Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Sual 111: Atəşin gülzara döndüyünü görən Nəmrud iman gətirdimi?
Cavab: Bütpərəstliklə fəal mübarizənin nəticəsi olaraq, zalım padşah Nəmrud İbrahimi odda yandırmaq qərarına gəldi. Zalım istismarçılar, adətən, avam kütlələrin qəlbini ələ almaq üsullarını gözəl bilirlər. Nəmrud da belələrindən idi. O, «hanı sizin qeyrətiniz», «nə üçün tanrılarınızı müdafiə etmirsiniz», «qeyrətiniz varsa, İbrahimi oda çəkin» kimi şüarlarla xalqı İbrahimə qarşı qaldırdı. Camaat tonqal üçün qırx gün çır-çırpı daşıdı. Tonqal qalandıqdan sonra ətrafında elə bir hərarət yarandı ki, kimsə yaxınlaşa bilmədi. Çox düşündükdən sonra qərara gəldilər ki, İbrahimi mancanağa qoyub, əzəmətli tonqalın içinə atsınlar. Belə də etdilər. Allah-təala buyurur: «Biz də «ey atəş, İbrahimə qarşı sərin və zərərsiz ol» buyurduq»[1].
«Əl-mizan»da nəql olunan bir rəvayətə görə Cəbrail (ə) İbrahimin (ə) görüşünə gəlib, dedi: «Köməyə ehtiyacın varmı?». İbrahim (ə) belə cavab verdi: «Sənin köməyinə yox!». Cəbrail ona belə təklif etdi: «Onda Allahdan kömək istə». Həzrət İbrahim dedi: «Hamıdan xəbərdar olması kifayətdir!».
Bütpərəstlərİbrahimi atdıqları odun vahiməsindən fəryad çəkir, Nəmrud isə İbrahiminbir ovuc külə dönəcəyi anı həsrətlə gözləyirdi. Amma tonqal yanıb tükəndikdən sonra İbrahimin sağ-salamat onunla üzbəüz dayandığınıgörən Nəmrud haray çəkib dedi: «Ey İbrahim! Doğrudan da, sənin Allahın böyük imiş. Səninlə od arasında pərdə çəkəcək qədər böyük! İndi ki, belə oldu, O Allahın qüdrətinə xatir qurbanlıq edirəm».
Rəvayətə görə, Nəmrud dörd min qurban kəsdi. Amma İbrahim ona xatırladıki, bütpərəstlikdən imtina edib, bir Allaha iman gətirməsə, qurbanları qəbul olmayacaq. Nəmrud isə ona belə cavab verdi: «Belə etsəm, taxt-tacım əlimdən çıxar. Mən isə buna dözə bilmərəm».
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |