Son anda gələn yardım..
Qiyamət qopmuşdu, qeyri-adi bir izdiam vardı. Hər yər insanlarla dolu idi. Kimisi çaşqın-çaşqın ətrafına baxır, kimiləri yərdə diz çökərək başını əllərinin arasında gizləyirdi. Sanki ürəyi yerindən çıxacaqdı. Soyuq tər basmışdı. Dünyada ikən qiyamət, sorğu sual və tərəzi haqqında çox şey eşitmişdi. Ancaq məhşər meydanını belə dəhşətli təsəvvür etmirdi. Hamını sıra ilə oraya gətirdilər. Sorğu-sual başlandı. Növbə onunku idi. Hər suala cavab verdikcə təri sel kimi axırdı. Uzun sürən hesabdan sonra hökm oxundu. Hökmü eşidəndə dəhşətə gəldi:
- Cəhənnəm!!!
Qışqırdı:
-Ola bilməz!!! Mən ömrüm boyu Rəbbimə itaət etmişəm. Axı mənim yerim cənnətdir! Bəs mənim oruclarım, namazlarım, dualarım, zəkatlarım?! Birdən 2 mələk gəldi. Onu itələyib cəhənnəmə atdılar. O artıq alovun istisini üz-gözündə hiss edirdi. Qəflətən ağ saqqallı, nurani bir qoca peyda oldu. Əlini uzadıb onu cəhənnəmdən çıxardı. O çıxarkən rahat bir nəfəs aldı, üst başını çırpdı. Rəbbinə:
-Ey Rəbbim! Sən mərhəmətlilərin ən mərhəmətlisisən! –deyə şükür etdi.
Sonra qocadan soruşdu:
-Sən kimsən?
-Mən sənin namazlarınam.
-Bəs nə üçün əvvəlcədən deyil də, mən cəhənnəmə düşəndən sonra gəldin?
-YADINDAMI, SƏN HƏMiŞƏ MƏNi AXIRA SAXLAYIRDIN?
Birdən tər içində yuxudan oyandı. Çox şükür, yuxu imiş... Azan oxunurdu. namazını qılmaq üçün ayağa qalxdı.
Allah bizləri Namazlarını vaxtında qılanlardan qərar versin inşaAllah!