Bağışlanma şəfaəti
Şəfaətin ikinci növü günahların bağışlanmasında vasitəçilik etməkdir. Tənqidçilərin kəskin hücumlarına məruz qalan şəfaət, vasitəçiliyin bu növüdür. Amma Allahın köməyi ilə, bu kitabda verəcəyimiz izahlarla həmin növ şəfaətə heç bir iradın varid olmaması və onun İslamın ali və dəyərli məsələlərindən olaraq, müəyyən əsaslarla İslam maarifinin dərinliklərini göstərməsi aydınlaşacaq.
Rəhmətin cazibəsi
İlk növbədə bu məsələyə diqqət yetirmək lazımdır ki, xoşbəxtliyə çatmaq üçün dünyada görülən bir çox təsirli əməllərdən əlavə, başqa bir hərəkət də vardır və o, Allah-taalanın hər şeydən yüksək olan rəhmətidir. Dini mətnlərdə «Ey rəhməti qəzəbini qabaqlayan...! «anlayışı kimi ifadələr vardır.
Hafizin bu məzmunda məşhur bir qəzəli vardır. O, həmin qəzəldə bu məfhumu «sabiqə» kəlməsi ilə ifadə etmişdir. «Sabiqə» burada, «ilahi rəhmətin» hər şeydən qabaqda olmasıdır. Əlbəttə onun həmin kəlmədən məqsədi başqa şey də ola bilər ki, Quranda buna işarə edilib.
Kitabın adı: İlahi ədalət
Müəllif: Ustad Mürtəza Mütəhhəri
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.