
5. İMAM HÜSEYN (ƏLEYHİSSALAM)
Ləqəbləri: Seyyidüş-şühəda, Rəşid,
Təyyib, Vəfiyy, Zəkiyy, Seyyid, Səid, Mübarək, Sibtüs-sani,
Əttabiu-limərzatillah, Əşşəhidu bi-Kərbəla, Əddəlilu əla zatillah,
Əl-imamus-salis.
Künyəsi: Əbu Əbdillah.
Atası: Əmirəl-möminin Əliyyibni
Əbitalib (əleyhissalam).
Anası: Fatimeyi Zəhra (salamullahi
əleyha).
Doğulduğu gün: 3 Şəban.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: Hicrətdən 3 il
sonra.
Şəhid olduğu gün: Məhərrəmin onu,
cümə günü.
Şəhid olduğu il: 61-ci hicri ili.
Ömrü: 58 il.
Şəhadət səbəbi: Yezid ibn
Müaviyənin hökmü ilə öz əhli-beyti ilə birlikdə şəhadətə çatmışdır.
Dəfn olunduğu yer: Müqəddəs
Kərbəla şəhəri.
Övladlarının sayı: 6 (4 oğlan, 2
qız).
Oğlanları:
1. Əli Əkbər.
2. Əliyyi Övsət (İmam
Zeynül-Abidin əleyhissalam).
3. Cəfər.
4. Əbdüllah.
Qızları:
1. Səkinə.
2. Fatimə.
İmamın nəsli oğlu Zeynəl-Abidindən
(əleyhissalam) davam etmişdir. Əli Əkbər atası ilə birlikdə Kərbəlada şəhid
olmuş və o Həzrətin yanında dəfn edilmişdir. Cəfər (anası Qusaiyyədir) atasının
sağlığında vəfat etmiş, Mədineyi-Münəvvərədə dəfn olunmuşdur. Əbdüllah isə
uşaqlıq çağında (6 aylıq) atasının qucağında şəhid edilmişdir. Ona Əli Əsğər də
deyilir.