![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Sionizmin nökəri-Adnan Oktar !
Çoxlarını haqqlı olaraq belə bir sual düşündürür. Adnan Oktar fırıldaqçıdırmı? Bu məqalədə, istərdim yuxarıdakı suala bir az geniş cavab verəm.
Qaniçən sionist rejim əsrlər boyu Allahpərəstliklə mübarizə aparmış, və zamanından asılı olaraq öz mənfur siyasətlərini yürütmək üçün müxtəlif yollarla insanları daima haqqdan uzaqda saxlamağa çalışmışlar. Bu yollar dindaxili və də dinxarici vasitələr olmuşdur. Amma dinin içindən dini yemək daha rahat və daha təsirlidir. Yaşadığımız axır zamanda İslam düşmənləri əskər hallarda çalışırlar ki, dindaxili nifaq və təhriflərlə öz məqasədlərinə çatsınlar. Onların min illərdir çata bilmədiyi və bilməyəcəyi bu hədəfi tanımaq hər birimizin borcudur. Əgər tanımasaq bu tələyə düşmə ehtimalımız daha çoxdur.
Bəlkə də məqalənin başlığını oxuyanda elə bildiz ki, məqalənin mövzusu özünü Harun Yəhya adlandıran Adnana Oktarın kirli keçmişi haqqına olacaq. Amma bu belə deyil. Çünki bu şəxsin keçmişdə hoqqabazlıqla məşğul olduğunu çoxları bilir. Amma məqsədim fırıldaqçılığını deyil onun sirrini və səbəbini açmaqdır. Hətta bu məqaləni yazanda bəziləri mənə etiraz edərək dedilər ki; "ateistlər daima Adnan Oktarla və yazdıqları ilə mübarizə aparırlar, sənin də bu işi görməyin düz iş deyil”. Cavab olaraq onu deyirəm ki, şəxsən mən bu əsərlərin bir çoxunu oxuyan biri kimi, o əsərlərin 80%-in doğruluğunu heç də təkzib etmirəm. Hədəfinə çatmaq üçün onun belə də etməsi gərəkirdi. Amma bəzən görürsən ki, öz mənfur hədəfini həyata keçirmək üçün Məhdi (əc)-ın Türkyədə zuhur edəcəyini deməklə camaatın nəzərində özünü Məhdi (əc) kimi formalaşdırmağa çalışır və bunu elə canlandırır ki, sanki özü Məhdi (əc)-dir amma bunu gizlədir. Zatən bu proqramlara baxan savadsız və sadəlöhv insanların da zehnində bu canlanır.
Öz əyyaşlığı ilə camaatı İslam həqiqətlərindən uzaq salaraq özünün masson olduğunu iddia edir və massonluğu da olduğu kimi deyil, yalan anlatdığı nəzərə çarpır. Ateistlərin nə etdiklərindən asılı olmyaraq mənim hədəfim onun yazılarındakı bəzi yalanlar və onun münafiqliyidir. Ən azından həqiqəti demək mənim vəzifəmdir.
Məsələnin kökü haradadır?
Bir zamanlar ateizm daima çalışırdı ki, İslam həqiqətlərini gizlətsin və Allah fenomenini dillərdən və zehinlərdən salsın. Və bunun müqabilində isə tarixin zibiliklərində çürümüş materialist darvinizm ideologiyasını camaata təlqin edirdilər. Keçmiş sovet rejimində və indiki avropada bunun nümunəsini çox asanlıqla görə bilərik.
Amma onların gözləntilərinin əksinə olaraq elm inişaf etdi və bu inkişaf nəticəsində əslində kainata xaosun və təsadüfün yox nizamın hakimi olduğu ortaya çıxdı. Bir çox elmi dəlillər yaradılışı isbat etdi və alimlər də bunu etiraf etməyə məcbur qaldılar. "Təbiət, şübhəsiz, Allahın heç ayrıla bilmədiyimiz, oxunması vacib olan kitabıdır” deyən Qaliley Allahın kitabları ilə yaratdıqları arasında heç bir ziddiyyətin olmadığını, çünki hər birini Allahın yaratdığını deyirdi.
Və ya Eynşteyn bu həqiqəti "din duyğusu itərsə, elm ilhamı olmayan bir təcrübəyə dönər”- kimi ifadə etmişdir. (Letter to Maurice Solovine, 1 yanvar 1951; Einstein Archive 21-174, 80-871, Letters to Solovine’də dərc olunub, s. 119)
Bu həqiqətlər nəticəsində isə, artıq dünyanın hər yerindən İslama axın başladı. Bunun qarşısını heç cür almaq olmazdı. Yalnız bircə yol var idi. O da İslamın içində təhriflərə yol vermək və insanı həqiqətlərə çatdıran islamı başqa yerə yönəltmək idi. Bunun üçün isə şantajçı Adnan Oktar çox gözəl vasitə ola bilərdi.
Islamdan xəbərsiz olduğu və adi danışıq qabiliyyətinə malik olmadığı bir halda, söhbətlərini başqalarından oğurlayaraq əvvəlcə dindən, imandan, elmdən və inkişafdan dəm vurmağa başlayan Adnan, Nəticədə bir çox toplumun, o cümlədən, proqramlarında Azərbaycanın bayrağını asmaqla (sadəlövh insanları ələ almaq üçün gözəl bir siyasətdir) və adına yazılmış əsərləri dilimizə tərcümə olunmaqla Azərbaycan dindarlarının etimadını qazanmağa başladı.Necə deyərlər zəhəri balda verməyi bacardı. Artıq camatda özünə etimadı ələ gətirəndən sonra şəxsiyyətpərəst camata öz mənfur fikirlərini yürüdə bilərdi. Məhz belə də etdi. Nəticədə isə bir çoxları Adnan Okrata ideal kimi baxaraq ondan örnək götürməyə çalışdılar. Bunu görən İslam düşmənləri yeni bir oyuna əl atraq Adna Oktarın verlişlərini diskoya çevirdilər.
Onun əsərlərinin bir hissəsi oğurluq
Bu yetməmiş kimi öz proqramında, yalandan, qaniçən və zamanında İslamın qatı düşmənlərindən və yahudi masson lojasının üzvü olan Atatürkün massonluğunu gizlədir, özünü isə masson lojasının üzvü olmasını etiraf edərək camaatı öz əqidəsi və cəmiyyətə böyük təhlükə olan massonluğa tərəf çəkməyə çalışır.
Gördüyünüz kimi bir neçə mərhələdən sonra İslam düşmənlərinin böyük hədəfinə xidmət etmiş olur. Yəni nəticə etbari ilə ateizm və Adnan Oktar necə deyərlər eyni hədəfi nişan alırlar. Çünki hər ikisi insanları İslam həqiqətlərindən uzaq salmağa çalışırlar. Budur Harun yəhyanın kimliyi.
Bax buna deyirlər "Amerika İslamı”. Qəbul etmək istəyərsinizmi…?
Allah xalqımıza ayıqlıq versin və bu cür fırıldaqçıların fitnəsindən bizləri qorusun!
Amin!
Əkrəm Hacızadə.
Sizinyol
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |