» » Xəlifələrin hökuməti və Əmirəl-Möminin Əli (ə)-ın məntiqi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6721

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6705

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 1
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Xəlifələrin hökuməti və Əmirəl-Möminin Əli (ə)-ın məntiqi
    0
    Müəllif: RuQeYyA | 5-09-2017, 12:00 | Baxılıb: 616

     

    Xəlifələrin hökuməti və Əmirəl-Möminin Əli (ə)-ın məntiqi

     

    "Nəhcül-bəlağə"yə şərh yazan sünnü tədqiqatçıları və alimləri Imam (ə)-ın xilafətə hamıdan artıq ləyaqəti olması barədə sözlərini növbə ilə araşdırmış, onların məcmusundan belə nəticəyə gəlmişlər ki: "bu sözlərdə Imam (ə)-ın məqsədi Peyğəmbər (s) tərəfindən onun xilafətinə dair olan hədisləri nəzərə almadan və onlara əsaslanmadan özünün xilafətə, hamıdan artıq ləyaqəti olmasını isbat etmək olmuşdur. Başqa sözlə, Əli (ə)-ın qohumluq nəzərindən Peyğəmbər (s)-ə ən yaxın adam, elm və bilikdə hamıdan yüksəkdə olduğuna, həmçinin, ədalətə riayət etməkdə, siyasi məlumat və dövləti idarə etməkdə Peyğəmbər (s)-in səhabələrinin ən layiqlisi sayıldığına görə, qayda üzrə ümmət onu xilafətə seçməli idi. Lakin ümmət başçıları ondan qeyrisini seçdikləri üçün bu zülmdən şikayətlənərək deyirdi: "Mən xilafətə və vilayətə (rəhbərliyə) başqalarından daha layiqəm!"
    Imam (ə)-ın özünün dediyi kimi Peyğəmbər (s)-in vəfatından sonra ondan alınan haqq şəri bir haqq deyildi ki, şəriət sahibi tərəfindən verilmiş olsun və başqalarının ondan qabağa çəkilməsi şəriət qanunları ilə bir növ müxalifət sayılsın. Əksinə, məqsəd təbii bir haqdır və hər bir insana vacibdir ki, layiqli bir adam olduğu halda, başqasını seçməsin və cəmiyyətin idarə olunmasını ən bilikli, ən bacarıqlı və ən bəsirətli şəxsə tapşırsın. Lakin əgər bir neçə nəfər bəzi səbəblərə görə bu qanuna əməl etməyib işi elm, qüdrət, ruhi və cismi şərait cəhətindən lap aşağı mərtəbədə olan bir şəxsə tapşırsalar, layiqli olan şəxs gileylənib deməlidir: "Allaha and olsun, Allah Peyğəmbər (s)-in ruhunu qəbz edən gündən bu günə qədər mən öz haqqımdan məhrum olmuşdum."
    İmam (ə) bu sözü Təlhə və Zübeyr onunla müxalifətə qalxıb Bəsrəni özlərinə qərargah seçəndə demişdi."
    Cavab: Bu mətləb gümandan başqa bir şey deyil. Imam (ə)-ın sözlərinin məcmusunu heç vaxt "zatən ləyaqətli olmaq" kimi qiymətləndirmək olmaz və belə bir ləyaqət o həzrətin xəlifələrə ciddi həmlələri üçün bir sənəd sayıla bilməz. Çünki: əvvəla, Imam (ə) öz sözlərinin bəzisində Peyğəmbər (s)-in vəsiyyətini əsas götürmüşdü. O cümlədən, nübüvvət ailəsini təqdim edəndə belə buyurur: "Peyğəmbər ailəsi (Əhli-beyti) onun sirrini saxlayanlar, fərmanlarının pənahgahı, hikmətlərinin və elmlərinin xəzinəsi, kitabının və dininin sütunlarıdır. Ümmətdən olan heç kəs onlarla müqayisə oluna bilməz. Onlar dinin əsasları, iman və yəqinin sütunlarıdır. Haqq yolundan uzaq düşənlər onlara sarı qayıdar, geridə qalanlar (gəlib) onlara qoşular. Imamətin xüsusiyyətləri (elm, təlim və s. imamət nişanələri) onların yanındadır və Peyğəmbərin vəsiyyəti onların barəsindədir, onlar Peyğəmbərin varisləridir."
    "Peyğəmbərin vəsiyyəti onların barəsindədir" deməkdə Imam (ə)-ın məqsədi nədir? Bu cümlədəki "vilayət" kəlməsindən məlum olur ki, vəsiyyətdən məqsəd məhz onların vilayətə (rəhbərliyə) və xilafətinə edilən vəsiyyətidir. Bu da, həm "Qədir" günündə, həm də başqa vaxtlarda ətraflı şəkildə bəyan olunmuşdur. Ikincisi, başqa şəraitlər (məsələn: seçki yolu) yaranmayınca, ləyaqətli olmaq heç vaxt bir haqq yaratmır. Halbuki Imam (ə) sözlərində özünün aşkar haqqına istinad edir və açıqlayıb deyir ki, Peyğəmbər (s)-dən sonra onun haqqı tapdalanmışdır. Başqa sözlə, əgər islama rəhbərlik məsələsi məşvərət, müzakirə, yaxud ümumi rəy əsasında həll olunacaqdısa, bu halda bir şəxs belə bir vəzifəyə seçilməyincə (hətta əgər başqalarına nisbətən hər bir cəhətdən fəzilətli və üstün olsa belə) özünü haqq sahibi saya, nəticədə, camaat ondan üz döndərdiyi təqdirdə bunu bir növ zülm və əzab adlandırıb onun yerinə seçilən şəxsə qarşı etiraz edə bilməz. Halbuki Imam (ə)-ın öz xütbələrindəki bəyan tərzi bunların tam əksinədir. O, özünü xilafətin qanuni sahibi bilir və ondan üz döndərilməsini özünə qarşı bir növ zülm və əzab sayır, Qüreyş qəbiləsini onun hüququnu pozanlar kimi təqdim edir. Belə ki, buyurur: "Pərvərdigara, Qüreyşin və onlara kömək edənlərin qarşısında dayanmaqda mənə kömək et! Çünki onlar mənimlə olan əlaqələrini kəsdilər, mənim böyük məqamımı kiçik saydılar, qanuni haqqım olan xilafət barəsində mənimlə mübarizə etmək üçün müttəfiq oldular."
    Məgər belə qəti həmlələri sadəcə "ləyaqətli olmaq"la izah etmək olarmı?! Əgər xilafət məsələsi ümumi rəy əsasında və səhabənin böyüklərinin nəzəri ilə həll olunmalı idisə, onda Imam (ə) "Onlar mənim aşkar haqqım barəsində mənimlə mübarizəyə qalxdılar" sözünü nə əsasla deyir?!
    Siffeyndə Əli (ə)-la Müaviyə arasında müharibə odu şölələnəndə bir nəfər həzrət Əmirəl-möminin Əli (ə)-ın yanına gəlib dedi:–Siz xilafətə başqalarından daha ləyaqətli olduğunuz halda, Qüreyş sizi bu məqamdan necə məhrum etdi?
    İmam (ə) onun yersiz sualından narahat oldu, lakin ona mülayim cavab verdi (vəziyyət də elə bunu tələb edirdi) və buyurdu: "Bəziləri ona paxıllıq etdilər, bəziləri də ona göz yumdular. Allah bizimlə onların arasında hakimdir, hamı Ona tərəf qayıdacaqdır."
    Səqifə hadisəsindən sonra bir gün Əbu Übeydə ibni Cərrah Imam (ə)-a dedi:–Ey Əbu Talibin oğlu, xilafətə necə də məhəbbətin var və necə də ona hərissən!!
    İmam (ə) cavabda buyurdu:–Allaha and olsun, siz xilafətə məndən də çox hərissiniz, halbuki, şərait və mövqe cəhətindən ondan (xilafətdən) çox uzaqsınız, mən isə ona daha çox yaxınam. Mən öz haqqımı tələb edirəm, siz isə mənimlə öz haqqım arasında bir maneəsiniz və məni ondan məhrum edirsiniz.
    Xəlifələrin xilafətinin bu cür tənqid edilməsinin heç vaxt "zati layaqət" yolu ilə izah etmək düzgün olmaz. Bu ifadələrin hamısı göstərir ki, Imam (ə) xilafəti özünün qanuni haqqı bilirdi və ondan hər növ uzaq düşməyi haqdan ayrılmaq hesab edirdi. Belə bir haqq Allah tərəfindən təyin olunma yolundan başqa yolla bir kəs üçün isbat oluna bilməz. Həmçinin, bu cür ifadələri səlahiyyətli və üstün olmaq yolu ilə də heç vaxt izah etmək olmaz. Imam (ə)-ın sözlərini bu yolla təfsir edənlər öz düzgün olmayan əqidələrinə bir əsas seçmişlər. Əlbəttə, Imam (ə) bəzi vaxtlar özünün ləyaqətli və səlahiyyətli olmasına arxalanmış, bu barədə nəssi (ilahi göstərişi) nəzərə almamışdır. O cümlədən bir yerdə buyurur: "Peyğəmbər (s) canını, başı mənim sinəmdə olan halda tapşırdı. Mən ona qüsl verəndə mələklər mənə kömək edirdi. Evin ətrafından nalə ucaldı. Mələklər dəstə-dəstə enir, namaz qılıb göyə gedirdilər. Mən onların səsini eşidirdim. Bəs kim Peyğəmbərin həyatında və öləndən sonra onun canişini olmağa ləyaqətli idi?"
    "Şiqşiqiyyə" xütbəsində (Imam (ə)-ın məşhur xütbələrindəndir) Həzrət öz ləyaqət və səlahiyyətini camaatın nəzərinə çatdırıb deyir: "Allaha and olsun, Əbu Quhafənin oğlu xilafəti köynək kimi bədəninə keçirdi, halbuki, xilafət dəyirmanının mənim vücudumun mehvərinə fırlanmasını bilirdi. Mənim dağa bənzər vücudumdan elm seli axır. Heç kəsin fikri mənim dərk və fikir zirvəmə çatmaz."
    Bəzi vaxtlarda da əsil nəsəbə və qohumluğa istinad edərək, deyir: "Bizim əsil-nəsəbimiz üstündür və Rəsuli-Əkrəmlə yaxın qohumluğumuz var."
    Əlbəttə, Imam (ə) Səqifədəkilərin məntiqi ilə qarşılaşması üçün özünün Peyğəmbər (s)-lə olan qohumluğuna istinad edirdi. Belə ki, onlar Peyğəmbər (s)-lə olan qohumluqları özlərinin xilafətə seçilmələrinə bir əsas hesab edirdilər. Buna görə də, İmam (ə) onların məntiqindən agah olduqda onları tənqid edərək buyurdu: "İhtəccu bişşəcərəti və əzaus-səmərətə" Ağacla dəlil gətirdilər, amma onun meyvəsini tələf etdilər.

     

    Kitabın adı: Vilayət günəşi (birinci cild)

    Müəllif: Ayətullah Cəfər Sübhani

     

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.