Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
MƏNİ HƏMİŞƏ SÜBH NAMAZINA OYADAN HƏYAT YOLDAŞIM
Bir ər-arvad yaşayırdı. Çox xoşbəxt idilər. Vaxtı-vaxtında namazlarını qılır, Ramazanda oruc tutardılar, halal qazanıb, halal yeyərdilər. Övladlarını da belə tərbiyələndirmişdilər. Artıq azandan sonra evlərində camaat namazına nəvələrdən də qatılanı var idi.
Kişi ilə həyat yoldaşının bir kiçik sirləri də var idi. O da bundan ibarət idi ki, evləndikləri gündən sübh namazına birinci həmişə kişi durardı, sonra qadını oyadardı. Bundan qəti inciməzdi, əksinə, böyük şövq və məhəbbətlə ömür-gün yoldaşını namaza çağırardı. Hətta bəzən səfərdə olduğu zaman ona zəng vurub zarafatla “sabahın xeyir, ay tənbəl”deyərdi. Hərdən də belə zarafat edərdi:
- Deyirəm, bir gün mən olmasam, sən neynəyəcəksən, sübh namazına səni kim çağıracaq?
Yoldaşı ilə aralarında daha sonra belə dialoq yaranardı:
- Xeyir olsun, niyə, hara gedirsən ki?
- Axı bu dünyaya bir dəfə gələn bir dəfə də gedəcək.
- Bilirsən nə var? Allah heç kimi çəkə bilmədiyi yüklə yükləməz. Heç elə şey yoxdu! Sən mən bu dünyadan köçənə qədər gərək məni namaza oyadasan. Sonra özün bilərsən! Allah da bilir ki, mən onun necə zəif bəndəsiyəm.
Beləcə illər ötdü. Çox qocalmışdılar. Artıq qadın əvvəlki tək şux cavab verə bilmirdi kişinin zarafatlarına, kövrəlirdi, qəhərlənirdi. Tez-tez dodaqaltı gün ərzində elə hey təkrarlayardı: “Allah heç kimi çəkə bilmədiyi yüklə yükləməz!”
Bir dəfə qadın yuxudan oyandı. Saata nəzər saldı. Sübh azanına 5-6 dəqiqə qalmışdı. Çox təəccübləndi.
SaAilə qurduqdan sonra ötən 40 il ərzində ilk dəfə idi ki, həyat yoldaşından əvvəl oyanmışdı namaza. Qəribə bir üşüntü keçdi bədənindən. Əlini uzadıb yoldaşının əlinə toxundurdu. Və... Tez qalxıb işığı yandırdı. Kişinin çöhrəsinə qəribə bir təbəssüm çökmüşdü. Bədəni burda idi, ruhu isə artıq Rəbbinə qovuşmuşdu.
Qadının gözündən yaş damlaları ömür-gün yoldaşının soyuq alnına damcıllayırdı. Artıq anlamışdı. Bəli, Allah heç kimi gücü çatmayan yüklə yükləməz. Bu gün ilk dəfə idi ki, o namaza özü qalxdı. Artıq yolun qalan hissəsini tək, özü keçməli idi. Sadiq həyat yoldaşına və Allahına qovuşana qədər.
@islamda_aile
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |