» » Əli (ə)-ın nəzərində Əhli-beyt(ə)-ın ilahi vəzifəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Əli (ə)-ın nəzərində Əhli-beyt(ə)-ın ilahi vəzifəsi
0
Müəllif: RuQeYyA | 17-11-2017, 12:00 | Baxılıb: 1 673

 

 

Əli (ə)-ın nəzərində Əhli-beyt(ə)-ın ilahi vəzifəsi


Əli (ə)-ın Peyğəmbər (s)-in vəfatından sonrakı iyirmi beş illik həyatında həssas və ibrətamiz hissələr vardır. Bunların bəzilərini əvvəllər qeyd etmişdik, bəzilərini də indi qeyd edəcəyik. Bunlardan aşağıdakıları göstərmək olar:
1. İmam (ə)-ın xəlifələrin müqabilində tutduğu mövqe və onlarla rəftarı.
2. Müsəlmanlara islam hökmlərini öyrətmək.
3. İmam (ə)-ın ictimai fəaliyyətləri.
Imam (ə)-ın xəlifələrin qarşısında seçdiyi mövqeyi bəyan etməzdən əvvəl gərək o həzrətin Peyğəmbər (s) ailəsi, yaxud İmamın öz sözü ilə desək, "Ali-Məhəmməd" barəsində fikirlərini bəyan edək ki, Əli (ə)-ın xəlifələrlə həmkarlıq etməsinin islamın inkişaf edib yayılması istiqamətində olması aydın olsun. Bu həmkarlıq Imam (ə)-ın onları haqqın mehvəri və həqiqi rəhbər hesab etməsi demək deyildi. O həzrət onlarla həmkarlıq etməklə onların siyasi və elmi müşküllərini həll edir və Peyğəmbər (s) ailəsini haqq ustadları və həqiqi rəhbərlər hesab edirdi. Hətta buyururdu: "Bu ümmətdən heç kəs Peyğəmbər (s) ailəsi ilə müqayisə oluna bilməz və onların nemətindən bəhrələnən kəs heç vaxt onlarla bərabər ola bilməz."
İmam (ə) başqa yerdə Ali-Məhəmməd (s)-in elmi fəzilətlərinin bir hissəsinə işarə edərək buyurur: "Peyğəmbərin Əhli-beyti onun gizli sirlərinin keşikçisi, fərmanlarına itaət edənlər, onun elm xəzinələri və kitabının mühafizəçiləridir. Onlar islam ölkəsini zəlzələlərdən qoruyan dağlardır. Peyğəmbər onların vasitəsi ilə öz arxasını möhkəmlətdi və özünə rahatlıq bəxş etdi."
Həzrət Əli (ə) başqa bir yerdə onları dinin əsası və mütləq sütunu hesab edir və buyurur ki, onların rəftar və əməllərinə baxmaqla tüğyançıları həddini aşmaqdan saxlamaq, haqq karvanından geri qalanları ona çatdırmaq olar.
Başqa bir yerdə buyurur: "Peyğəmbərinizin Əhli-beytinə baxın və onların yolu ilə gedin, çünki onların ardınca getmək sizi həqiqət yolundan çıxarmaz və azğınlığa qaytarmaz. Əgər bir yerdə dayansalar, siz də dayanın, ayağa qalxsalar, siz də qalxın. Heç vaxt onlardan qabağa keçməyin, əks halda düz yoldan azarsınız; onlardan geri də qalmayın, əks halda həlak olarsınız."
İmam (ə) Peyğəmbər (s) Əhli-beytini tanımağı Allah və Peyğəmbərə mərifətlə yanaşı bilir və buyurur: "Sizin hər hansı biriniz Allahın, Onun Peyğəmbərinin və risalət Əhli-beytinin haqqını tanıyan halda yatağında ölsə, şəhid kimi dünyadan getmişdir."
Imam (ə)-ın sözlərinin bu hissəsində risalət haqqını tanımağı Allahın və onun Rəsulunun haqqını tanımaqla yanaşı qeyd etməsi islam hədisçilərinin Peyğəmbər (s)-dən nəql etdikləri hədisin məzmununu göstərir. O hədis belədir: "Hər kəs öz zəmanəsinin imamını tanımayan bir halda ölsə, cahiliyyət ölümü ilə dünyadan getmişdir."
Imam (ə) başqa bir yerdə hər bir əsr və zamanda ilahi feyzin davam etməsinə işarə edərək buyurur: "Peyğəmbər ailəsinin məsəli səma ulduzları kimidir: Əgər biri batsa, digəri çıxacaqdır."
İmam (ə) risalət ailəsinin xüsusiyyətlərinin vəsfində və bəyanında çox sözlər demişdir, amma onların hamısını qeyd etməyə imkan yoxdur. Nümunə olaraq, bir neçəsini də qeyd edirik. Həzrət onların adları barəsində buyurur: "Atam-anam o kəslərə fəda olsun ki, onların adları göylərdə tanınmış, yerdə isə naməlum qalmışdır."
İmamın indi qeyd edəcəyimiz sözünün bütünlüklə haqq yolu gedənlər üçün olmasına baxmayaraq onların ən yaxşı nümunələri Əhli-beytdir: "(Onlar) dinin həqiqətini, üsul və fürusunu eşitməklə yox, tam əql ilə və ona əməl etməklə tanımışlar; çünki elm raviləri (rəvayətçiləri) çox, ona əməl edənlər isə azdır."
İmam (ə) aşağıda qeyd edəcəyimiz kəlamda onların yüksək məqamlarını tərifləmişdir, başqa yerdə isə onların vilayət və rəhbərliklərini aşkar etmiş, onları ümmətin valiləri və hakimləri, Peyğəmbər (s)-in haqq canişinləri, onun malik olduğu mənsəblərin (nübüvvətdən başqa) varisləri kimi tanıtdırmışdır: "Vilayət və imamət xüsusiyyətləri (elm və möcüzə) onlarındır, Peyğəmbər (s)-in vəsiyyəti onların barəsindədir və onlar Peyğəmbərin varisləridir."
Başda Əli (ə) olmaqla Peyğəmbər (s) ailəsinin məqamı aydın olandan sonra Imam (ə)-ın xəlifələrə qarşı rəftarını mötəbər və əsil tarixi sənədlərə istinad etməklə şərh edirik.

 

Kitabın adı: Vilayət günəşi (birinci cild)

Müəllif: Ayətullah Cəfər Sübhani

 

 

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.