Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Müsəlmanların birliyi
Müsəlmanların birliyi İmam (ə)-ın ən böyük arzularından idi. O, gözəl şəkildə bilirdi ki, bu birlik Peyğəmbər (s) zamanında dünya imperatorlarının və böyük dövlətlərin ürəklərinə dəhşətli bir qorxu düşməsinə və islamın sürətlə inkişaf edib yayılmasına səbəb olmuşdu. Amma bu vəhdət, rəhbərlik məsələsinə görə pozulsaydı, müsəlmanlar müxtəlif çətinliklərə və ixtilaflara düçar olacaqdı. Xüsusilə, bunu nəzərə alaq ki, islamın himayəsində olan bir qrup qüreyşli islama öldürücü zərbələr vurmaq üçün bəhanə axtarırdı. Mühacirlərin içərisində Səhl ibni Əmr, Haris ibni Hişam, Əkrəmə ibni Əbu-Cəhl və s. kimi fitnəkarlar var idi ki, uzun müddət müsəlmanların, xüsusilə, ənsarın uzunmüddətli və qatı düşmənləri sayırdılar. Amma sonralar bəzi səbəblərə görə zahirdə küfr və bütpərəstlikdən əl çəkib islama iman gətirmişdilər. Ənsar Səqifədə məğlub olduqdan sonra Imam (ə)-ın himayədarlığına qalxdıqları və camaatı ona itaət etməyə dəvət etdikləri vaxt bu fitnəkarlar həddindən artıq narahat olub xilafət aparatından tələb etdilər ki, ənsardan olan Xəzrəc qəbiləsini beyətə dəvət etsin, əgər beyətdən boyun qaçırsalar, onlarla mübarizəyə qalxsın.
Adları qeyd olunan üç nəfərdən hər biri böyük bir yığıncaqda çıxış etdi. Əbu Süfyan da onlara qoşuldu. Onların müqabilində ənsardan olan Sabit ibni Qeys adlı məharətli söz ustası mühacirləri tənqid atəşinə tutub onlara cavab verdi. Mühacir və ənsarın arasında xitabə və şer şəklində olan dava-dalaş bir müddət davam etdi.
Ibni Əbil-Hədid öz şərhində hər iki tərəfin sözlərini qeyd etmişdir. Bu vəziyyətləri nəzərə almaqla, Imam (ə)-ın nə üçün sükutu silahlı qiyamdan üstün sayması və hansı tədbir və təmkinlə islamın tufana düşmüş gəmisini nicat sahilinə çıxarması aydın olur. Əgər Imam (ə) müsəlmanların birliyini istəməsəydi, ixtilafın dəhşətli və acınacaqlı aqibətini qabaqcadan görməsəydi rəhbərlik məqamının başqalarının olmasına heç vaxt icazə verməzdi. Elə Səqifə günlərində Əli (ə)-ın yaxın adamlarından olan bir nəfər onun mədhində şer oxudu. Onun tərcüməsi belədir:
"Mən heç vaxt təsəvvür etməzdim ki, ümmətin rəhbərliyini Haşim ailəsindən və Imam Əbül-Həsəndən alsınlar.
Məgər Əli sizin qiblənizə namaz qılan ilk şəxs deyilmi?!
Məgər sizin içinizdə Quranı və Peyğəmbər sünnəsini hamıdan yaxşı bilən o deyilmi?!
Məgər o Peyğəmbərə ən yaxın olan bir şəxs deyildimi?!
Məgər o həmin şəxs deyilmi ki, Peyğəmbərə qüsl-kəfən edəndə Cəbrail ona kömək etdi?!"
Əli (ə) onun şerlərindən xəbərdar olduqda bir qasid göndərdi ki, onu çağırsın, şer deməyi dayandırsın. Sonra buyurdu: "Islamın təhlükədən amanda qalması bizim üçün hər şeydən xoşdur."
Siffeyn müharibəsində Bəni-Əsəd qəbiləsindən olan bir kişi Imam (ə)-dan soruşdu: "Qüreyş sizi xilafət məqamından necə kənar etdi?!"
Əli (ə) onun yersiz sualından narahat oldu, çünki Imam (ə)-ın əsgərlərinin bəziləri xəlifələrin haqq olmasına inanırdı və bu sualın o vaxt verilməsi onların arasında ixtilaf yaranmasına səbəb ola bilərdi. Ona görə də Imam (ə) öz narahatçılığını aşkar edəndən sonra buyurdu: "Peyğəmbər (s)-lə olan qohumluğuna və hər bir müsəlmanın soruşmaq haqqı olduğuna görə sənin sualına qısa şəkildə cavab verirəm. Ümmətə rəhbərlik bizim haqqımız idi, bizim Peyğəmbərlə olan əlaqəmiz başqalarından daha möhkəm idi. Lakin bəziləri onun paxıllığını çəkdilər, bəziləri də ona göz yumdular. Bizimlə onların arasında hakim Allahdır və hamının qayıdış yeri Allaha tərəfdir."
Qeyd olunanlar Əmirəl-möminin Əli (ə)-ın sükutunun səbəbləri idi. Belə ki, islamın əsasının qorunması üçün öz haqqından əl çəkdi və iyirmi beş il zəhərdən acı olan qurtumları içdi.
Kitabın adı: Vilayət günəşi (birinci cild)
Müəllif: Ayətullah Cəfər Sübhani
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |