» » Matəm mərasimlərinin və İmam Hüseynə əzadarlığın səbəbi nədir?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+1  
İstifadəçilər: 6737

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6721

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 1
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2025    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Matəm mərasimlərinin və İmam Hüseynə əzadarlığın səbəbi nədir?
    Müəllif: Admin | 15-11-2013, 13:52 | Baxılıb: 0

    Matəm mərasimlərinin və İmam Hüseynə əzadarlığın səbəbi nədir?

    Matəm mərasimlərinin və İmam Hüseynə əzadarlığın səbəbi nədir?

    Yüz illərdir ki, hər Məhərrəm ayında bütün dünyada bir çox müsəlmanlar, Peyğəmbər(s) və Əhli-beytini sevənlər qəmli göz yaşları ilə Aşura mərasimi qeyd edirlər. Aşura günü bildiyimiz kimi İslam Peyğəmbəri(s)-in nəvəsi, Cənnət gənclərinin ağası, İmam Hüseyn(ə) qəddar Yezidlə mübarizədə Yezid və onun köməkçiləri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş və İmam ailəsi dəhşətli günlər yaşamışdır. Həmin gün Yezid və onun qəddar ordusu Peyğəmbər(s)-in nəvələrini, körpə uşaqları qətlə yetirmiş, İmamın başını kəsib, şəhər-şəhər gəzdirib o mübarək başı nümayiş etdirmişdilər.

    Onlar bu hərəkətləri ilə İmama qalib gəldiklərini nümayiş etdirmək istəyiblər, lakin dərk etməyiblər ki, onlar artıq uduzublar və bu hərəkətləri onlara qarşı ancaq nifrəti artırır və buna sübut 13 əsr ərzində əksər müsəlmanların onlara lənət yağdırmasıdır. İmam Hüseyn(ə) hərəkatı bütün müsəlmanlara böyük bir dərs oldu ki, onun da uğurlu nəticələri oldu. Ən əsası isə İslam dini qorunub saxlandı, məlun Yezid qətlə yetirildi, müsəlmanlar münafiqləri tanıdı və İmam Hüseyn məktəbi yaradıldı. Hüseyn məktəbi tək müsəlmanlara deyil, qeyri müsəlman olan xalqlara da nümunə olmuşdur. Məsələn, Hindistanın azadlıq hərəkatının lideri Maxatma Qandi öz diskusiyalarından birində ''Biz öz azadlıq hərəkatımızda müsəlman Hüseyndən nümunə götürdük'' deyə qeyd etmişdir.

    Göründüyü kimi Aşura mərasimini keçirmək qeyrət, şücaət, vətənpərvərlik, ədalət dərslərini yaymaqdır. Xüsusən də bu dərslərin bizə erməni yezidləri ilə mübarizədə, torpaqlarımızı azad etmək üçün çox təsiri var və zəruridir. Lakin bəzi ağzıgöyçəklər, bu mərasimlər təşkil olunub keçiriləndə ağzını büzür və məntiqə uyğun gəlməyən sözlərlə ürəkləri bulandırırlar. Elələri də var ki, efir vasitəsi ilə müqəddəs Qurani-Şərifdən ayə oxumaqla, ''Haram aylarda özünüzə zülm etməyin'' ayəsini bu keçirilən mərasimə aid edirlər və camaat arasında çaşqınlıq yaradırlar. Qeyd edirlər ki, Məhərrəm ayı haram ay olduğundan insan gərək özünə zülm etməsin. Belə şəxslər dərk etmirlər ki, zülm etmək Aşura mərasimini qeyd edib İmama ağlamaq deyildir, zülm bu mərasimi yaddan çıxardıb min cür günahlar etməkdir. Əgər Məhərrəm ayında bu mərasimi qeyd etmək zülm hesab olunsaydı, deməli Zilhiccə ayı da haram ay olduğundan bu ayda da heç kəs əziyyət çəkib Həcc qanunlarına uyğun şəkildə Məkkə şəhərinə ziyarətə getməməlidir. Qeyd edək ki, bu ziyarətin əziyyəti Aşura mərasiminin əziyyətindən qat-qat artıqdır.

    Aşura mərasimi bizlərə Hüseyn məktəbini öyrədir. Hüseyn məktəbi isə bütün bu göstərilənlərlə mübarizə deməkdir. Hər kəs bu mübarizəyə qoşulsa, Aşura günü və ümumiyyətlə haram ay sayılan məhərrəm ayında əzadarlıq edib İmam Hüseyn məktəbinin yaşanmasında iştirak etsə özünə zülm etməz əksinə böyük savab qazanar və Hüseyn tərəfdarlarından sayılar. Cənnət cavanlarının tərəfdarları olmaq, onun məktəbinin yaşanmasında iştirak etmək, Qiyamət günü İmam Hüseyn şəfaətini qazanmaq deməkdir. Peyğəmbər(s) buyurur: ''Ya Fatimə, Qiyamət günü Hüseynə ağlayan gözlərdən başqa qalan bütün gözlər ağlayar.'' Əhli-Beyti sevənlər Peyğəmbər(s)-ə olan etiqad və imanları səbəbindən Peyğəmbər nəslində üz vermiş faciə günlərinin ildönümündə bir çox yığıncaqlar təşkil edərək şəhidləri yad edirlər və Qurani-Kərim oxuyurlar. Peyğəmbər(s)-in vəfat edib Cənnət aləminə təşrif apardığı gün səfər ayının 28-də şiələr məclislər təşkil edirlər,əzadarlıq keçirirlər və məscidlərdə İslam Peyğəmbərinin şəxsiyyəti haqqında söhbətlər edirlər.

     Cəfərilərin ən duyğulu və təsirli matəm mərasimi Məhərrəm və Səfər aylarında keçirilən əzadarlıq günləri içərisində Aşura, yəni Məhərrəm ayının 10-cu gününün mərasimidir. Həmin gün İmam Hüseyn(ə)-ın şəhid olduğu gündür. Bu matəm mərasimində minlərcə böyük dini şəxslər iştirak edir. Çünki, İmam Hüseynin başına gələn fəlakət, bəla və müsibət başqa faciələrə nisbətən daha dəhşətlidir. Belə bir faciə heç bir məmləkətdə görünməyib. Bu məclisdə haqq yolunda şəhid olan imamımızdan ibrət almaq məqsədilə xütbələr oxunur, haqq yolunda necə şəhid olmaq, zülmkarlığa və münafiqliyə qarşı mübarizə aparmaq dərsi verilir. Bu məclis İslam dininə dəvət etməyin ən yaxşı yoludur. Bu məclis bir daha göstərir ki, insanın ölümü ilə heç nə unudulmur. Edilən qəhrəmanlıq, şəhidlik ən uca zirvə kimi qəlblərə həkk olunur. İmam Hüseyn(ə) bütün İslam dünyasının fəxridir, Peyğəmbərimizin balası və əzizidir. Hüseyn adı ona Allah tərəfindən qoyulmuşdur.

    Peyğəmbər(s) buyurur: ''Hüseyni sevən məni sevir, məni sevən Allahı sevir!'' Bu hədisdən belə aydın olur ki, Hüseyni sevməyən Peyğəmbəri sevməz, Peyğəmbəri sevməyən isə Allahı, Allahı sevməyən isə dinsizdir. İmam Hüseyn(ə) münafiqlərlə mübarizədə sübut etmişdir ki, İslama qalib gəlmək mümkün deyil. İslam dini yenilməz və məğlubedilməz bir dindir. İmam Hüseyn(ə)-ın əzadarlığının böyük savabı var. Ona görə ki, bununla müsəlmanlar qəflətdən oyanır, münafiqlərin və zülmkarların at oynatmasına imkan vermir. İmam Hüseyn(ə)-ın şücaətini onların yadına salır. Bildirilir ki, Hüseyn aşiqləri, Əhli-Beyt şiələri İmam Hüseyn əleyhis-səlamı heç vaxt unutmurlar. Bu əzadarlıq münafiq və zülmkarlara sərf eləmir. Ona görə də onun əleyhinədirlər. Müsəlmanlar isə zülmkarlığı və ədalətsizliyi aradan qaldıran Kərbəla faciəsini yaddan çıxarmamalıdırlar..  

     
     
    Bölmə: Şübhələr
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 5 Mart 2014 14:52 | Administrator | Şərh yazdı
    ALLAH RAZI OLSUN. Peyğəmbər(s) buyurur: ''Hüseyni sevən məni sevir, məni sevən Allahı sevir!'' DEMEK MEN IKISINIDE SEVIREM..........

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.