Yuxarıdakı ayənin nazilolma şəni haqqında deyilir ki, yəhudilərdən və məsihilərdən bir dəstəsi azançının səsini eşitdikdə və ya müsəlmanların namaza dayandığını gördükdə onlara istehza edirdilər.
1. Azanı (dini şüarları) məsxərəyə qoyanlarla rabitədən və dostluqdan çəkinin.
2. Namaz dinin çöhrəsi və zühur məhəllidir. (Əvvəlki ayədə dinə istehzadan danışıldı. Bu ayədə isə dinin siması olan namaza istehza xatırladılır.)
3. Namaz üçün nida edilməlidir ki, hamı toplansın. (Namaz aşkar olmalıdır.)
4. İslam cəmiyyətində namaz üçün fəryad çəkilməli, namaz təbliğ olunmalıdır. Kimsə buna mane olmamalıdır.
5. Aqillər məntiqi üslubda rəftar edirlər. Düşüncəsiz insanların işi isə istehzadır.
59. قُلْ يَا أَهْلَ الْكِتَابِ هَلْ تَنقِمُونَ مِنَّا إِلاَّ أَنْ آمَنَّا بِاللّهِ وَمَا أُنزِلَ إِلَيْنَا وَمَا أُنزِلَ مِن قَبْلُ وَأَنَّ أَكْثَرَكُمْ فَاسِقُونَ
«De ki, ey kitab əhli! Bizə bunu irad tutursunuzmu ki, Allaha, bizə nazil olana və əvvəldən nazil olana iman gətirmişik? Həqiqətən, sizin çoxunuz haqq sərhədindən çıxmışsınız və günahkarsınız.»
«Niqmət» kökündən olan «tənqimunə» sözü bir şeyin inkarını bildirir. Bu inkar həm dil, həm qəzəb, həm də rəftar vasitəsi ilə ola bilər.
Kitab əhli Tövrat və İncilin buyuruqlarına vəfalı qalmadı. Bu səbəbdən də onların səmavi kitaba sahiblik ləyaqətləri yoxdur.
1. Müxaliflərlə də gözəl şəkildə mübahisə etmək lazımdır. Həssas suallarla müşayiət olunan dəlillər təsirlidir.
2. Düşmənlərin möminlərlə ixtilafı yalnız onların imanına xatirdir.
3. Müsəlmanların bütün səmavi kitaba inanması kitab əhlində kin-küdurət yaradan səbəblərdəndir.
4. Kitab əhlinin müsəlmanlarla düşmənçiliyinin tarixi keçmişi var.
5. Düşmənin yaratdığı problemlər qarşısında ədalət və insafı əldən verməyin. Elə düşünməyin ki, hamı günahkardır.
6. Haqqın inkarı və haqq ardıcıllarının əziyyətə salınması günahdır.
Kitabın adı: Nur təfsiri (üçüncü cild)
Müəllif: Möhsin Qəraəti