» » Şiələr nəyə görə səcdə edərkən alını möhürə qoyurlar, məgər bu şirk deyil?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Şiələr nəyə görə səcdə edərkən alını möhürə qoyurlar, məgər bu şirk deyil?
    +9
    Müəllif: Admin | 14-01-2014, 12:21 | Baxılıb: 30 288

     

    Şiələr nəyə görə səcdə edərkən alını möhürə qoyurlar, məgər bu şirk deyil?

    Qısa cavab

    Şiələr nəyə görə səcdə edərkən alını möhürə qoyurlar, məgər bu şirk deyil?

    Şiələr səcdəyə gedərkən alınlarını təmiz yerə qoymaq məqsədilə torpaqdan olan möhürə qoyurlar. ''Peyğəmbərin(s) səhabələri səcdə zamanı alınlarını torpağa qoyurdular.'' Bu hədis böyük əhli-sünnə alimlərinin kitabında gəlib, o cümlədən, ''Əs-sünnənül-Kübra'' (c. 2, səh.105), ''Müstədrəki Hakim'' (c. 1, səh.270), ''Sünnəni Beyhəqi'' (c. 2, səh.103). Hədisdən açıq-aydın görünür ki, Peyğəmbərin(s) yaxınları da səcdə zamanı alınlarını torpağa qoyurdular. Əgər Peyğəmbər(s) və səhabələri alınlarını torpağa qoyurdularsa, bizlər də onlardan ibrət götürməliyik. Peyğəmbər(s) buyurur: ''Torpaq mənim üçün səcdə yeri və pak qərar verilmişdir.''

    Bu hədis isə ''Kənzül-ümmal'' (c. 7, səh.465), ''Əl-Müsənnif'' (c. 1, səh.392), ''İrşadus-Sari'' (c. 1, səh.405) kitablarında gəlmişdir. Peyğəmbər(s) buyurur: ''Allahdan ötrü alnını torpağa qoy.'' Bu hədisi də ''Səhihi Müslüm'' (c. 1, səh.371), ''Səhihi Buxari'' (c. 1, səh.91), ''Sünnəni Beyhəqi'' (c. 1, səh.212), ''Sünnəni Nəsai'' (c. 1, səh.210), ''Sünnəni Tirmizi'' (c. 2, səh.131) kitalabrında rast gəlmək olar. Əhməd İbni Şüeyb Nəsai Peyğəmbər (s)-in səhabəsi olan Əbu Səid Xidridən nəql edir ki, iki gözümlə gördüm namazdan sonra torpağın izini Peyğəmbərin alnında və bundan əlavə burnunda da, müşahidə etdim. Bu hədisi də, ''Sünnəni Nəsai'' (c. 2, səh.208), ''Səhihi Buxari'', ''Sünnəni Əbi Davud'' kitablarında görə bilərik.

    Ətraflı cavab

    TÜRBƏT (TORPAQ) ÜZƏRİNƏ SƏCDƏ

     MÜQӘDDİMӘ

    Məlumdur ki, müqəddəs İslam şəriətinin ən mühüm ibadətlərindən biri namazdır. Namaz – dinin sütunu, möminin meracı, İslamın möhkəm dayağıdır.

    Namazın əhəmiyyətini vurğulayan Peyğəmbər (s) hədislərindən birini burada qeyd etmək yerinə düşərdi: "Әgər namaz (Allah dərgahında) qəbul olunarsa, digər ibadətlər də qəbul olunar. Namaz qəbul olunmazsa, digər ibadətlər də qəbul olunmaz.”

    Hədisdən bu nəticəyə gəlirik ki, hər hansı bir ibadətin qəbul olması, namazın qəbul olmasından asılıdır. Yəni, bütün şərtləri yerinə yetirilərək düzgün qılınan və qəbul olunan namaz, digər saleh əməllərin Allah dərgahında qəbula yetməsi üçün vasitədir. Deməli, namazı qəbula yetməyən bəndənin bütün əməlləri də heçə yuvarlanaraq əhəmiyyətsiz olar. Elə bu səbəbdən də, hər bir insan qıldığı namaza, onun hissələrinə və düzgünlüyünə, həmçinin, bu namazın qəbul olması üçün vacib sayılan şərtlərə daha diqqətlə yanaşmalıdır. Bəndə dərk etməlidir ki, namaz yalnız Allah və Onun rəsulunun əmr etdiyi qaydalara müvafiq olaraq yerinə yetirilməlidir. Peyğəmbər (s) buyurub: "Mənim yerinə yetirdiyim namazı nə cür görmüsünüzsə, siz də, namazınızı o cür yerinə yetirin.”

    SӘCDӘNİN ӘHӘMİYYӘTİ

          Hörmətli din qardaşım! Səcdə – namazın mühüm hissələrindəndir. Həmçinin, namazda olan beş rükündən biridir. Bildiyiniz kimi, namazın hər rəkətində iki səcdə etmək vacibdir. Bu iki səcdəni bilərəkdən və ya səhv üzündən, yaxud yaddan çıxararaq tərk etmək namazı batil edər.

    Tarixdə qeyd edilir ki, bir qövm Peyğəmbərin (s) yanına gələrək İslama daxil olmaq istəyini o həzrətə bildirirlər. Belə bir şərt də irəli sürürlər ki, namazda rüku və səcdəni yerinə yetirmək istəmirlər. Peyğəmbər (s) onların bu formada qəbul etmək istədiyi "islamı” inkar etmiş və demişdir: "Namazında rüku və səcdə olmayan bir dində xeyir yoxdur.”

    Hədisdən göründüyü kimi, namazda olan səcdənin səhv, batil olması namazın batil olması deməkdir.

     Səcdə məzhəblər arasında ixtilafa səbəb olan məsələlərdəndir. Aydın məsələdir ki, bu məzhəblərin "səcdə” barədə verdiyi rəylərdən yalnız biri düzdür, çünki Allahın nazil etdiyi hökm birdir.

    Gəlin görək qeyd olunan bu ixtilaf nədən ibarətdir?

     Bildirmək istərdik ki, səcdənin hansı qaydada yerinə yetirilməsi məsələmində fikir ayrılığı yoxdur. Bütün məzhəblər bədənin yeddi üzvünün – alın, əllərin içi, dizlər, ayağın baş barmağı – səcdə halında yerə qoyulmasını bildirmişlər. İxtilaf isə, "səcdə nəyin üzərinə edilməlidir?” – sualına cavab ətrafındadır. Hamını düşündürən də, elə məhz bu sualın düzgün cavabıdır: Görəsən, torpaq, çınqıl, daş, qaya və yer üzərindəki bitkilər (yeyilməyən və geyilməyən) üzərinə səcdə edilsə düzgün sayılar, yoxsa xalça, paltar, yun, kətan, neylon və bu kimi digər xam mallardan hazırlanmış şeylər üzərinə səcdə etmək daha münasibdir?

    Biz bu sualı Quran və Peyğəmbərin (s) qoyduğu qayda-qanunu rəhbər tutaraq, cavablandırmağa çalışaq. Qeyd etmək lazımdır ki, Qurani-kərimdə səcdə məsələsinə açıq-aşkar şəkildə toxunulmayıb. Ona görə də, bu məsələ haqda Peyğəmbər (s) hədislərinə müraciət etməyimiz gərəkli və önəmlidir.

     Səcdə nəyin üzərinə etmək barədə nəql olunan Peyğəmbər (s) hədisləri olduqca çoxdur. Biz bu hədislərdən bəzisini burada qeyd edəcək və onların qısa şərhini verməklə nəticə çıxarmağa çalışacağıq. Peyğəmbər (s) buyurub: "Yer mənim üçün səcdəgah və pak qərar verildi.”

    Bu hədisi bir çox alimlər, hədis hafizləri öz mötəbər kitablarında qeyd etmiş və onun "mütəvatir hədis” olduğunu bildirmişlər. Ona görə də, həmin hədisin düzgün və hamı tərəfindən qəbul olunmasında heç bir şəkk-şübhə yoxdur.

     Hədisin qısa şərhi belədir: Allah-taala yeri Peyğəmbər (s), səhabələr və onun yolu ilə gedən hər bir kəs üçün qiyamətədək "məscid” qərar vermişdir. "Məscid” ərəb sözü olub səcdə edilən yerə, məkana deyilir.

    Hədisdən göründüyü kimi, səcdə yalnız yer üzərinə edilməlidir. Digər tərəfdən də, başa düşülür ki, İslam şəriətinə görə toxunma şeylər üzərinə səcdə düzgün deyil. Çünki bu cür şeylər "yer” adlanmır. Deməli, "yer” adlanmayan əşyalar üzərinə edilən səcdəyə İslam şəriəti icazə vermir. Adi bir misal: Әgər bir nəfərdən soruşsalar ki, xalça və ya parça "yer” hesab olunurmu? Sözsüz ki, bu şəxsin verdiyi cavab "yox” olacaqdır. Başqa sözlə desək, bir şəxsin xalça və ya parça üzərinə etdiyi səcdəyə heç bir vəchlə demək olmaz ki, bu şəxs "yer” üzərinə səcdə edir.

    Qayıdaq yuxarıda qeyd etdiyimiz hədisə. Burada deyilir ki, yer mənim üçün məscid qərar verildi. Hədisin zahirindən görünür ki, səcdə üçün nəzərdə tutulan məhz yerin özüdür, yer üzərinə döşənən əşyalar deyil. Həmçinin, lüğətə baxsaq görərik ki, "yer” kəlməsinə yalnız torpaq, daş, çınqıl və bu qəbildən olan digər əşyalar aiddir.

    Daha bir misal çəkək: Әgər bir nəfər "ayağım ilişdi, yerə yıxıldım” və ya "filan qiymətə yer aldım” – desə, məgər bu sözlərdən başa düşülərmi ki, "yer” dedikdə həmin şəxs yer üzərinə döşənəcək əşyaları nəzərdə tutur? Әlbəttə ki, yox!

    Bir sözlə, Peyğəmbər (s) hədisində bizə əmr olunur ki, səcdə "yer” üzərinə olmalıdır və "yer” məfhumunu özündə ehtiva etməyən digər əşyalar üzərinə səcdə düzgün hesab edilmir.

    PEYĞӘMBӘR (S) VӘ YER ÜZӘRİNӘ SӘCDӘ

    Peyğəmbərin (s) həyat tərzinə diqqət yetirsək görərik ki, o həzrət ibadətlərində yer üzərinə səcdə etmiş və hamıya məhz bu cür səcdəni əmr etmişdir.

     "Səhih Buxari”də qeyd edilmiş bir hədisdə Әbu Səid əl-Xidri belə deyir: "(Namazdan sonra) gözlərim Peyğəmbərə (s) sataşdı onun burnunda su ilə torpaq izləri görünürdü.”

