Mən evə keçdim. Həzrəti-Mühəmməd(s) buyurdu:
__ Öz evinə keç! Həyat yoldaşını sev və ona mehribanlıq göstər. Çünki Fatimə (s.ə) mənim cismimin parəsidir. Kim onu incitsə, məni incidib, kim onu sevindiribsə, məni sevindiribdir. Sizi Allaha tapşırıram. Allah sizə yar olsun.
Həzrəti-Əli(ə.s) buyurur: «Allaha and olsun ki, Tanrım bizi ayıranadək Fatiməni heç vaxt incitmədim, bir işi görməyə məcbur etmədim. O da məni incitməmiş və mənim itaətimdən boyun qaçırmamışdır. Nə zaman ona baxsaydım, bütün qəmim, kədərim və ağrılarımı unudardım».
8. Kənizin əvəzində gözəl bir dua
Sonra Rəsuli-əkrəm(s) ayağa durub getməyə hazırlaşarkən Fatimə (s.ə) ev işlərində ona kömək etmək üçün kəniz istədi. Peyğəmbər (s) belə buyurdu:
__ Kənizdən daha yaxşı şey istəyirsənmi?
Fatimə (s.ə)-yə dedim:
__ De, bəli.
Fatimə (s.ə) də dediklərimi təkrar etdi.
Həzrəti-Mühəmməd(s) buyurdu:
__ Hər gün Allaha 33 təsbih, 33 dəfə həmd, 34 dəfə isə təkbir de. Bu təsbih min mükafatın ölçüsünə (əməllərin tərəzisində) bərabərdir. Fatimə, əgər bu təsbihatı hər gün səhər desən, Allah-təala sənin dünya və axirət istəklərini inşaallah lazımınca ödəyər.
Şeyx Tusi «Misbahül-mütəhəccid» kitabında qeyd edir ki, Peyğəmbər (s) Fatimə (s.ə)-ni zilhiccə ayının əvvəlində ərə verdi.
Bəzi rəvayətlərdə isə həmin günün zilhiccə ayının altısı olduğu qeyd edilmişdir.
(«Kifayəmüt-talib» səh. «Məcməüz-zəvaid» VIII c, səh. 253, İbn Səbbac «Əlfüsülül-mühümmə» səh. 281, İbn Məqazəli «Mənağib» səh. 101, «Yənabiül-məvəddət» səh. 92, Əmini «Əlğədir» III c, səh. 23, «Əlmüraciat» səh. 244.)
Mənbə: "Beytül-əhzan (Həzrəti Fatimeyi-Zəhranın həyatı)" kitabı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |