Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Həzrəti Məryəmə üfürülən ruh nə idi?
فَحَمَلَتْهُ فَانْتَبَذَتْ بِهِ مَكَانًا قَصِيًّا
“(Ruh mələyi Məryəmə üfürdü,) beləliklə, İsaya hamilə qaldı. Sonra o (Məryəm) öz uşaq yükü ilə uzaq bir məkana çəkildi.” (“Məryəm”, 22)
Təfsir kitablarında Həzrət İsanın (ə) Həzrət Məryəmin (s.ə) bətninə necə düşməsi ilə bağlı müxtəlif fikirlər yer almışdır. Onların bir çoxunu qeyd etməyə lüzum görmürük. Bəzi təfsir alimləri ümumiyyətlə, bu məsələyə girməməyi tövsiyə edirlər. Bununla belə, sözügedən məsələni incələməyə cəhd edən təfsirçilər də mövcuddur. Məsələn, bəzi təfsirlərdə (“Əl-Mizan” c.14, səh 52) yer almış bir hədisdə qeyd edilir ki, Cəbral (ə) Həzrət Məryəmin (s.ə) ətəyinin altına üfürür və bir anın içində Həzrət Məryəm (s.ə) hamilə qalır. Digər bir təfsirdə (“Nümunə” və “Təfsirul-Kəbir”) qeyd olunur ki, Cəbrail (ə) onun köynəyinə toxunmaqla, yaxud ağzına üfürməklə bu hadisə baş verdi.
Əlbəttə, qeyd olunan rəvayətləri və onların ehtiva etdiyi söz və cümlələri geniş şəkildə izah etmək olar.
Qurtubi öz təfsirində yazır ki, “Cəbrailin üfürməi, ifadəsi Həzrət İsanım həmin Ruhdan yaranması kimi başa düşülməməlidir. Belə ola idi, onda İsanın bir hissəsi mələk bir hissəsi də insan olmalı idi.” (Qurtubi c 4, səh.93)
Bu məsələdə “Əl-Mizan” təfsirinin müəllifi çox gözəl və qaneedici bir açıqlama verir: “Ruhun Həzrət Məryəmə üfürülməsi o deməkdir ki, Həzrət İsanın (ə) yaranışı adi dünya şərtlərinə əsaslanmamışdır. Adi bir uşağın yaradılışında baş verən proseslər Həzrət İsanın (ə) yaradılışı üçün səciyyəvi olmamışdır. Ruh deyilərkən Allahın “ol” sözü nəzərdə tutulur.” (“Əl-Mizan” c.14, səh.316-317)
Bu fakt Quranın “Ali-İmran” surəsində öz əksini tapmışdır. Uca Allah buyurur: “ Həqiqətən, Allah yanında İsanın hekayəti, (yaradılışın necəliyi baxımından) Adəmin hekayəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona “ (canlı insan) ol! dedi, o da oldu.”( Ali-İmran, 59)
“Əl-Kəşşaf” təfsirinin müəllifi yazır: “Yəni İsa (ə) Həzrət Məryəmin bətnində qərar tutduqdan sonra orada ona ruh verildi.” (Zəməxşəri “Əl-Kəşşaf” c.3, səh.313)
Eyni məzmunların dolayı yollarla ifadəsinə digər təfsirlərdə rast gəlinir.
Bəzi təfsirlərdə Həzrət Adə¬mə və İsaya (ə) üfürülən ruhun bir məxluq olduğu qeyd edilmişdir. Başqa sözlə desək, Həzrət İsa mövzsunda iki ruhdan söz açılır. Biri Həzrət Cəbraildir və Həzrət Məryəmin gözünə görünüb onunla danışan da məhz o, olmuşdur. Təfsirlərin yazdığına görə bundan başqa daha bir ruh da xəlq edilmişdi və o Həzrət Məryəmin bətninə üfürülmüş İsanın (ə) ruhudur. (“Təbərisi” c.3, səh.233)
"Bütün peyğəmbərlər məsumdur" səh. 157-158)
İlahiyatçı: Mahir Şəkərov
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |