![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

Azğın atalar və övladlarının vəzifəsi
Mümkündür, hər hansı bir ailədə ailə başçısı, ailənin atası dini tərbiyədən uzaq olaraq ilahi buyruqları qəbul etməsin. Belə olan halda həddi-buluğa çatmış, ağlı kəsən övladı ilk növbədə onu yumşaq dil ilə haqqa qaytarmalı,bunun bir təsiri olmadıqda isə, atasının təsiri altına düşmədən, öz pak həyatını davam etdirməlidir.
Belə hallarda Peyğəmbərin(s) qoşunu sıralarında Ühüd döyüşündə şəhid olan gənc, mömin, mücahid Müsəb ibn Ümeyrdən dərs almağa çalışmaq lazımdır.
Müsəbin valideynləri müşrik idilərvə ona çox bağlı idilər. O, fitrətinin və ağlının çağırışı ilə Peyğəmbərə(s) iman gətirdi. Hicrətdən öncə Rəsulullahın göstərişi və Mədinə camaatının tələbi ilə bu şəhərə təbliğ etməyə getdi. Peyğəmbər(s) Mədinəyə gəldikdən sonra bir gün Müsəbin aşılanmamış qoyun dərisindən hazırlanmış köynək geyindiyini gördü və onu səhabələrə göstərərək buyurdu: " Allahın, qəlbini nurla doldurduğu şəxsə nəzər salın. Bir zamanlar mən onu Məkkədə valideynlərinin yanında ən ləziz yeməklər yeyib ən gözəl libaslar geyinən görmüşdüm. Lakin Allah, Allah rəsulunun eşqi onu gördüyünüz bu həyata gətirib çıxarmışdır".(Mizanül Hikmə,c.10, s.232)
Gənclər, övladlarının dindar, mənəviyyat sahibi olmalarını istəməyən valideynlərlə sərt davranaraq,dava etməsinlər. Bu, Allahın və Onun rəsulunun(s) buyruqlarına ziddir. Yalnız onların təsiri altına düşməmək kifayətdir. Belə ki, Allaha, Peyğəmbərə, imamlara etiqadınızı əldən verməyin.
Kitabın adı : İslamda ailə auruluşu
Müəllifin adı: Hüseyn Ənsarian
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









