» » Üçüncü vasitə-saleh əməl


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Üçüncü vasitə-saleh əməl
+4
Müəllif: Allahıma aşiqəm | 8-04-2014, 14:00 | Baxılıb: 1 486



Qur’ani-Kərimdən mə’lum olur ki, imandan sonra saleh əməl nəfsin təkmilləşdirilməsinə, Allah dərgahına yaxınlaşmağa və ali-insani dərəcələrə nail olaraq axirətdə pak-pakizə həyatdan bəhrələnməyə səbəb olur. Qur’anda buyurulur: "Hər kəs imanı olduğu halda saleh əməl görsə – istər kişi olsun, istərsə də qadın – Biz onu pak-pakizə bir həyatla dirildərik, onlara əməl etdiklərindən daha yaxşı mükafat verərik.” 
Bu ayədən mə’lum olur ki, insan üçün dünya həyatından əlavə, pak-pakizə olan digər bir həyat da vücuda gələ bilər və o da məhz iman və saleh əməlin nəticəsidir. Qur’ani-Kərimdə buyurulur: "Hər kəs iman və saleh əməllə Allaha tərəf gedərsə... Məhz onlar çox yüksək dərəcələrə və məqamlara nail olarlar.” 
Yenə buyurulur: "Hər kəs Pərvərdigarı ilə görüşə ümid bəsləyirsə, gərək saleh əməllər görsün və Rəbbinə ibadətdə heç bir (şeyi) Ona şərik qərar verməsin.” 
Yenə buyurulur: "Hər kəs izzət istəyirsə, (bilməlidir ki,) izzət bütünlükdə Allaha məxsusdur. Pak söz (la ilahə illəllah) Allaha doğru yüksəlir və saleh əməl onu yuxarı aparır.” 
Allah-Təala bu ayədə buyurur ki, bütün izzətlər və qüdrətlər Ona məxsusdur, Onun yanındadır, pak kəlmə, yə’ni, müvəhhid insanın pak ruhu, pak tövhid əqidəsi Allaha doğru yüksəlir, saleh əməl də onu daha da yüksəldən bir vasitədir.
Saleh əməl pak niyyət və ixlasla görülərsə ilə iş görənin nəfsində tə’sir qoyur və onu inkişaf etdirərək təkamülə çatdırır. Qur’andan mə’lum olur ki, axirətin pak-pakizə və gözəl həyatı, Pərvərdigarın dərgahına yaxınlıq və Onunla görüş iman və saleh əmələ bağlıdır. Qur’anda saleh əməlin üzərində çox tə’kid olunur və əbədi səadətin və qurtuluşun yeganə vasitəsi saleh əməl hesab edilir. Əməlin saleh olmasının yeganə me’yarı onun şəriətlə və vəhylə müvafiq, uyğun olmasıdır. Bütün dünyanı yaradan Allah insanın bütün ruhi xüsusiyyətlərini bildiyindən, onun səadət və təkamül yolunu da bilir. O, bu yolları vəhy vasitəsilə Peyğəmbərə (s.ə.v.v) öyrədir ki, insanlara çatdırsın, insanlar da bu yollardan istifadə etsinlər. Allah-Təala Qur’anda buyurur: "Ey iman gətirənlər, Allah və Onun Rəsulu sizi sizə həyat bağışlayacaq bir şeyə də’vət etdikləri zaman onu qəbul edin.” 
Saleh əməl müqəddəs şəriətdə vacib və ya müstəhəb əməl kimi təqdim edilir. Təkamül yolçusu da onları yerinə yetirməklə bu mərhələləri keçməli, Allah dərgahına yaxınlaşmalıdır. Yol yalnız budur, hər kəs bundan başqasını seçsə, azğınlıqdadır və o, heç vaxt həqiqi məqsədə çatmaz. Təkamül yolçusu Allahın əmr və fərmanlarına qeydsiz-şərtsiz və tam mə’nada müt’i olmalı, seyri-süluk üçün şəriətin göstərdiyi yoldan başqa bir yolu keçməməli, şəriətdə heç bir mənbəyi, əsası olmayan zikrləri deməkdən və hərəkətləri yerinə yetirməkdən ciddi şəkildə uzaq olmalıdır. Çünki, bunlar təkamül yolçusunu nəinki məqsədə çatdırmır, hətta, onu məqsəddən tamamilə uzaqlaşdırır. Çünki şəriətdən kənara çıxmaq bid’ət və günah sayılır.
Təkamül yolçusu ilk mərhələdə ciddiyyətlə çalışmalı, vacibləri və s. dini göstərişləri düzgün şəkildə və şəriətdə mövcud olan qanunlar çərçivəsində yerinə yetirməlidir. Çünki vacib əməlləri tərk etməklə, hətta müstəhəbləri yerinə yetirsə, zikrləri deməklə ciddi fəaliyyət göstərsə belə, yüksək ali məqamlara çata bilməz.
İkinci mərhələdə müstəhəblərə və zikrlərə növbə çatır. Təkamül yolçusu bu mərtəbədə özünun ruhi qüdrət və iste’dadına uyğun olaraq müstəhəb işləri görməlidir. Bu zaman nə qədər çox çalışarsa, bir o qədər də ali məqamlara çata bilər. Müstəhəblərin hamısı fəzilət baxımından bir səviyyədə deyildirlər. Onların bə’ziləri digərlərindən daha üstün olub, insanı Allah dərgahına daha artıq yaxınlaşdıra bilər. Dua və hədis kitablarında bunlara işarə edilmişdir.
Təkamül yolçusu namazları, duaları, zikrləri bu kitablardan seçib onların yerinə yetirilməsinə davamiyyət göstərə bilər. Onları nə qədər çox və daha yaxşı yerinə yetirsə, onun qəlbinə bir o qədər çox səfa və nuraniyyət gələr, daha yüksək mərtəbə və məqamlara yüksələr.
Biz saleh əməllərdən bə’zilərini burada qeyd edir, qalanlarını isə sair kitablara həvalə edirik. Lakin əvvəlcə qeyd etməliyik ki, vacibatlar, nafilələr,zikrlər və dualar o zaman saleh əməl sayılar və insanı Allaha yaxınlaşdırar ki, tam ixlas (xalis niyyət) üzündən yerinə yetirilmiş olsun. Əməlin saleh olması və insanı Allah dərgahına yaxınlaşdırması iş görənin ixlasının miqdarına bağlıdır. Buna görə də əvvəlcə ixlas barəsində söhbət edib sonra isə saleh əməllərdən bə’zilərini qeyd edirik.

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 8
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 9 Nisan 2014 11:17 | Redaktor | Şərh yazdı
ALLAH RAZI OLSUN BACIM YAZAN ELLERIN DERD GORMESIN INSALLAH.  ALLAHUMME SELLI ELA MUHAMMEDIN VE ALI MUHAMMED.

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 8 Nisan 2014 21:40 | Sayt nəzarətçisi | Şərh yazdı
ALLAH RAZI OLSUN BACI ELLERINE SAGLIQ

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 8 Nisan 2014 20:22 | Sayt nəzarətçisi | Şərh yazdı
Allah sonsuz razi olsun Allah yar ve yardimcin olsun ALLAH bizderi emeli saleh insanlardan edsin

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: .:.Esqi_Kerbela.:. | Status: İstifadəçi Offline | 8 Nisan 2014 19:44 | İstifadəçi | Şərh yazdı
SALAM OLSUN SAYTDAKI MOMIN VE MOMINE BACI QARDASLARMA ALLAH RAZI OLSUN GOZEL BACIM give_rose TEWEKURLER ELLERIN DERD GORMESIN kiss3

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: ya_Fatime | Status: İstifadəçi Offline | 8 Nisan 2014 16:38 | Redaktor | Şərh yazdı
Allahın Salamı,Rəhməti,Bərəkəti,Salavatı,xeyir duası və nəzəri hər zaman üzərində olsun bacım.Allah Razı olsun,əllərin dərd görməsin,çox gözəl qeyd etmisən,burda yazılanlar həmçinin fərzi deyil(kimlərsə elə düşünə bilər ki bunlar fərzidir),çünki mən bunu sınağdan keçirmişəm,doğuran dua etmək insanın ruhuna səfa gətirir

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Nurane | Status: İstifadəçi Offline | 8 Nisan 2014 16:35 | İstifadəçi | Şərh yazdı
Allahım bizi saleh qullarından qerar versin inşhAllah.Amin..Allah seneende razı olsun bacım

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Mahnur | Status: İstifadəçi Offline | 8 Nisan 2014 15:27 | İstifadəçi | Şərh yazdı
ALLAH RAZI OLSUN İNŞALLAH 

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Ehlibeyt asiqi | Status: İstifadəçi Offline | 8 Nisan 2014 15:03 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun baci cox saqol bu xeber ucun Allah imanivi kamil etsin Amin InsaAllah
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.