» » Quran ayələri ilə danışan qadın


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Quran ayələri ilə danışan qadın
    +5
    Müəllif: miryaqub | 17-01-2014, 15:57 | Baxılıb: 1 657
    Quran ayələri ilə danışan qadın - Həzrət Xanım Zəhra (s.ə) məktəbinin yetişdirməsi Fizzə..Bəzən müəllimi şagirdinin vasitəsi ilə də tanımaq mümkündür. Həzrət Zəhranın (ə) yetişdirmələrindən biri də, onun evində xidmətçi olan Fizzə olub. Fizzə Zəhrayi-Əthərin (ə) məktəbindən dərs almış və yiyələndiyi elmi əməli olaraq həyata keçirən bir xanım idi. O, Əhli-beytin (ə) yanında həmişə bir nur kimi parlamışdır. Bəs görəsən, kəniz Fizzə kimi tanınan bu xanım, necə olmuşdu ki, Həzrət Zəhranın (ə) kənizi olmağa nail olmuş və Əli (ə) xanədanının ən hörmətli və yaxın bir üzvünə çevrilmişdi? Fizzənin əsli-nəsəbi Hindistan ölkəsindən idi. Həbəşənin hakimi onu həzrtət Peyğəmbərə (s) hədiyyə vermişdi.Bu xanım çox dərrakəli və haqqpərəst olmaqla yanaşı, həm də "Nəvbə” əhlindən idi. Bu nurani ailədə meylini ən çox Fatiməyə (ə) salmışdı. Ona görə də Peyğəmbərdən (s) xahiş etmişdi ki, xanım Zəhranın (ə) xidmətində durmağa ona icazə versin. Fizzə bu arzusuna çatmış və ömrünün son anlarına qədər o Xanımın (ə) yanında olmuşdur.O xanım köçəri bir qövm arasından çıxsa da, elm, Quran və hədislərə yiyələnməklə Həzrət Zəhra (ə) məktəbinin nümunəvi şagirdlərindən birinə çevrilmişdir.Həzrət Zəhra (ə) onu kənizi yox, yaxın dostu adlandırırdı. Fizzə savadlı bir qadın və mütaliə əhli idi. İbadət və itaətdə Əhli-beyt qadınlarından başqa ona tay tapılmazdı. Həzrət Fatimeyi-Zəhranın (ə) vəfatından sonra Fizzə, həzrət Əlinin (ə) icazəsi ilə, Mədinədən xaricdə, həyat yoldaşının qəbiləsinin yaşadığı tərəfə getmiş və ömrünün sonuna qədər orada yaşamışdı. Məlum həqiqətə görə, Fizzə həyatının son iyirmi ili ərzində Quran ayələrindən qeyri bir söz danışmamışdı. Əbül Qasim Qəsri öz kitabında bir çox səhabələrdən nəql edir ki, Həzrət Zəhranın (ə) kənizi Fizzə səhrada həcc karvanından geriyə qalıb itmişdi. Karvandan arxada qalmış Abdullah Mübarək adlı biri deyir ki, səhrada bir yalqız qadın gördüm. Mən dəvə ilə onun yanına gedib hər nə soruşdumsa, o mənə Quran ayəsi ilə cavab verdi. Ondan soruşdum: – Sən kimsən? Dedi: "Və "Salam”-de. Onlar mütləq biləcəklər”. ("Zuxruf”, ayə 89) Ona salam verib dedim: – Sən burada neyləyirsən? Qadın cavab verdi: "Allahın doğru yola saldığı kimsəni heç kəs yoldan çıxarda bilməz”. ("Zumər”, ayə 37) Başa düşdüm ki, yolu azıbdır. Soruşdum: – Cinlərdənsən, yoxsa insanlardan? Dedi: "Ey Adəm oğulları! Hər ibadət vaxtı gözəl libaslarınızı geyin”. ("Əraf”, ayə 31) Əmin oldum ki, Adəm övladıdır. Soruşdum: – Haradan gəlirsən? Dedi: "Onlar uzaq bir yerdən çağırılırlar”. ("Fussilət”, ayə 44)Anladım ki, uzaq yoldan gəlir. Dedim: – Hara gedirsən? Dedi: "Gücü çatan hər kəsin Həccə gedib o evi zayarət etməsi insanların Allah qarşısında borcudur”. ("Ali-İmran”, ayə 97) Onun Məkkəyə getdiyini bilib dedim: – Karvandan nə vaxt ayrı düşmüsən? Dedi: "Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq”. ("Qaf”, 38) Ayədən məlum oldu ki, altı gündür karvandan ayrı düşüb. Sual etdim: – Yemək istəyirsənmi? Dedi: "Biz peyğəmbərləri yeməz-içməz bir bədən yaratmadıq”. ("Ənbiya”, ayə 8) Başa düşdüm ki, acdır.Dedim: – Tələs, tez gəl. Dedi: "Allah heç kəsi qüvvəsi çatmayan işi görməyə vadar etməz”. ("Bəqərə”, ayə 286)İndidə yorulub, yeriməyə taqəti olmadığını anlayıb dedim: – Gəl dəvəyə min, arxada əyləş.Dedi: "Əgər yerdə və göydə yeganə Allahdan başqa tanrılar olsa idi, onların ikisi də müvazinətdən çıxıb pozulardı”. ("Ənbiya”, ayə 22)Demək mənimlə dəvəyə oturmağa həya edir. Dəvədən düşüb onu təkcəmindirdim.Elə ki, dəvəyə mindi, dedi: "Bunları bizə ram edən Allah pak və müqəddəsdir”.("Zuxruf”, ayə 13)Karvana çatan zaman ondan soruşdum:– Karvanda sənin qohum-əqrəban varmı? Dedi: "Ey Davud, biz səni yer üzündə xəlifə etdik”. ("Sad”, ayə 26) "Muhəmməd ancaq bir peyğəmbərdir”. ("Ali-İmran”, ayə 144) "Ey Yəhya, kitabdan bərk yapış”. ("Məryəm”, ayə 12) "Musa yetkinləşib kamilləşəndə ona hikmət və elm verdik”.("Qəsəs”, ayə 14) Başa düşdüm ki, karvanda ona qohum olan Davud, Muhəmməd, Yəhya və Musa adında şəxslər vardır, onları çağırdım. Dörd nəfər cavan o xanıma tərəf gəldilər. Ondan soruşdum: – Bunlar sənin nəyindir? Dedi: "Mal-dövlət, oğul-uşaq bu dünyanın bər-bəzəyidir”. ("Kəhf”, ayə 46) Məlum oldu ki, oğullarıdır. Onlar qadının yanına gələndə o dedi: "Onu muzdla çoban tut, çünki bu güclü və etibarlı adam muzdla tutduqlarının ən yaxşısıdır”.("Qəsəs” ayə 26) Qadın bununla onlara deyir ki, mənim muzdumu verin. Onlar mənə bir miqdar pul verdilər. Onlardan soruşdum:– Mənim hər sözümə Quran ayəsi ilə cavab verən bu qadın kimdir?Onlar iftixarla: "Bu qadın, Xanım Zəhranın (ə) kənizi və bizim anamız, Fizzədir. O,iyirmi ildir ki, Quran ayələri ilə danışır” – deyə cavab verdilər.Fizzənin şərafətə çatdığı məqamlardan biri də mübarək "Həl-Əta” ayəsinin səbəbkarlarından birinə çevrilməsidir. Hər kəsə qismət olmayan bu Əhli-beytə olan yaxınlıq mövqeyi o imanlı xanıma nəsib olmuşdu. Fizzə həmçinin imam Hüseynin (ə) qiyamında iştirak etmiş və o ağır, dəhşətli anlarda Həzrət Zeynəblə (ə) birlikdə olan xanımlardan biridir. O, baş vermiş hadisələrdə Kərbəla şəhidlərinin yaxınları üçün himmətli və sadiq bir xidmətçi sayılırdı. Bəli, Fizzənin obrazı canlı bir sənəd olaraq, Fatimeyi-Zəhranın (ə) məqamını dərk etməkdə bizə əvəzsiz bir yardımdır.
     

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: miryaqub | Status: İstifadəçi Offline | 17 Ocak 2014 23:54 | İstifadəçi | Şərh yazdı
    Allah Cumlemizden razi olsun

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: gulsum | Status: İstifadəçi Offline | 17 Ocak 2014 23:47 | İstifadəçi | Şərh yazdı
    XANIM FIZZE HAQQINDA BUNLARI BILMIRDIM.ALLAH RAZI OLSUN,SAYENDE BILDIM.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: ya_Fatime | Status: İstifadəçi Offline | 17 Ocak 2014 20:09 | Redaktor | Şərh yazdı
    Allahın Salamı Rəhməti və Bərəkəti üzərinizə olsun!Allah Razı olsun

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Şahin | Status: İstifadəçi Offline | 17 Ocak 2014 16:20 | İstifadəçi | Şərh yazdı
    Allah komeyun olsun cox maraglidi

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.