» » Uşaqların Əhli-Beytlə (ə) tanış edilməsi yolları


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+1  
İstifadəçilər: 6713

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6697

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 4

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Ekim 2024    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Uşaqların Əhli-Beytlə (ə) tanış edilməsi yolları
    0
    Müəllif: Yusifi Zehra | 23-11-2017, 12:00 | Baxılıb: 1 142

     

    Uşaqların Əhli-Beytlə (ə) tanış edilməsi yolları

     

    Uşaqları Əhli-Beytlə (ə) tanış edərkən, daha çox əməli üslubdan istifadə edilir, nəinki danışıq yolundan. Misal üçün körpəyə ad qoymaq - əməli bir üslubdur ki, uşaq dünyaya gələndən sonra valideynlərin təşkil etdiyi mərasimlə həyata keçirilir. Bu yolla ona münasib ad seçməklə körpəni ilk günlərindən Əhli-Beytlə (ə) tanış etmək olar. Bu üslubun körpənin tərbiyəsində təsiri böyükdür. Çünki əməli və hissi həyata keçirilir. Körpə özünü ona daha yaxşı uyğunlaşdıra bilir. Körpəni Əhli-Beytlə (ə) tanış etməyin bir çox yolları vardır ki, onların bəzisinə nəzər salaq:

    1. Məsumların (ə) adlarını qoyaraq, tanış etmək.

    Körpəyə ad qoymaq bir dini sünnədir ki, daima Məsumlar (ə) tərəfindən vurğulanmışdır. Onlar övladlara yaxşı ad qoyulmasına xüsusi əhəmiyyət verirdilər. Gözəl ad uşağın izzətli və başıuca olmağına səbəb olar. O zaman ki, həmin adla onu çağırarlar, meyl və rəğbətlə cavab verər. Sanki bu adla fəxr edir. Məsələn, əgər uşağa ”Əli” adı qoyularsa, öz yaşıdlarının yanında öz adını eşidəndə bir növ iftixar hissi keçirər. Təbiidir ki, İmam Əlinin (ə) fəzilətlərindən onun yanında nə qədər danışılarsa, o da bir o qədər diqqətlə qulaq asar.

    Həzrət Peyğəmbər (s) buyurur: “Övladın ata və ana üzərindəki haqqı odur ki, ona gözəl ad qoysunlar”. Bir gün İmam Səccad (ə) Mədinənin valisi Mərvan ibn Həkəmlə görüşür. O, Əhli-Beytin (ə) qatı düşməni idi. Mərvan soruşur: “Sənin adın nədir?”. İmam (ə) buyurur: “Mənim adım Əlidir”. Mərvan dedi: “Qardaşının adı nədir?”. İmam (ə) buyurdu: “Onun da adı Əlidir”. Mərvan əsəbləşib deyir: “Uf, Əli, Əli. Nə xəbərdir? Atan bütün oğlanlarına “Əli” adı qoymağı qərara almışdır?”. İmam (ə) buyurur ki, atam İmam Hüseynin (ə) yanına gəldim və Mərvanın dediklərini Həzrətə (ə) danışdım. Atam buyurdu: “Əgər yüz oğlum olsa, çox istəyirəm ki, hamısının adını Əli qoyum”.

    2. Məsumlara (ə) məhəbbət göstərərək, onları uşaqlara tanış etmək.

    Məhəbbət və sevgi göstərmək - Əhli-Beytlə (ə) tanış etməyin başqa bir yoludur. Bu mənada ki, valideyn evində xüsusi bayramlarda Əhli-Beytə (ə) məhəbbət göstərsin. Məsələn, dini bayramlarda sevinsin və bayram etsin, əzadarlıqlarda isə qəmgin olsun. Bu rəftarlarla uşaqların zehnində olan bir çox suallara cavab vermək olar. Bu yolla o da Əhli-Beytə (ə) məhəbbət bəsləyər. Çünki uşaq ata və anasının rəftarlarını təlqin edər. Onların etdiyi hər bir əməli dəyərli hesab edər. Rəftarlarını ona uyğunlaşdırmağa çalışar. Əgər uşaq görsə ki, ata və anası daima Əhli-Beytə (ə) qarşı sevgi və hörmət bəsləyir, təbiidir ki, ata və anasının rəftarlarını təkrar edəcəkdir. Məfzəldən nəql edilir ki, bir gün İmam Musa Kazimin (ə) xidmətinə gəldim. Gördüm ki, oğlu İmam Rza (ə) onun qucağında əyləşmiş və İmam Musa (ə) da onu öpür. Gah çiyninə qoyur, gah da onu qucağına alır. Sonra buyurur: “Atam sənə fəda olsun! Necə xoş ətrin və necə gözəl əxlaqın vardır. Fəzilətin, elmin və biliyin necə aydın və aşkardır”.

    3. Dini mərasimlərdə iştirak edərək, tanış etmək.

    Uşaqları Əhli-Beytlə (ə) tanış etməyin başqa bir yolu da onları dini mərasimlərə aparmaqdır. Bu mərasimlərdə uşaqlara birbaşa olaraq, bu haqda bir şey deyilmir. Ancaq bəzi şeyləri qeyri-müstəqim şəkildə başa düşürlər. Bayram və əzadarlıq mərasimlərində iştirak edən uşaqlar bundan çox təsirlənirlər. Bu cür uşaqlar bayram və ya əzadarlıq başlamamışdan qabaq bu mərasimlərə hazırlaşarlar. Bu mərasimlərdə uşaqlar məddahlardan və ya mərsiyə deyənlərdən Əhli-Beyt (ə) haqqında eşiridir və istər-istəməz bu, onların zehninə nüfuz edir.

    4. Əzadarlıq teatrları vasitəsilə tanış etmək.

    Əzadarlıq mərasimlərində təşkil edilən teatrlar bütün müsəlmanlara xüsusi təsir qoyur. Təbiidir ki, uşaqlara da təsir edir.O dövrün paltarlarını geyinmək, onların bayraqlarını gəzdirmək uşaqlara xüsusi təsir qoyur.

    5.Gözəlliklərlə tanış etmək.

    Bu, o deməkdir ki, Əhli-Beytin (ə) adlarını gözəl şeylərlə uşaqlara öyrədirsən. O zaman ki, Məsumların (ə) adı çəkilər, gözəl xatirə zehnlərində canlanar. Bu da onları Əhli-Beytlə (ə) tanış etməyin başqa bir yoludur. Belə ki, Əhli-Beyti (ə) uşaqlara gözəlliklərlə tanıdın. Uşaqların gözəl şeylərə: adlara, güllərə, quşlara xüsusi əlaqələri vardır. Onların gözəl adları da bu yolla uşaqların zehnində qalar. Ona görə də Məsumların (ə) adını onlara gözəl şeylərlə başa salmaq lazımdır.

    6. Alimlərlə ünsiyyət vasitəsilə tanış etmək.

    Böyük din alimləri ilə görüşmək və onlarla ünsiyyət bağlamaq - uşaqların Əhli-Beytlə (ə) tanış olmağına kömək edər. Əhli-Beyti (ə) sevən alimlərlə oturub-durmaq, xüsusilə də mərcəyi-təqlidlərlə görüşmək və onlarla söhbət etmək uşaqlara xüsusi təsir qoyar. Çünki, onların rəftar və danışıqlarında Məsumların (ə) nişanəsini axtararlar. İmam Sadiq (ə) Peyğəmbərdən (s) belə nəql edir: “Alimlərin yanına gedib-gəlmək dünya və axirət şərafətinə səbəb olar”.

    7. Əhli-Beytin (ə) əsərlərini oxuyaraq.

    Hər bir insanda keçmişdəkilərin təcrübəsindən faydalamaq maraq hissi yaradır. Ona görə də onların əsərlərini oxumaq şəxsiyyətin formalaşmasında böyük rol oynayır. Quran, hədis və Məsumların (ə) əsərlərini oxumaq insanın mənəvi və ruhi ehtiyaclarını təmin edər. Bu, sözsüz ki, uşaqlara da təsir edər.

    Uşaqları Əhli-Beytlə (ə) tanış etməkdən əvvəl valideynlərin özü onlarla yaxından tanış olmalıdır. Onların həyatları haqqında, əxlaq və ibadətləri haqqında lazımi məlumata malik olduqdan sonra, onları uşaqlara tanıtmalıdırlar. Əgər bu sahədə kifayət qədər məlumatları yoxdursa, yaxşı olar ki, əvvəlcə özləri elmlərini artırsınlar. Yuxarıda qeyd edilən üslubların hər biri öz növbəsində təsiredicidir. Uşaqların Əhli-Beytlə (ə) tanış edilməsində bu üslubların hamısından istifadə etmək daha yaxşı olardı.

     

    Mənbə: Deyerler org

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.