Bismillahir rəhmanir rəhim
*** "Kim mömini kədərləndirərsə və sonra dünyanı ona bağışlasa, bu işi onun günahının bağışlanmasına səbəb olmaz və bəxşişinin müqabilində ona savab verilməz. ”
***
"Xalq (insanlar) Allahın əyalıdır (çörək yeyənləridir) Allah bəndələri içərisində Onun dərgahına ən sevimli şəxs Allahın çörək yeyənlərinə fayda verən və hər hansı ev əhlinə şadlıq bağışlayanıdır.”
***
"Merac gecəsində Allah – Təaladan xitab gəldi: Ey Əhməd, Mənim məhəbbətim kasıbları və fəqirləri sevməkdir. Belə isə fəqirləri özünüzə yaxınlaşdırın, onlara öz yanınızda yer verin ki, mən də sizə yaxın olum.”
***
"Kim məsləhətləşsə peşman olmaz və kim də orta həddi gözləsə, yoxsul olmaz.”
***
"Həqiqətən, xoşxasiyyətli şəxs üçün oruc tutub gecəni oyaq qalan adamın savabı vardır.”
***
"Övladını pis tərbiyə edərək onların üzə qayıtmasına səbəb olan ata – anaya Allah lənət eləsin.”
***
"Xalq bir şəxsin dilindən qorxarsa o şəxs cəhənnəm əhlidir.”
***
"Allah Təala mülayim və mehribandır, hər işdə də mülayimliyi sevər.”
***
"Oruc tutanın yuxusu ibadət, onun nəfəsi isə Allahı zikr etməkdir.”
***
"Allah Təala öz bəndəsini halal ruzi qazanmaq yolunda yorğun görməyi sevər.”
***
"Allah - təala, bəndəsinin Ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qaytarmaqdan həya edər.”
***
"Allah – Təala ata və anaya yaxşılıq edən insanın ömrünü uzadar.”
***
"Əli mənim canımdır. Ona itaət etmək mənə itaətdir. Onun göstərişlərindən çıxmaqsa mənim göstərişlərimdən çıxmaqdır.”