Beş halda ayaqyalın
Əmirəl-möminin Əli (ə) beş vaxt ayaqqablarını çıxarıb sol əlində tutar və ayaqyalın hərəkət edərdi: fitr bayramı günü, qurban bayramı günü, cümə günü, xəstəni yoxlayan zaman, dəfn zamanı. Həzrət (ə) buyurardı: "Bu beş yer Allaha məxsusdur və Allaha məxsus olan yerdə ayaqyalın qalmaq istəyirəm.”
Bazarda davranış
Əmirəl-möminin (ə) bazarda tək gəzərdi. Yolu itirənə yol göstərər, imkansıza əl tutardı. Satıcılar üçün Qurandan bir ayə oxuyardı: "Axirət sarayını yer üzündə üstünlük axtarmayıb, fəsad törətməyənlər üçün qərar vermişik. Xoş aqibət pəhrizkarlara məxsusdur.”
Piyada süvarinin ardınca gəlməsin
İmam Sadiq (ə) buyurur: Əmirəl-möminin (ə) süvari halda getdiyi vaxt yoldaşları piyada onun arxasınca gəlməyə başladı. İmam onlara üz tutub buyurdu: "Bir istəyiniz var?” Dedilər: "Yox, ya Əmirəl-möminin (ə)! Səninlə birgə hərəkət etmək xoşdur.” Həzrət buyurdu: "Geri dönün, piyadanın süvarinin ardınca gəlməsi süvari üçün fəsad, piyada üçün zillətdir.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.