» » Axirət əzabı


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Axirət əzabı
    0
    Müəllif: Huseynci Medine | 2-11-2017, 13:00 | Baxılıb: 1 162

    Axirət əzabı
    Axirət dünyasının cəzalarının günahlarla daha sıx təkvini əlaqəsi vardır. Axirətdə əməllə cəza arasındakı əlaqə, nə birinci növ cəzalar kimi şərti və nə də ikinci növ cəzalar kimi səbəb-nəticə əlaqəsidir, əksinə bu əlaqə onlardan da bir dərəcə artıqdır. Burada «eynilik» və «birlik» əlaqəsi hakimdir. Belə ki, axirətdə yaxşı və ya pis iş görənlərə mükafat və ya cəza şəklində verilən əvəzlər, əməlin özünün cilvəsi və təzahürüdür.
    Qurani-kərim belə buyurur: «O gün (qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri, qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır...»(Ali İmran-30.)
    Digər bir yerdə isə belə buyurur: «...Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz...»(Kəhf-49.)
    Zilzal surəsinin 6-8-ci ayələrində isə belə buyurur:
    «O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbrlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar!...
    Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə onun xeyrini görəcəkdir.
    Kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir.»
    Bəzi təfsirçilərin son nazil olmuş ayə saydıqları aşağıdakı ayədə isə belə buyurur:
    «Allaha tərəf qayıdacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır.» (Bəqərə-281.)
    Quranın yetim malı yemək barəsindəki təbiri isə belədir:
    «Həqiqətən yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər.» (Nisa-10.)
    Yəni yetim malı yemək eyni ilə od və atəş yeməkdir. Amma onlar bu dünyada olduqları üçün, bunu başa düşmürlər, bədən pərdəsi aradan götürüldükdən və bu dünyadan çıxan kimi od tutub yanacaqlar.
    Qurani-kərim iman əhlinə belə xəbərdarlıq edir:
    «Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun...!» (Həşr-18.)
    Bu, çox maraqlı qətiyyət və aydın tonla deyilmiş hökmdür. Ayə əmr formasında, hamının sabah üçün nə göndərdiyinə baxmasının zəruriliyini bildirir. Burada əvvəlcədən bir şey göndərməkdən söz gedir. Yəni siz orada eyni ilə indi göndərdiklərinizə malik olacaqsınız. Buna görə də nə göndərdiyinizə yaxşı baxın.
    Bu, səfərdən bir şey alaraq özündən qabaq vətənə göndərməyə bənzəyir. Həmin şəxs çox diqqətli olmalıdır. Çünki, səfərdən qayıdıb vətənə çatdıqdan sonra göndərdiyi poçt bağlamalarında özü göndərdiyi şeyləri görəcək. Onun oradan bir şey göndərməsi, vətənə qayıtdıqdan sonra isə başqa bir şeylə rastlaşması mümkün deyil.
    Bu ayədə «Allahdan qorxun» ifadəsi iki dəfə təkrarlanıb və onların arasında yalnız kiçik bir cümlə vardır və o, «hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın» sözləridir. Bəlkə də Quranda bunun bənzəri və belə qısa fasilə ilə iki dəfə təqvaya əmr edən ikinci bir ayə yoxdur.
    Quranda yenə belə buyurulur:
    «Günəş (əmmamə kimi sarınıb) sönəcəyi zaman;
    Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman;
    Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman;
    (Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman;
    Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman;
    Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman;
    Ruhlar (bədənlərə) qovuşacağı zaman;
    Diri-diri torpağa gömülən qız soruşulacağı zaman:
    O, hansı günaha görə öldürüldü –deyə;
    Əməl dəftərləri açılacağı zaman;
    Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman;
    Cəhənnəm alovlandırılacağı zaman;
    Və Cənnət (möminlərə) yaxınlaşacağı zaman;
    Hər kəs (dünyada bu günkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir!»(Təkvir, 1-14.)
    Yəni, o dünyada insana cənnət nemətləri və ya cəhənnəm əzabından çatacaq hər bir şey, onun özünün hazırladığı şeydir, yalnız bu fərqlə ki, o, burda onları tanımır, orada isə tanıyacaqdır. Quranın bir çox ayələrinin belə bir məzmunu var: Allah qiyamət günü, sizə nə etdiklərinizi xəbər verəcəkdir. Yəni siz indi nə etdiyinizi bilmirsiniz, qiyamət günü öz işlərinizdən xəbərdar olacaq və öz əməllərinizi tanıyacaqsınız.
    «(Ya Peyğəmbər!) De ki: (Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilən Allahın hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir.» (Cümə-8.)
    Axirətin cəzaları əməlin təzahürüdür. Oranın nemət və əzabları həmin yaxşı və pis əməllərdir ki, pərdə kənara çəkiləndən sonra, həmin formalarda cilvələnirlər. Quran oxumaq gözəl bir səs olacaq və insanın kənarında dayanacaqdır. Qeybət və başqalarını incitmək cəhənnəm itlərinin yeməyi formasında olacaqdır.
    Başqa sözlə desək, bizim əməllərimizin bir müvəqqəti və fani olan və bu dünyada söz və ya əməl şəklində zahir olan mülki surəti, bir də bizdən baş verdikdən sonra heç vaxt fani olmayan, bizim ayrılmaz ardıcıl, davamçı və övladlarımızdan sayılan mələkuti (məlaikə və ruh aləminə mənsub) forması vardır. Bizim əməllərimizin mələkuti forması həmişə qalır. Biz bir gün onlara çatacaq və onları həmin formada müşahidə edəcəyik. Gözəl və ürəkaçan olsalar, bizim nemətlərimiz, çirkin və iyrənc olsalar isə, bizim cəhənnəm odumuz olacaqlar.
    Hədisdə nəql edilib ki, bir qadın Peyğəmbərdən məsələ soruşmaq üçün o həzrətin yanına gəlibmiş. Həmin qadının boyu qısa imiş. O, gedəndən sonra Ayişə əli ilə onun qısa boyluğunu yamsılayır. Peyğəmbər (s) ona belə buyurur: Dişlərini təmizlə! Ayişə deyir: Ey Allahın Peyğəmbəri, mən ki, bir şey yeməmişəm?! Həzrət bir də onun dişlərini təmizləməsini istəyir. Ayişə dişlərini təmizləyir və ağzından bir parça ət düşür.
    Peyğəmbər (s), ilahi qüdrətlə qeybətin həmin dünyadakı mələkuti və qeybi mahiyyətini Ayişəyə göstərir.
    Qurani-kərim qeybət barəsində belə buyurur:
    «...Bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir)...» (Hucurat-12.)
    Peyğəmbərin (s) səhabələrindən olmuş Qeys ibni Asim nəql edib ki, bir gün Bəni-təmim qəbiləsindən olan bir dəstə adamla Peğəmbərin (s) yanına getmişdik. Mən o həzrətə dedim: Ey Allahın peyğəmbəri, biz səhrada yaşayırıq və sənin hüzurundan az bəhrələnirik, bizi moizə və nəsihət et.
    Peyğəmbər (s) çox faydalı nəsihətlər verdi, o cümlədən belə buyurdu:
    «Sənin, səndən heç vaxt ayrılmayacaq bir yoldaşın olacaq və o, səninlə birlikdə dəfn ediləcək, sən ölü, o isə diri olacaq. Əgər sənin yoldaşın şərəfli olsa səni əzizləyəcək, yaramaz olsa isə səni hadisələrin öhdəsinə buraxacaq. Sonra həmin yoldaşın səninlə məhşərə gələcək və qiyamətdə səninlə birgə olacaq və sən onun üçün məsuliyyət daşıyacaqsan. Bəs seçdiyin yoldaşın yaxşı olmasına diqqət et. Çünki o, yaxşı olsa sənin ünsiyyət vasitən olacaq, belə olmasa (pis olsa isə) sənin vəhşətinə səbəb olacaq. «Həmin yoldaşın sənin rəftarındır».
    Qeys ibni Asim, Peyğəmbərə (s) deyir ki, istəyirəm sizin nəsihətləriniz şer formasına salınsın və biz onu əzbərləyək və onunla fəxr edək. Peyğəmbər (s) Həssan ibni Sabitin dalınca adam göndərir. Amma Həssan gəlməmiş, o həzrətin sözlərindən vəcdə gəlmiş Qeys, Peğəmbərin sözlərini nəzmə çəkir və o həzrətə təqdim edir.
    Məzmunu: «Öz əllərinlə özünə bir dost seç ki, insanın qəbirdə (bərzəxdə) dostu onun əməlləridir; sən qiyamət günü üçün dost seçib hazırlamaq məcburiyyətindəsən; əgər başın bir şeyə qarışsa, diqqətli ol ki, o, Allahın bəyəndiyi şeydən başqa bir şey olmasın; çünki insan ölümdən sonra öz əməlindən başqa heç bir şeylə yoldaş olmur; həqiqətən insan öz ailəsində qonaqdan başqa bir şey deyil, bir az orada qalır və sonra köçüb gedir».
    Digər bir hədisdə deyilir: «Bu əzablar sizin özünüzə qaytarılan əməllərinizdir.»
    Afərin Sədi, bu şeri çox gözəl deyib:
    Ömürdən gedir hər keçən nəfəs
    Baxıram ətrafa qalmamış bir kəs.
    Ey yatan əlli il qəflətdə bütün
    Qoyma ki, boş keçsin bu qalan beş gün.
    Utansın o kəs ki, ömrü puç etdi
    Dünyadan köçəndə xəcalət getdi.
    Köç vaxtı səhərin şirin yuxusu
    Qoyar piyadəni yoldan doğrusu.
    Hər gələn dünyada bir bina saldı
    O getdi mənzili özgəyə qaldı.
    Çoxları dünyaya göstərmiş həvəs
    Tikdiyi mənzildə qalmamış bir kəs.
    İndi ki, öləcək pis də yaxşı da
    Xoş ona ki, çatdı yaxşı bir ada.
    Bir yarpaq göndər öz qəbrinə bu gün
    Ki sonra göndərmək deyildir mümkün.
    Sütülkən kim yesə əkinin hər il
    Başşaq toplayacaq xərmən üstü bil.
    Ey pulsuz bazara gedən sərsəri
    Qorxuram əli boş dönəsən geri.

     

    Kitabın adı: İlahi ədalət

    Müəllif: Ustad Mürtəza Mütəhhəri

     

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.