     Bəli, bu Allah rəsulunun səcdəsidir. Bizlərə "mənim yerinə yetirdiyim namazı nə cür görmüsünüzsə, siz də namazınızı məhz o cür yerinə yetirin” – kəlmələrini xitab edən Peyğəmbərin (s) səcdəsi! Qurani-kərimdə də bizlər üçün belə bir əmr və tövsiyə vardır:

     "Həqiqətən Allahın rəsulu (Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün”) gözəl nümunədir.”

    Digər ayədə isə belə buyurulur:

            "Peyğəmbər sizə nə verərsə, onu götürün, nəyi qadağan edərsə, ondan çəkinin.”

     Aişədən nəql olunan rəvayətdə belə deyilir: "Səcdə halında Peyğəmbərin bir vasitə ilə üzünü qoruduğunu görməmişəm.”

     Bu hədis də ona dəlalət edir ki, Peyğəmbərin bütün səcdələri "yer” üzərinə olmuş və həzrət heç vaxt üzünü səcdə halında bir vasitə ilə örtməmişdir.

            Vailin nəql etdiyi rəvayətdə deyilir: "Peyğəmbər (s) səcdə edərkən alnını və burnunu yer üzərinə qoyduğunu gördüm.”

              Peyğəmbər (s) də, öz növbəsində "yer” hesab edilməyən əşyalar üzərinə səcdəni qadağan etmişdir. Bir hədisdə belə nəql edilir: "Peyğəmbər (s) görür ki, bir nəfər (qumun istiliyi alnını yandırmasın deyə, əmmaməsini alnının üstünə çəkərək) əmmaməsinin üzərinə səcdə edir. Peyğəmbər (s) əli ilə həmin şəxsə əmmaməsini qaldırmağı işarə edir və əmr edir ki, alnını yer üzərinə qoysun.”

    HӘSİR ÜZӘRİNӘ SӘCDӘ

              Bir sıra rəvayətlərdə nəql olunur ki, bəzi hallarda Peyğəmbər (s) xurma ağacının qabığından hazırlanmış həsir üzərinə də səcdə etmişdir. Bu qəbildən olan hədislər ona dəlalət edir ki. Peyğəmbər (s) bitkilər üzərinə edilən səcdəyə də icazə vermişdir. Bir şərtlə ki, bu bitkilər yeyinti və geyinmək üçün yararlı bitkilər olmasın. Peyğəmbər (s) öz əməli ilə bildirmişdir ki, yeyilməyən və geyim əşyaları üçün yararlı olmayan bitkilər üzərinə səcdə, yer üzərinə edilən səcdə kimidir. Qeyd etmək lazımdır ki. yer üzərinə edilən səcdə ilə heç bir ziddiyyət təşkil etməyən bu növ səcdə müsəlmanların işini asanlaşdırmaq üçündür. Lakin yeyinti və geyim əşyaları hazırlamaq üçün yararlı, toxunma işlərində istifadə edilən pambıq və digər bitkilər üzərinə səcdəyə müqəddəs İslam şəriəti icazə vermir.

     Ağac yarpaqları və yeyilməyən bitkilər üzərinə səcdəyə icazə verilsə də, rəvayətlərdə qeyd edildiyi kimi, ən kamil və ən yaxşı səcdə torpaq üzərinə edilən səcdədir.

    SӘHABӘLӘRİN HӘYAT TӘRZİ

           Biz, Peyğəmbər (s) səhabələri və o dövrdə yaşayan müsəlmanların həyat tərzinə diqqət etsək görərik ki, onlar çətin, məşəqqətli anlarda belə, ibadətlərində yer üzərinə edilən səcdəyə üstünlük vermişlər. Məşhur səhabələrdən sayılan Cabir ibn Abdullah əl-Әnsaridən nəql edilən hədisdə deyilir: "İstinin şiddətindən əlimdə bir ovuc torpaq tutdum ki, soyudum və Peyğəmbərlə (s) birlikdə zöhr namazını yerinə yetirim.” [Səhih Buxari c.1, səh.91]

    Әnəs ibn Malik rəvayət edir ki, çox isti günlərin birində Peyğəmbərlə (s) birlikdə namaz qılırdıq. İstinin şiddətindən əlimdə çınqıl saxlayıb soyudurdum ki, onun üzərinə səcdə edə bilək.[ Səhih Müslim- c.1 , səh.371 ; Səhih Tirmizi- c.2, səh.131 ; Səhih Nisai- c.2, səh.210 ]

    Bu iki hədis vasitəsilə belə bir nəticəyə gəlirik ki, səcdə yalnız yer üzərinə edilməlidir. Әgər döşənmə əşya kimi istifadə edilə bilən və geyim üzərinə səcdə düzgün hesab edilsəydi, səhabələr əbalarının və ya əmmamələrinin üzərinə səcdə edərdilər. Çünki istinin şiddətində bu cür əşyalar üzərinə edilən səcdə, isti torpaq və çınqılı əldə soyutmaqdan daha asandır.

    Xəttab ibn əl-Әrt adlı səhabə belə deyir: "Әllərimizin və alnımızın səcdə edərkən istidən yandığını Peyğəmbərə (s) bildirib bu haldan şikayət etdikdə, Peyğəmbər (s) şikayətimizi qəbul etmədi.”

