Döyüşdə iştirak edən kafirlərin hökmü
Müsəlmanlara qarşı mübarizə aparan kafirlərə «döyüş və müharibə kafirləri» (kafəri hərbi) deyilir. Şiə alimləri bir neçə hal istisna olmaqla, onların qətlini vacib hesab edirlər.
1. Əgər döyüşdə iştirak edən — istər döyüş zamanı olsun, istərsə döyüşdən sonra — kafirlər islamı qəbul edərlərsə, qətl hökmü onların üzərindən götürülür. Çünki onların qətlə yetirilməsinə səbəb kafir olmalarıdır. İslamı qəbul etdikdən sonra isə artıq buna heç bir səbəb qalmayır.
2. Müsəlmanlar döyüşdə qalib gəldikdən sonra əsir alınmış kafirlər.
Belə olduqda da kafirlərin üzərindən qətl hökmü götürülmüş olur. Lakin döyüş başa çatmazdan əvvəl və ya döyüş zamanı əsir alınarlarsa, qətl hökmü öz qüvvəsində olaraq qalır. Çünki, ayədə müsəlmanların zəfər çalmalarına və son cəza üsulu olaraq qətlin zəruri olduğuna xüsusi diqqət yetirilir. Məlum olduğu kimi, həddi-hüdudu olan hər bir hökm müəyyən olunmuş həddə çatdıqda qüvvədən düşmüş olur.
Bir sözlə, kafirlər döyüşdən sonra müsəlmanlara əsir düşərsə, dini rəhbər və ya qazi onların barəsində üç hökm verə bilər:
Ya kölə kimi istifadə etməli, ya fidyə almaqla onları azad edər və ya məccani olaraq azad edə bilər.
Kafirlərin bütpərəst olub-olmamasından asılı olmayaraq, hökmün icrasında heç bir fərq qoyulmur.
Xülasə: Qeyd etdiklərimizdən belə qənaətə gəlmək olur ki, müharibədə iştirak edən kafirlər əsir düşərkən ya döyüş zamanı qətlə yetirilməli, ya islamı qəbul etdiyi təqdirdə əfv olunmalı və ya döyüş başa çatdıqdan sonra əsir alınaraq qətlə yetirilməməlidir. Döyüş başa çatdıqdan sonra da baş dini hakim əsirləri ya kölə olaraq müsəlmanların ixtiyarına verməli, ya fidyə alaraq azad etməli və ya məccani olaraq güzəştlə azad etməlidir.
Müsəlmanlarla müharibə aparan kafirlər haqda verilən hökmün xülasəsi bundan ibarətdir. Bu barədə müsəlman alimləri arasında heç bir ixtilaf nəzərə çarpmır. Əgər cüzi ixtilaflar varsa da, əsassız və heç bir etibara malik deyildir.
Ayədə istifadə olunan ifadələrdən bir daha belə qənaətə gəlmək olur ki, ayənin zahiri mənası məhz kafirlərin döyüş zamanı qətlə yetirilməsinə «zərbərriqab», döyüş başa çatdıqdan sonra əsirləri ciddi nəzarət altında saxlamağa «şəddul-vəsaq» və döyüş başa çatdıqdan sonra baş dini hakim tərəfindən əsirləri fidyə verərək və ya məccani azad olunmağa «mənnə və fidaə» dəlalət edir.
Qeyd etdiklərimizdən belə məlum olur ki, «şəddul vəsaq» deyildikdə, əsirlərin məccani və fidyə alınaraq azad olunmaları nəzərdə tutulur.
Çünki «şəddul vəsaq» adətən düşmənin hər növ ixtiyar, azadlıqdan məhrum olunmasına deyilir və belə bir mənanı əsir alınmış şəxslərin azadlıqdan məhrum olunmasına şamil etmək olduqca münasib olardı və əgər «şəddul vəsaq» ayədə əsirlik deyil, ümumi bir məna daşıyarsa, onda başqa bir dəlillərlə köləliyin qanuni olduğuna dəlalət etmiş olur. Və beləliklə «fidən və məna – fidyə və azad etmək» hökmünə aid olmuş olur.
Belə bir izahatla döyüşə gəlmiş və köləliyə əsir alınmış kafir haqda verilmiş hökm tamamilə bəlli olur.
Bu hökmə dəlalət edəcək bir çox mötəbər rəvayətlərə də işarə etmək olar. Belə ki, Koleyni və Şeyx Tusi, Təlhə ibni Zəiddən nəql etdikləri rəvayətdə deyir: İmam Sadiq (ə) atasından nəql edərək buyurur: «Döyüş başa çatmazdan əvvəl və kafirlər döyüş meydanını tərk etmədən əsir alınarlarsa, qazi onun ya boynunun vurulmasına, ya da dar ağacından asılmağa və ya sol ayağı ilə sağ əlinin kəsilməsinə dair hökm verə bilər. Onlar əl ayaqları kəsildikdən sonra buraxılmalı və qanaxmadan ölməlidirlər. Bu, Allah-taalanın Maidə surəsinin 33-cü ayəsində buyurduğudur:
«Allah və Onun peyğəmbəri ilə vuruşanların, yer üzərində fitnə-fəsad salanların cəzası öldürülmək, ya dar ağacından asılmaq, ya əl-ayaqlarının soldan və sağdan kəsilməsi və ya sürgün edilməsidir. Bu, dünyada onlar üçün xarlıq və zillətdir, axirətdə də böyük bir əzaba mübtəla olacaqlar.» Sonra imam Sadiq (ə) buyurur: «Məgər bilmirsinizmi ki, Allah-taala, imamı yalnız kafirləri hansı növdən istifadə edərək cəzalandırmaqda ixtiyar sahibi etmişdir?»
Təlhə deyir: İmam Sadiq (ə)-dan «Əv yunfəv minəl ərz» cümləsindən nəyin nəzərdə tutulduğunu soruşdum. İmam Sadiq (ə) buyurdu: «Sürgün etmək deyildikdə ayədə kafirlərin döyüş meydanını tərk etmələri nəzərdə tutulur. Yəni müsəlmanlar döyüş zamanı kafirləri pərakəndə etməli və əsir etdikləri təqdirdə müəyyən olunmuş hökmü icra etməlidirlər. İcra olunası hökm isə bundan ibarətdir ki, döyüş başa çatdıqdan sonra əgər kafirlər əsir alınarlarsa, qazi onları ya kölə kimi saxlamalı, ya fidyə almaqla və yaxud məccani olaraq azad etməlidir.
Verilən izahatlardan belə məlum olur ki, döyüş başa çatdıqdan sonra əsir düşmüş kafirlərin üzərindən qətl hökmü götürülür.
Əhli sünnə alimlərindən olan Zəhhak, Əba, Həsən Bəsri və başqaları bu nəzəriyyə ilə müvafiq olduqlarını bildirmişlər. Həsən Bəsri bu haqda deyir: Döyüş sona çatdıqdan sonra əsir alınmış kafirlər qətlə yetirilməyir, dini hakim ya onları kölə kimi saxlmalı, ya fidyə və ya məccani olaraq azad etməlidir.(Fәxri Razinin tәfsiri 8-ci cild 167-ci sәh.)
Qeyd etdiklərimizdən belə qənaətə gəlmək olur ki, Səyf ayəsi istər bu ayədən əvvəl, istərsə də sonra nazil olmuş olsun ayənin nəsx olunmasına əsla dəlalət etmir. Çünki kafirlərin qətlinin vacib olduğunu bəyan edən Səyf ayəsinin məzmununun bu ayə ilə heç bir ziddiyyəti yoxdur. Hər iki ayənin məzmunu bəllidir və verdiyi hökm nəsx olunmadan qüvvədə qalmalıdır.
Lakin təəccüb doğuran, Şeyx Tusinin şiə alimlərini kafirlərin döyüş başa çatdıqdan sonra qətlə yetirilmələrinə dair hökm verməkdə ittiham etməsidir.
Şeyx Tusi bu haqda deyir: Səhabələrimizin nəql etdiyi rəvayətlərdə kafirlərin döyüş zamanı əsir alınarkən qətlə yetirildiyi göstərilir. Dini rəhbər onların qətlə yetirilmələrinə dair hökm verir. Lakin fidyə alaraq və ya məccani olaraq onları azad etməyə qadir deyildir. Və əgər döyüş başa çatdıqdan sonra əsir alınarlarsa, dini rəhbər ya onları kölə kimi saxlamalı, ya fidyə və ya məccani olaraq azad etməlidir.
Bu nəzəriyyəni Təbərsi də öz kitabında «Məcməul-bəyanda» nəql etmişdir.(Biharul-әnvar 9-cu cild 12-ci sәh.)
Lakin bu barədə bir rəvayətdə olsun nəql olunmamışdır. Maraqlı hallardan biri də budur ki, Şeyx Tusi özünün «Məbsut» adlı başqa bir kitabında bu nəzəriyyəni təsdiq edərək deyir: Döyüş başa çatdıqdan sonra dini rəhbər, əsir alınmış kafirləri qətlə yetirməməli, onları ya kölə kimi müsəlmanların ixtiyarına verməli, ya fidyə və ya məccani olaraq azad etməlidir.(Nişapurun tәfsiri, Tәbәrinin haşiyәlәrindә 28-ci cild 24-cü sәh.) Onun özü «Xilaf» adlı kitabının «qənimətlərin bölüşdürülməsi» fəslinin on yeddinci bölümündə alimlər icmasının bu haqda fikir irəli sürdüklərinə işarə etmişdir.
Bu səbəbdən də ehtimal vermək olar ki, Şeyx Tusinin «Tibyan» adlı kitabında əsirlərin boynunun vurulması haqda deyilənlər yazılışda buraxılan səhvdən irəli gəlmişdir. Mərhum Təbərsi də heç bir araşdırmalar aparmadan bunu öz kitabında qeyd etmişdir. Çünki bu nəzəriyyə həm alimlər icmasının çıxardıqları hökm, həm də Şeyx Tusinin digər kitablarında bu haqda verdiyi məlumatlarla tamamilə ziddiyyət təşkil edir.
Bu nəzəriyyəni dəstəkləyən şəxslərdən biri də Əllamə olmuşdur. O, özünü «Muntəhi və Təzkirə» adlı kitablarında cihad fəslində bu barədə geniş söhbət açmışdır.
Kitabın adı: Əl-bəyan 2-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi