"Əs - səlam"
Əs - səlam (131) - pak və eyibsiz deməkdir.İmam Rza (ə) buyurmuşdur : Hər kəs xəstənin sağalması üçün onun başının üstündə 131 dəfə oxusa şəfa tapar.
Əgər 318 dəfə bir şərbətə oxuyub düşmənə içirsələr mehriban olar.Hər gün 111 dəfə oxumaq ürəyi xəstəlikdən qoruyar.Allah - təala onu darus- səlama daxil edər.Bu zikrin dördlük cədvəlini yanında gəzdirmək xəstəlikdən qoruyar.
"Əbdüs Səlam" ismi o insana verirlər ki,pis əxlaqdan uzaq olmuş olsun.
Hər kim bu ismi yüz dəfə bir xəstənin üzərinə oxusa şəfa tapar.
Bu ismi çox zikr etmək bəlalardan salamat qalmaq üçün faydalıdır.
Əgər bir kəs bu ismi üç yüz on səkkiz dəfə bir şərbətin üzərinə oxuyub düşməninə içirtsə,düşməni mehriban olar.
Şərh
Bu kəlmə Allahın isimlərindən olub "eyibsiz" deməkdir ki,Qurani Kərimdə cəmi bir dəfə zikr olunmuşdur.Bu ismi üç cür təfsir etmişlər:
1) Allah nöqsanlardan salimdir.Buna görə də bu ism Allahın səlbiyyə isimlərindən sayılır.
2) Allah salamatlıq əta edəndir ki,bu salamatlıq həm yaradılışın əvvəlində və həm də qiyamət günündə etibar olunasıdır.
3)Allah qiyamət günündə öz sevimli bəndələrinə salam edəndir.
Allah - təalanın yanında onlar üçün bəlalardan salamat bir yer vardır.(Ənam,128)
Kitabın adı : Allahın 99 gözəl adları (şərhi ilə birlikdə)