5. إِنَّ اللّهَ لاَ يَخْفَىَ عَلَيْهِ شَيْءٌ فِي الأَرْضِ وَلاَ فِي السَّمَاء
"Həqiqətən, nə yerdə, nə də göydə heç bir şey Allaha gizli qalmaz.”
Bir neçə ayə əvvəl Allahın qəyyumluğundan danışıldı. Bu ayədə isə hər şeyin Ona aşkar olması bildirilir. Bu da Onun qəyyumluq cilvələrindən biridir.
1. Allah hər şeydən agahdır. Biz və bütün qalan varlıq aləmi hər bir an Allahın hüzurundayıq. Gəlin Allahın hüzurunda günah etməyək. Əvvəlki ayəyə nəzər salmaqla aydın olur ki, kimsənin küfr və günahı Allaha gizli deyil.
2. Fərdlərin, əməllərin, məkanların və zamanların çoxluğu nəyinsə Allahdan gizli qalmasına səbəb olmur.
6. هُوَ الَّذِي يُصَوِّرُكُمْ فِي الأَرْحَامِ كَيْفَ يَشَاء لاَ إِلَـهَ إِلاَّ هُوَ الْعَزِيزُ الْحَكِيمُ
"O, sizi bətinlərdə istədiyi şəklə salan kəsdir. İqtidar və hikmət sahibi olan Allahdan savay məbud yoxdur”.
Körpənin bətndə formalaşması Allahın qəyyumluğunun digər bir nişanəsidir. Bu barədə əvvəlki ayələrdə oxuduq.
Ana bətnində insanın formalaşması mövzusu kitabın iki nüzul ayəsi arasında gəlmişdir. Bu, ana bətnində insana diqqət göstərən Allahın gələcəkdə də onun üçün ilahi qanunlar və səmavi kitablarla inkişaf şəraiti yaratması rəmzi ola bilər.
İnsanın formalaşmasında irsi, sağlamlıq, qidalanma və ya psixoloji amillərin təsiri də ilahi sünnələrdəndir və Allahın qüdrət, tədbir, hikmət dairəsindən kənar deyil.
1. Yaranış və şəriət qanunlarının mənşəyi eynidir. Sizin hidayətiniz üçün kitab göndərən həmin Kəsdir ki, sizi yaratmışdır.
2. Ana bətnində insanın formalaşması yalnız Onun əlindədir.
3. Əgər insana surət, forma verən Odursa, bir-birinizi zahiri görkəminizə görə qınamayın.
4. Onun qüdrəti məkan və zaman məhdudiyyətinə sığmır.
5. İnsanın öz yaranışı haqqında düşünməsi onun Allaha iman gətirməsi səbəbidir.
6. Allah hər işə qadir olsa da, hikmətsiz iş görmür.
7. Fərdlərin müxtəlif surətlərdə olması Allahın qüdrət və hikmət nişanəsidir.
Kitabın adı: Nur təfsiri (ikinci cild)
Müəllif: Möhsin Qəraəti