![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Sual 121: Bər-bəzəkli yaşayışın imana təsiri varmı?
Cavab: Allah-təala Qurani-kərimin müxtəlif ayələrində insanı ibadət üçün xəlq etdiyini buyurur. Bu da aydındır ki, qəlbdə Allah sevgisi olmadan əyilib-düzəlməyin heç bir faydası yoxdur. Qur´anda bu barədə buyurulur: «Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər»[1].
Bir anlıq özünüzü cərrahiyyə otağında hiss edin. Bu otaqda telefon, televizor, divarda şəkil, yerdə rəngarəng xalı-xalça gözə dəymir. Burada insanın diqqətini əməliyyatdan yayındırası heç nə yoxdur. Çünki bu otaqda insanın ilahi talehi həll olunur. Bir əməliyyatçının fikir dağınıqlığı, insan həyatına son qoya bilər.
Əgər Allah-təala ibadət üçün xəlq etmiş və fikir dağınıqlığı ibadəti puça çıxarırsa, demək, insan eynən cərrahiyyə otağındakı sadə mühitdə ibadət etməlidir.
Bəs qalan vaxtlar necə, Allahı unutmaq olarmı? Bər-bəzəkli həyat insan düşüncəsini Allaha yaxınlaşdırır, yoxsa uzaqlaşdırır? «Möminun» surəsinin 33-cü ayəsindən məlum olur ki, kübar həyat tərzi iman yolunda ciddi maneələrdəndir: «Tayfasının kafir olan, axirətə qovuşacaqlarını yalan hesab edən və dünyada nemət verdiyimiz əyan-əşrəfi dedilər: «Bu sizin kimi adi bir insandır...».
Bər-bəzəkli gün-güzəran qurmaq, başqalarının haqqını qəsb etmədən mümkün olmur. Dünyada böyük var-dövlət qazanmaq üçün əksər hallarda peyğəmbərləri və onların buyuruqlarını inkar etməkdən başqa yol yoxdur. Baxın ətrafa. Kübar həyat tərzi keçirənləri necə görürsünüz? Cəmiyyətdə spirtli içkiləri, əxlaqsızlığı, sələmçiliyi və başqa min bir fəsadı törədən həmin təbəqə deyilmi?!
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |