Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Dualizm
    0
    Müəllif: Huseynci Medine | 8-07-2017, 13:00 | Baxılıb: 879
    Dualizm
    Bəşəriyyət, xüsusilə ariya soylu xalqlar lap qədimlərdən dünyanın işlərini iki qrupa - yaxşı və pisə bölürmüş. Nur, yağış, günəş, yer və bir çox şeyləri xeyir və yaxşılar qütbündə, qaranlıq, quraqlıq, sel, zəlzələ, xəstəlik, yırtıcılıq və quduzluğu isə pis və şərlər sırasında yerləşdirirmişlər. Əlbəttə, bu qruplaşdırmada insan özünü həmin şeylərin yerini müəyyənləşdirmək meyarı və miqyası edirmiş, yəni o, özü üçün xeyirli olduğunu gördüyü hər bir şeyi yaxşı, zərərli gördüyü şeyi isə pis adlandırırmış. Qədim insanlar üçün belə bir sual yaranıbmış ki, görəsən pis və şər işləri də yaxşı və xeyirli işləri yaradan kimsə yaradır, yoxsa yaxşılar bir mənşə, şərlər isə başqa bir mənşədən vücuda gəlirlər? Görəsən yaxşı və pisin yaradıcısı birdir, yoxsa dünyanın iki başlanğıc və yaradıcısı vardır?
    Onların bir qrupu belə qənaətə gəlib ki, dünyanı yaradanın özü ya yaxşı və xeyirxahdır, ya da pis və bədxah. Əgər yaxşıdırsa pisləri və əgər pisdirsə yaxşı və xeyirliləri yaratmaz. Onlar bu düşüncə ilə belə bir nəticəyə gəliblər ki, dünyanın iki başlanğıc və qaynağı (dualizm) vardır.
    Qədim iranlıların yaxşı və pisin (xeyir və şərin) hər birinə bir qaynaq və mənbə təsəvvür etmələri və sonralar «Əhrimən» və «Yəzdan» ifadəsi ilə bəyan edilən şeylərə etiqad bəsləmələri həmin mənşədən yaranıb.
    Tarixi nişanələrə əsasən, ariya kökünə mənsub olan insanlar İran torpaqlarında yerləşdikdən sonra təbiətin od, günəş, yağış, torpaq və külək kimi cilvələrinin pərəstişinə başlayıblar. Tarixçilərin nəzərlərinə əsasən, iranlılar pis və şər şeylərə pərəstiş etməyiblər. Amma ariya soyuna mənsub olmayan digər xalqlar da olub ki, onlar xəbis ruhları razı salmaq bəhanəsi ilə pis və şər şeylərə pərəstiş ediblər. Qədim İranda iki şeyə pərəstiş deyil, iki mənşə və iki yaradanın olması əqidəsinə inananlar olub, yəni iranlılar ibadətdə deyil, yaradılışda şirkə qail olublar.
    Sonralar Zərdüşt zühur edib. Tarixi baxımdan, Zərdüştliyin əslində tövhid və ya «ikitirəli» din olması tam şəkildə məlum deyil. Mövcud Avesta da həmin qaranlıq nöqtəni aydınlaşdırmır. Çünki bu kitabın müxtəlif hissələri bir-birindən çox fərqlənir. Avestanın «vendidad» adlı bölməsi aşkarcasına ikitirəliyə təkid edir. Amma onun «qat»lar bölməsindən elə də ikilik əqidəsi başa düşülmür. Hətta bəzi tədqiqatçıların iddialarına görə, həmin fəsildən tövhid nəticəsinə gəlinir. Elə həmin böyük fərq və ziddiyyətlərə görə tədqiqatçılar mövcud Avestanın bir nəfərin əsəri olmamasını bildirirlər. Onlar deyirlər ki, bu Avesta ayrı-ayrı şəxslər tərəfindən yazılıb.
    Bu barədə olan tarixi araşdırmalar yetərli deyildir. Amma biz «məcus» barəsində olan islami əqidəmizə görə, zərdüştliyi əsası tövhid dini olmuş bir din hesab edə bilərik. Çünki, islam alimlərinin əksəriyyətinin fikrinə əsasən, zərdüştlər kitab əhli sayılırlar. Tədqiqatçı tarixçilər də həmin əqidəni təsdiqləyərək deyirlər ki, dualizm əqidəsinin zərdüşt dininə nüfuzu, bu dinin zühurundan qabaq ariya soyunda ikiallahlıq əqidəsinin olması ilə bağlıdır.
