![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

Əhli sünnə qaynaqlarında mütənin halal olduğuna dair hədislər
Dəvətçi: "Səhihi-Buxari" və Əhməd ibn Hənbəlin "Müsnəd"ində Əbu Rəcadan, o da İmran ibn Həsindən belə nəql edilir: "Mütə ayəsi Allahın kitabında nazil oldu. Biz də Rəsullullah(s) vədat edənə qədər ona əməl etdik. Peyğəmbər onu nəhy etmədi və Quran da haram bilmədi. Adi bir adam öz nəzəri ilə istədiyini söylədi". Buxari də: " Bu adam Ömər ibn Xəttabdır"- deyir.
Müslim ibn Həccacın "Səhih" kitabının 1-ci cildinin 535-ci səhifəsində Mütə nigahı babında belə yer almışdır: "Həsən Həlvayi Əbdür-Rəzzaqdan, o da İbn Cüreyhdən, o da Ətadan belə rəvayət edir: "Abdullah Ənsari ümrə üçün Məkkəyə getdi. Onun evinə getdim. İnsanlar ondan bəzi məsələ və hədisləri soruşurdu. Söz mütəyə gəldikdə belə dedi: "Bəli, biz həm Rəsulullah(s), həm Əbu Bəkr, həm də Ömər zamanında mütə edirdik".
Həmidi isə "Cəmun-beynəs-səhiheyn" kitabında Abdullah ibn Abbasdan belə nəql edir: "Biz Peyğəmbər(s) zamanında mütə edirdik. Amma Ömər, xilafəti zamanında belə dedi: "Allah Təala Rəsuluna istədiyini halal edirdi. Amma o indi həyatda yoxdur. Quran da öz yerində qalsın. Həcc və ya ümrəyə başladıqda Allahın buyurduğu kimi sona çatdırın. Qadınlarla mütə etməyə tövbə edin. Hansı kişi mütə edərsə və onu mənim yanıma gətirsələr, onu daşqalaq edərəm".
Bu cür rəvayətlər mötəbər kitablarınızda olduqca çoxdur. Bunlar mütənin Peyğəmbər(s) zamanında mövcud və məşhur olduğunu, əshabın da əməl etdiyini və sonradan öz xilafəti dövründə Ömərin qadağan etdiyini isbat edir.
Kitabın adı : Pişavər gecələri 3
Müəllifin adı: Seyyid Muhamməd Musəvi Şirazi
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