    Artıq aydın oldu ki, şəriətdə səcdə vacib ediləndən bəri, onun mənası və məğzi alnı yer üzərinə qoymaq olmuşdur. Hətta qızmar günlərdə yerin şiddətli istiliyi, çətinliklər və səhabələrin şikayətinə baxmayaraq, Peyğəmbər (s) müsəlmanlara paltar və əmmamə kimi əşyalar üzərinə səcdəni qadağan etmişdir. Çünki bu cür əşyalar "yer” adlanmır.

     Bəni-Üməyyə belə nəql edir: "Әbu-Bəkr namaz qılarkən yer üzərinə səcdə edirdi.” [ Əhzab-21 ]

     Әbi Übadə deyir: "İbn Məsud (ibadət edərkən) yalnız yerə səcdə edərdi.” [ Həşr-7 ]

     Digər səhabə Übadə ibn Samit namaz qılarkən əmmaməsini alnının üstündən qaldırardı.[ Müsnədi Əhməd- c.6, səh.58 ; Kənzül-ümmal- c.4, səh.2012 ]

            Burada qeyd edilənlərə tarix səhifələrində çox rast gəlmək olar. Məsələn: Məsud ibn Әcdəə adlı tabii (tabii-Peyğəmbər (s) səhabələrini görmüş, lakin Peyğəmbərin özünü görməyən şəxsdir) Abdullah ibn Məsudun arif tələbələrindən biri idi. Bu şəxs Mədinə torpağından özü üçün türbət düzəldərək (namaz qılanda) onun üzərinə səcdə edərdi. Səfərə çıxarkən, ələlxüsüs gəmi ilə bir yerə səfər edəndə bu türbəti özü ilə götürərdi.

    ӘHLİ-BEYT (Ә) VӘ YER ÜZӘRİNӘ SӘCDӘ

            Әhli-beyt (ə) o kəslərdir ki, Quran onların evində nazil olmuş və Onlar İslamı, İslam hökümlərini digərlərindən daha yaxşı, daha aydın, daha çox və daha kamil bilirlər.

     Peyğəmbərin (s) pak Әhli-beytinin həyatına nəzər salsaq görərik ki, onlar da namaz qılarkən yer üzərinə səcdə etmişlər. Onlar müsəlmanları xalça üzərinə səcdə etməkdən çəkindirmişlər. (Təəssüflər olsun bəzi müsəlmanlar namazlarında xalça üzərində səcdə etməyi hələ də tərk etməmişlər.)

           Peyğəmbərin (s) nəvəsi imam Sadiq (ə) buyurmuşdur: "Yalnız yer üzərinə, pambıq və kətandan başqa, yer üzərində yetişən bitkilər üzərinə səcdə edin.” [ Əhkamül-Quran- c.3,səh.36 ;Müsnədi Əhməd- c.4,səh.315 ]

     Digər bir yerdə İmam Sadiq (ə) buyurmuşdur: "Yalnız yer üzərinə və yer üzərində yetişən bitkilər üzərinə səcdə edin. Ancaq bu bitkilər yeyinti, pambıq, kətan növündən olan bitkilər olmasın.”[ Sünəni Beyhəqi- c.2, səh.105; Əl-İsabə-c.2, səh.201 ; Biharül-Ənvar- c.85, səh.157 ]

          "Bir nəfər İmam Sadiqdən (ə) soruşur ki, alın yerə dəymədən alnın üstünə çəkilmiş əmmamə üzərinə səcdə etmək olarmı? İmam (ə) cavabında belə buyurur: – Alın yerə dəyməsə, etdiyin səcdə kifayət deyil.” [ Səhih Buxari-c.2,səh.202; Sünəni Beyhəqi-c.1,səh.439]

             Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: "Yer üzərinə səcdə vacibdir” .[ Sünəni Beyhəqi-c.2,səh.105 ]

     İmam Sadiqin (ə) səhabəsi və tələbələrindən olan Hişam ibn Həkəm səcdənin nəyin üzərinə düzgün və nəyin üzərinə səhv olması barədə İmam Sadiqdən (ə) soruşduqda, o həzrət belə demişdi: "Yer üzərinə və yer üstündə yetişən bitkilər üzərinə səcdəyə icazə verilir. Bir şərtlə ki, bu bitkilər yeyinti və geyinmək üçün yararlı olmasın.” [ Kənzül ümmal-c.4,səh.212 ]

    Burada belə bir sual meydana çıxa bilər: Görəsən, alından başqa digər altı səcdə üzvünü də yer üzərinə qoymaq vacibdirmi?

    Bu sualla bağlı İmam Sadiqin (ə) hədislərində belə bir açıqlama vardır: "Yeri tük və yundan döşənmiş məsciddə namaz qılmağın maneəsi yoxdur. Әgər namaz qılan şəxsin alnı yer üzərinə dəyirsə.”

    Hədisdən aşkar şəkildə başa düşülür ki, səcdə halında yalnız alının "yer” üzərinə qoyulması vacibdir. Digər səcdə üzvlərini yer üzərinə qoymamaq da olar.

     Hörmətli din qardaşım! Qeyd etdiklərimiz Әhli-beytdən (ə) nəql olunan hədislərin çox kiçik bir hissəsi idi. Lakin bununla belə, bu hədislərdən açıq-aşkar şəkildə başa düşülür ki, səcdə yalnız yer üzərinə və yer üstündə yetişən, yeyinti və geyim üçün yararlı olmayan bitkilərdən başqa, digər bitkilər üzərinə edildikdə düzgün olur. Səcdə üçün lazım olan yer və əşyalar ola-ola başqa bir şey üzərinə edilən səcdə, əlbəttə ki, batildir və bu da, ümumilikdə, namazın batil olmasına gətirib çıxarır.

    Bu deyilənlər Әhli-beytin (ə) şəxsi rəyləri deyildir. Bu, Allah və Peyğəmbər (s) buyruqlarıdır. Çünki, Әhli-beyt (ə) elmi silsiləvari olaraq Peyğəmbərdən (s) irs almış və onun dediklərini nəql etmişlər. Ona görə də, Әhli-beytin (ə) dediklərinin düzgünlüyünə heç bir şəkk-şübhə yoxdur. Qurani-kərimin dediyi kimi: "Onlar məsum və pak edilmişlərdir. (Siz ey (Peyğəmbərin Әhli-beyti) Allah sizdən çirkinliyi yox etmək və sizi tər-təmiz (pak) etmək istəyir).” [ Məcmə əz zəvaid-c.2,səh.57 ]

    Bu şəxslər Peyğəmbərin (s) elm şəhərinin qapıları və ümmət üçün nicat gəmisi, hidayət çırağıdırlar.

    PEYĞӘMBӘR (S) MӘSCİDİ

         İslamın ilk dövrlərində Peyğəmbərin (s) məscidinin nə daşı, nə də döşəməsi var idi. Ona görə də, yağış yağarkən məscidin yeri palçıq olardı. Buna baxmayaraq, müsəlmanlar namaz qılarkən həmin palçıq üzərinə səcdə edir, paltar və ya əmmamə üzərinə heç vaxt səcdə etməzdilər. Çünki bu cür səcdəyə şəriət icazə vermir.

    YER ÜZӘRİNӘ SӘCDӘ ALLAHA MÜTİLİK VӘ İTAӘTKARLIQDIR

            Səcdə haqqında hədislərdən, az da olsa, misal çəkib söhbət etdikdən sonra mühüm bir fikri qeyd etmək yerinə düşərdi: Səcdə – Allah-taala qarşısında kiçiklik, mütilik, itaətkarlıq əlamətidir. Allah əzəməti qarşısında olan bu mütilik və itaətkarlıq yalnız torpaq üzərinə edilən səcdə vasitəsilə tamamlanır. Allah əzəməti qarşısında alının torpağa qoyulması, tozla bulaşdırılması ilə tamamlanır. Bahalı döşəmə, qiymətli xalça üzərinə edilən səcdədə bu cür mütilik və kiçiklik yoxdur. Peyğəmbər (s) hədislərinin birində belə buyurur: "(Namazınızda) Özünüzü tozla bulaşdırın və burnunuzu torpağa sürtün.”

    Peyğəmbərin (s) nəvəsi İmam Sadiq (ə) belə buyurmuşdur: "Yer üzərinə edilən səcdə daha fəzilətlidir, çünki bu səcdədə Allah əzəməti qarşısında təvazökarlıq və mütilik əlaməti vardır.” [ Əl Beyhəqinin "Əs Sünən əl-Kübra" kit -c.2,səh.105 ]

    İmam Sadiqdən (ə) yer üzərinə edilən səcdənin mahiyyəti haqqında soruşulduqda, o Həzrət buyurmuşdur: "Səcdə – Allah qarşısında mütilikdir. Ona görə də, səcdə yeyinti və geyim əşyaları üçün yararlı olan şeylərə və geyim əşyaları üzərinə edilməməlidir. Çünki, yalnız dünya tələb edənlər (dünya malına uyanlar) yediklərinin və geydiklərinin quludurlar. Səcdə edən şəxs səcdə halında, Allah ibadəti qarşısındadır. Bu səbəbdən də, dünya tələb edən şəxslərin məbudu üzərinə alnını qoymamalıdır.” [ Şeyx Küleyni,"Üsule-kafe"-c.3,səh.330 ]

    ZӘRURİ HALLARDA EDİLӘN SӘCDӘ

              Paltar, xalça və digər "yer” hesab edilməyən əşyalar üzərinə səcdəni icazə verən hədislərə rast gəldikdə, diqqətli olmalıyaq. Çünki, bu hədislər iki səbəbə görə yarana bilər:

     Birinci səbəb: Bu hədislər qondarma hədislər ola bilər. Ona görə ki, Әhli-beyt (ə) və onların tərəfdarlarına qarşı bir çox müxtəlif məzhəblər "yer” adlanmayan əşyalar üzərinə səcdəni özləri üçün şüar etmişlər. Onlar bu batil səcdələrinə bəraət qazandırmaq üçün özlərindən bu məsələ ilə bağlı hədislər qondara bilərlər. Peyğəmbər (s) də, ümmətini yalançı hədislərdən xəbərdar edərək buyurmuşdur: "Məndən sonra mənə qarşı yalan çoxalacaqdır.”

    Әgər hədis həqiqətən də, səhih, düzgün hədisdirsə, onda onun deyilməsi ikinci səbəbə görə mümkün ola bilər.

    İkinci səbəb: "Yer” adlanmayan əşyalar üzərinə edilən səcdəyə icazə verən hədislər vardırsa, bu hədislər yalnız istisna və çıxılmaz hallar üçün nəzərdə tutula bilər. Məsələn, bir nəfəri həbs etmişlər və onun qaldığı otağın döşəməsi dəmirdəndir. Bu şəxs də, öz növbəsində, səcdə üçün torpaq, bitki tapmaq iqtidarında deyil. Bu halda, həmin şəxsə icazə verilir ki, paltar və yaxud dəmir üzərinə səcdə etsin. Bu cür hallar üçün Peyğəmbərin (s) hədisi də vardır: "Allahın haram buyurduğu hər bir şey, çıxılmaz hala düşənlər üçün halal hesab olunur.”

           (Burada "çıxılmaz hal” dedikdə, iztirari hal nəzərdə tutulur ki, belə halda, sözün əsl mənasında, heç bir çıxış yolu yoxdur.)

     Lakin, üzürsüz və istisna, çıxılmaz hallardan başqa, namazda edilən səcdə yalnız yer üzərinə və yer üstündə olan yeyilib geyilməyən bitkilər üzərində olmalıdır.

    BӘHSİN NӘTİCӘSİ

         Hörmətli din qardaşım! Hədislərdən və tarixi faktlardan əldə etdiyimiz nəticə aşağıdakılardan ibarətdir:

    1.Səcdə yalnız yer üzərinə edilməldir;

    2.Yer üzərində yetişən bitkilər üzərinə də səcdə etməyə icazə verilir. Lakin bir şərtlə ki, bu bitkilər yeyinti və geyim əşyaları üçün yararlı olmasın;

    3."Yer” hesab edilməyən əşyalar üzərinə səcdəyə yalnız iztirari və müstəsna hallarda icazə verilir. Bu fikrə bəzi şəriət qaydaları və "ümmətimin üzərindən iztirar (çıxılmaz) halında etdikləri əməllər qaldırılmışdır” – kimi Peyğəmbər (s) hədisi dəlalət edir;

    4.Məscidlərə döşənmiş xalça üzərinə edilən səcdə düzgün deyil və namazın batil olmasına gətirib çıxarır. Çünki, bu namaz Peyğəmbər (s), onun pak Әhli-beyti, səhabələr və tabiinlərin yerinə yetirdiyi namazla müvafiq deyil və onların namazına ziddir. Deməli, xalça üzərinə edilən səcdə bidətdir (bidət – dinə əlavələr etməyə deyilir). Peyğəmbər (s) bu haqda buyurmuşdur: "Hər bir bidət rəzalətdir və hər bir rəzalət cəhənnəmdədir.”

    İMAM HÜSEYNİN (Ә) TÜRBӘTİNӘ EDİLӘN SӘCDӘ

    Әziz oxucu, burada bir məsələni açıqlamağa çalışacağıq. Məsələ və sual bundan ibarətdir ki, nə üçün şiələr imam Hüseynin (ə) türbətini digərlərindən üstün bilirlər və namaz əsnasında Kərbəla türbəti üzərinə səcdə etməyə üstünlük verirlər?

    Cavab: Birincisi, ona görə ki, Kərbəla torpağına edilən səcdə digər torpaqlar üzərinə edilən səcdə kimidir. Çünki Kərbəla torpağı da Yer kürəsinin bir hissəsidir.

     İkincisi, Allah-taala Kərbəla torpağını yaradandan bəri onu müqəddəs və əzəmətli etmişdir. Peyğəmbər (s) buyurub: "Kərbəla torpağı Yer kürəsinin bütün torpaqlarından pakdır. Ona görə ki, o, cənnət çəmənliklərindən biridir.” [ Vəsailüş-şiə-c.3,səh.593 ]

     İmam Sadiq (ə) da belə buyurmuşdur:

     "Həqiqətən Kərbəla torpağı, gəlin öz ərinin evinə necə aparılarsa, cənnətə o cür aparılır.”

    İmam Zeynəlabidin (ə) buyurmuşdur: "Dan ulduzu ulduzlar arasından yer əhlinə necə işıq saçırsa, Kərbəla torpağı da cənnət torpaqları arasından o cür işıq saçacaqdır. Onun nuru cənnət əhlinin gözlərini qamaşdıracaqdır.”

    Həzrət Әli (ə) bir gün Kərbəla torpağından keçərkən belə buyurmuşdur: "Bu torpaqda iki yüz peyğəmbər, iki yüz peyğəmbər nəvəsi qətlə yetirilmişdir. Onların hamısı şəhiddirlər.”

    Üçüncüsü, Kərbəla torpağının müqəddəsliyi və əzəməti ondadır ki, o, imam Hüseyn (ə) kimi Peyğəmbər nəvəsinin cəsədini özündə saxlayır. İmam Hüseyn (ə) o kəsdir ki, Allah yolunda hər bir şeydən keçdi, ən əzizlərini, özünü qurban verdi və öz qanı ilə "İslamın gövdəsini sirab etdi”, İslamı dirçəltdi, aradan getməyə qoymadı. Ona görə də İmam Hüseyn (ə) kimi əzəmətli bir şəxsiyyətin cəsədini özündə saxlayan bir torpağın, əlbəttə ki, əzəməti, hörməti Allah dərgahında günbəgün artacaqdır. Qədimdə belə deyərdilər: "Məkanın əzəməti onun müqəddəsliyi ilə ölçülər.”

    Ola bilər soruşulsun ki, Mədinə torpağında da Peyğəmbərin (s) mübarək cəsədi dəfn olunmuşdur. Şübhə yoxdur ki, Peyğəmbər (s) İmam Hüseyndən (ə) üstündür, bəs onda nə üçün Peyğəmbər (s) türbətinə səcdə etmirsiniz?

    Cavab: Birincisi, Peyğəmbərin (s) İmam Hüseyndən (ə) üstün olması həqiqətdir və Peyğəmbər (s) türbətinə də hamı ehtiramla yanaşır, namazda da bu türbət üzərinə səcdə edirlər.

    İkincisi, İmam Hüseynin (ə) qəbrinin türbəti bəzi xüsusiyyətlərə görə bütün türbətlərdən seçilir. Lakin bu o demək deyildir ki, İmam Hüseyn (ə) Peyğəmbərdən (s) üstündür. Sadəcə olaraq, İmam Hüseynin (ə) Allah yolunda göstərdiyi rəşadət, misli-bərabəri olmayan qəhrəmanlıq, verdiyi qurbanlar və bir çox başqa səbəblərə görə, o həzrətin türbəti daha fəzilətli hesab edilir. Allah-taala bu dünyada və axirətdə İmam Hüseynə (ə) böyük imtiyazlar vermişdir. Bu dünyadakı imtiyazlardan biri odur ki, Allah-taala İmam Hüseyn (ə) türbətinə edilən səcdəni üstün bilmiş və onun savabını artırmışdır. Allah-taalanın verdiyi bu savab yalnız və yalnız İmam Hüseyn (ə) türbətinə xasdır.

    DӘRİN MӘNALI HӘDİS

    Әziz oxucu, indi də İmam Hüseyn (ə) türbətinin əzəməti və müqəddəsliyi haqqında nəql olunan bir hədisi diqqətinə çatdırmaq istərdim. Bu hədisin mənasını dəqiq düşünsən, İmam Hüseynin (ə) böyüklüyünü, müqəddəsliyini anlayar və fikrin uca səmalar tək genişlənər.

    Peyğəmbərin (s) xanımı Ümmü Sələmə nəql edir ki, otağa daxil olanda balaca Hüseyni babası həzrət Məhəmmədin (s) qucağında gördüm (bəzi rəvayətlərdə qeyd edilir ki, Hüseyn (ə) Peyğəmbərin (s) sinəsində oturmuşdu). Peyğəmbərin (s) ovucunda qırmızı rəngli torpaq var idi. O, ovucunu qoxulayır və həmin türbəti öpərək ağlayırdı. Ümmü Sələmə həzrət Peyğəmbərdən (s) ağlamağının səbəbini soruşdu. Peyğəmbər (s) belə buyurdu: "Cəbrail yanıma gələrək xəbər verdi ki, məndən sonra ümmətim övladımı İraq torpağında qətlə yerirəcəkdir. Övladımın qətlə yetiriləcəyi yerdən bu türbəti mənim üçün gətirib.”

    Sonra Peyğəmbər (s) həmin türbəti Ümmü Sələməyə verib demişdi: "Bu türbətin qırmızı qana döndüyü vaxt bil ki, oğlum Hüseyn qətlə yetirilmişdir.”

    Ümmü Sələmə türbəti götürür və onu şüşə qaba qoyur. Aylar-illər keçir. O gün gəlib yetişir ki, İmam (ə) İraqa tərəf üz tutur. Həzrət vətəndə olmadığı günlərdə Ümmü Sələmə şüşə qabdakı türbətə tez-tez nəzər salardı. Aşura gününə qədər bu hadisə davam etdi (Aşura hicrətin 61-ci ili, Məhərrəm ayının 10-u, İmam Hüseynin (ə) qətlə yetirildiyi gündür).

    Ümmü Sələmə öz evində yatmışdı. O, Peyğəmbəri (s) yuxuda görür. Peyğəmbərin (s) mübarək başı və saqqalı toz-torpağa bulaşmışdı. Ümmü Sələmə soruşdu:

     – Ey Allahın rəsulu, sənin üz-başın nə üçün toz-torpağa batmışdır? Peyğəmbər (s) deyir:

     – Ey Ümmü Sələmə, oğlum Hüseyn üçün qəbir qazırdım.

    Ümmü Sələmə qorxmuş halda yuxudan oyanaraq Peyğəmbərin (s) verdiyi və içində türbət olan şüşə qabı götürdü. Türbətin qırmızı qana çevrildiyini görən Ümmü Sələmə qışqıraraq nalə çəkib ağlamağa başlayır. Bəni-Haşim qadınları onun ətrafına torlaşaraq ağlamağının səbəbini soruşurlar. Ümmü Sələmə onlara deyir ki, Hüseyn (ə) qətlə yetirilmişdir. Qadınlar ondan bu xəbəri haradan bildiyini soruşduqda, Ümmü Sələmə Peyğəmbəri (s) yuxuda gördüyünü və o Həzrətin verdiyi türbəti, bu türbətlə bağlı Peyğəmbərin (s) söylədiklərini onlara nəql edir. Bu əhvalatı və xəbəri eşitcək qadınlar da onunla birgə fəryad çəkərək ağlamağa başlayırlar.[ Şeyx Hürr Amili,Vəsailüş şiə-c.3 ]

    Ümumiyyətlə, bu hədisin nəql olunan mənbələri həddən artıq çoxdur. Ona görə də biz onlardan bəzilərini burada qeyd etdik...

    Hörmətli din qardaşım! İmam Hüseyn (ə) türbətinin əzəmət və müqəddəsliyini dərk etmək üçün bu hədisi diqqətlə nəzərdən keçir. Allah-taala Cəbrailə Hüseynin şəhid olacağı məkandan bir ovuc torpaq götürüb Peyğəmbərə (s) çatdırmasını əmr etmiş, Peyğəmbər (s) böyük hüzn və göz yaşları içində bu türbəti götürmüş, qoxulayaraq öpmüşdü. Bəli, əziz oxucu! Bu hədis çox böyük mətləbləri, həqiqətləri bizə bəyan edir. Hədisdən bizə aydın oldu ki, İmam Hüseyn (ə) türbətinin qana çevrilməsi həqiqətən qeyri-adi, eyni halda ən sarsıdıcı bir hadisə olmuşdur. Tarixdə bu cür hadisə yeganədir!!! Bu şəhidlər ağası Hüseynin türbəti üçün ilahi müqəddəslik deyilmi? Bəli, Allaha and olsun ki, belədir! Sonra qeyd etmək istərdik ki, bu hədis həqiqətən İmam Hüseyn (ə) türbətinin digər türbətlərdən üstün olmasını göstərir. Buna görə də bu türbət üzərinə səcdə daha üstün və daha dəyərlidir.

    ӘHLİ-BEYT VӘ HÜSEYNİN TÜRBӘTİ

    Peyğəmbərin Әhli-beyti də, öz növbəsində, namazlarında şəhidlər ağası İmam Hüseynin (ə) türbəti üzərinə səcdə etmiş, bu türbətdən düzəldilmiş təsbehlə Allaha həmd-səna etmiş və insanlara İmam Hüseyn (ə) türbətinin Allah dərgahında fəziləti, əzəməti haqda danışmışlar.

    İlk dəfə bu türbət üzərinə İmam Zeynəlabidin səcdə etmişdir (O, Allah rəsulunun təyin etdiyi dördüncü xəlifə və canişindir).

    Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) atası İmam Hüseyni (ə) dəfn etdikdən sonra bu türbətdən bir ovuc götürərək özündə saxlamışdır ki, namazında bu türbət üzərinə səcdə etsin və ondan təsbeh düzəldib Allaha həmd-səna etsin.

    Әsirlər, All

     
     
    Bölmə: Şübhələr
    Şərhlər: 11
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Asif | Status: | 22 Ocak 2017 10:43 | Qonaq | Şərh yazdı
    Qardaş mən burada bir şeyi başa düşmədim. bu məqalədə deyilirki Peyğəmbərin səhabələri və yaxınları möhürlə namaz qılıblar və buna sübut üçün yalnız hədislərdən istifadə edirsən. Mən namaz qılmaq istəyirəm və araşdırıram .  Amma yazdığın bu mətn məni qane etmirki məndə şiə olum. Mənə Qurandan sübut gətir sənin qarşında baş əyim. Hədis ağızdan ağıza deyilən sözlərdir.Qurandan başqa heç bir şeyə riayət etməməliyik.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Kenizi Zehra | Status: İstifadəçi Offline | 8 Ağustos 2014 01:29 | İstifadəçi | Şərh yazdı
    Allah Razi Olsun Amin

    --------------------
    Не нравится +1 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Musulmanka313 | Status: İstifadəçi Offline | 20 Temmuz 2014 15:02 | İstifadəçi | Şərh yazdı
    Bugunun en aktual suallarindandi....Allah razi olsunki siz bizi mariflendirirsiz bu kimi meselelerdrn

    --------------------
    Не нравится +1 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: azan-sesi | Status: İstifadəçi Offline | 8 Temmuz 2014 14:37 | İstifadəçi | Şərh yazdı
    torpaqdan yaranan torpaqada gedecek birgun  qalan emelimiz olcaq llah bizderi emelisaleh bendelerinen etsin insllah yazan eliniz var olsun ehsen butun sualarima cavab tapdim sukur rebimize

    --------------------
    Не нравится +1 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: miryaqub | Status: İstifadəçi Offline | 14 Ocak 2014 23:55 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun qardawim.Ilk maraqli melumat idi

    --------------------
    Не нравится +1 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Şahin | Status: İstifadəçi Offline | 14 Ocak 2014 14:11 | İstifadəçi | Şərh yazdı
    Allah komeyun olsun

    --------------------
    Не нравится +1 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: ♥kerbubela♥ | Status: İstifadəçi Offline | 14 Ocak 2014 13:08 | İstifadəçi | Şərh yazdı
    cox sag olun qardas beynimdeki butun suallara cavab oldu bu elbetde mohurle qilirdim ama o qeder subheler yaranirdiki bes qardas niye mesh alin pak olunmasina qalsa gerek butun yere qoydugumuz eza uzvlerimizde pak ola 

    --------------------
    Не нравится +2 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 14 Ocak 2014 12:35 | Administrator | Şərh yazdı
    DOGRUSU MEN EVVELLER FIKIRLESIRDIMKI NIYE BIZ MOHURE BASIMIZI QOYURUQ.CUNKI EVVELLER DASDAN OLAN BUTLERE SITAYIS ELIYIRDILER.AMMA SONRA DOGRUSUNU OYRENDIM.ALLAH KOMEYIVIZ OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 12 Ocak 2014 22:39 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH razi olsun men hemiwe Namaz qilanda alnimi mohure  qoyuram bir dosdum mene bele deyirdi sen niye mohure qoyursan alnivi mohurle Namaz qilanlar hamisi ceheneme gedecek mohur dinde sucdur deye beynimi doldururdu mense ALLAH bu saytin adminden ve bu saytdakilardan razi olsun sayenizde  mohurun ALLAHIN emri oldugun orgendim dine daha da yaxinlawdim cox sag olun

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: gulsum | Status: İstifadəçi Offline | 6 Ocak 2014 23:21 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN.OXUDUM.

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.