    Əlbəttə, biz yalnız sırf tabeçilik, yəni islami əsərlər yolu ilə zərdüştliyi tövhid şəriəti hesab edə bilərik. Amma zərdüştliyə mənsub olan tarixi əsərlər baxımından onu tövhid dini adlandıra bilmərik. Çünki tədqiqatçıların «qatlara» əsaslanaraq dedikləri ən tutarlı şey budur ki, zərdüşt zati tövhid tərəfdarı olub, yəni o, yalnız bir varlığı öz zatına əsaslanan və yaradılmamış varlıq hesab edirmiş və o, Ahuramazda imiş. O, Ahuramazdanı bütün varlıqların, hətta Əhrimənin də yaradanı hesab edirmiş. Başqa sözlə desək, zərdüşt varlıq aləminin yalnız bir kökünün olmasına inanırmış. Həmçinin, bəzi tədqiqatçıların sözlərinə əsaslanaraq zərdüştü ibadi tövhidin tərəfdarı, yəni bir varlığa pərəstiş edən hesab edə bilərik. Amma hər hansı bir dinin tövhid dini olması üçün zati və ibadi tövhiddən əlavə, yaradılışda tövhid də lazımdır. Zərdüşt dini isə tarixi sənədlərə əsasən, yaradılış baxımından tamamilə ikitirəli olub. Çünki həmin təlimlərdən belə məlum olur ki, «ənqromenu»nun (xəbis əql) müqabil nöqtəsi «sepentmenu» (müqəddəs əql)-dir. «Sepentmenu» yaxşı, yəni yaxşı olan və yaradılmalı olan şeylərin mənşəyidir. Amma ənqromenu və ya Əhrimən pis şeylərin, yəni yaradılmamalı və Ahuramazda və ya sepentmenunun, onları yaratmaq məsuliyyəti daşımadığı və yaradılışları anqrumanyunun öhdəsinə olan şeylərin mənşəyidir. Bu fikrə əsasən, varlıq aləmi iki köklü olmamasına baxmayaraq ikitirəlidir, yəni Ahuramazdadan başlanan varlıq, iki qola bölünür. Onlardan biri sepentmenu və yaxşı təsirlərindən ibarət yaxşı qol, digəri isə ənqromenu və onun bütün pis təsir və yaratdıqlarından ibarət pis qoldur. Əgər Zərdüştdən qalmış ən mötəbər və ən tövhidi əsər olan qatları me`yar götürsək, onu beş-altı xeyir və şərdə, mövcud quruluşun ən gözəl quruluş olmaması və ali hikmətlə uyğun gəlməməsi əqidəsinə düçar olmuş görəcəyik. Bu cəhət onu səma elçilərindən tamamilə ayırır.
    Zərdüşt dini həmin naqis cəhətlərinə görə dualizmlə mübarizə apara bilmədi. Belə ki, dualizm əqidəsi ondan sonra, bir daha iranlılar arasında varlığın iki köklü olması mənasında meydana çıxdı. İranda bir növ zərdüştçiliyin qollarındən sayılan sasani dövrünün zərdüştləri, manovilər və məzdəkilər ən yüksək səviyyəli «ikitirəli» olublar.
    Həqiqətdə demək lazımdır ki, zərdüşt dini şirk və ikitirəliyi hətta qatlar səviyyəsində belə iranlıların ürəyindən çıxara bilmədi və özü də bu xurafi əqidəyə məğlub olaraq təhrif edildi.
    Ancaq islam neçə min illik bu xurafatı iranlıların beyinlərindən çıxara bildi. Bu islamın fövqəladə qüdrətinin və iranlıların ruhundakı dərin təsirlərinin nişanələrindəndir ki, dualizm əqidəsi ət və qanlarına hopmuş xalqı, bu iyrənc xurafatdan nicat verdi. Dualizm iranlıların canlarına elə yerimişdi ki, hətta Domuzil kimi bəzi şərqşünaslar onu iranlı təfəkkürünün əsası hesab ediblər. Onlar bu xurafata o qədər əsir olmuşdular ki, onun təsiri altında öz dinlərini belə təhrif edirdilər. Bəli, islam iki qüvvəyə pərəstiş edən iranlılardan əsl təkallahlı yetişdirdi ki, onlar «Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun!...» (əl-Ənam-1.) həqiqətini öyrənərək «O, yaratdığı hər şeyi gözəl yaratdı...» (əs-Səcdə-7.) mənasına etiqad bəsləyib «...Rəbbimiz hər şeyə Öz surətini və şəklini verən sonra da ona doğru yolu göstərən Allahdır!» (Ta-ha-50.)gerçəkliyinə iman gətirib onu dərk etdilər və Allah, yaradılış, varlıq və dünyaya eşq onların vücudlarını elə əhatə etdi ki, varlıq aləminin sitayişində belə dedilər:
    Be cəhan xorrəm əz anəm ke cəhan xorrəm əz ust
    Aşeqəm bər həme aləm ke həme aləm əz ust
    Be eradət be xorəm zəhr ke şahed saqist
    Be cəladət bekeşəm dərd ke dərman həm əz ust
    Mənası: Mən dünyada ona görə şadam ki, dünyanın şadlığı ondandır; bütün aləmə aşiqəm ki, aləmin hamısı ondandır; saqi şahid olan zəhəri tam iradə və razılıqla içərəm; dərmanı ondan olan dərdi şirinliklə çəkərəm.
    İranlı, islamdan sonra şərlər üçün nəinki Allaha rəqib olan mənşəyə qail deyil, əksinə ali irfani baxışda ümumi yaradılış aləmində olan pisliklər, onun gözündə məhv olur və o, «ümumiyyətlə pislik mövcud deyil» və ya «pis, olmayan şeydir» deyir. Qəzzali deyib ki, «mövcud quruluşdan gözəl quruluşun olması mümkün deyil.» Bu şəxs islamın yetişdirdiyi insandır ki, belə lətif və ali təfəkkür əldə edib. O, dərk edir ki, bir baxışda pis və xoşagəlməz olan bəla, çətinlik və müsibətlərin hamısı ali və dərin baxışda lütf və gözəllikdir.
    Yerində «qeybin dili» ləqəbini almış və dərin fəlsəfi və irfani düşüncələri fəsahət və bəlağətin ən yüksək həddində, kinayə və məcaz şəklində bəyan etmiş Hafiz, səthi və məhdud baxışla, yuxarıdan olan dərin və hərtərəfli baxışı, yəni kamil arif olan təriqət başçısının baxışı arasındakı fərqi, ikibaşlı ifadə ilə bəyan edərək belə deyir:
    Pire ma qoft xəta bər qələme son nərəft
    Afərin bər nəzəre pak xəta puşeş bad
    Mənası: Bizim təriqət başçımız dedi ki, yaradılış qələmində heç bir xəta olmayıb; Afərin onun bu pak və xəta örtən nəzərinə!
    Onun məqsədi budur ki, təriqət başçısının dünyanı haqqın vahid cilvəsi kimi görən və məhdudiyyət və səviyyəsizlikdən uzaq olan pak və nurlu baxışında, məhdud baxışlarda aşkar olan bütün xəta və «lazımsızlıqlar» məhv olur. Dünya Haqqın cilvəsidir. Haqqın zatı mütləq gözəllik və mütləq kamillikdir. Gözəlin cilvəsi də gözəldir və onun gözəl olmaması qeyri-mümkündür. Əgər gözəl bədəndə hər hansı bir üzvə, yerləşdiyi yer və digər üzvlərlə birgə, həmin bədəni təşkil etməsi məsələsini nəzərə almadan diqqət yetirsək, onun kamillik, ləyaqət və düzlüyünü dərk etmərik. Belə şəraitdə bəzən elə fikirləşirik ki, əgər o başqa cür olsaydı, daha yaxşı olardı. Amma onu geniş, hərtərəfli və gözəl bədəni təşkil edən bir üzv kimi nəzərə alanda fikrimiz tamamilə dəyişir.
    Hafiz, demək olar ki, bütün qəzəllərində kinayə və məcazla dediyi mətləbləri digər bir beytlə təfsir edir. O, həmin qəzəlin digər bir beytində, adətinə uyğun olaraq, öz məqsədini belə açıqlayır:
    Çeşməm əz ayine darame xətto xaləş şod
    Ləbəm əz buse robayan bəro duşəş bad.
    Mənası: Mənim gözüm onun qarşısında ayna tutanlardan, dodağım isə onun çiynindən busə götürənlərdən oldu.
    O, bu beytin birinci misrasında özünün, dünyanı Onun xal, göz və qaşının cilvəsi və hər şeyi öz yerində gözəl görən «eynul-yəqin» (gözlə görüb yəqin etmə) mərhələsinə çatmasını bəyan edir və ikinci misrada «həqqul-yəqin» (haqqı olduğu kimi yəqinliklə dərk etmə) mərhələsinə çatmasını arzulayır.
    Hafiz digər qəzəllərində də, ariflərin həqiqətə çatdıqdan sonra kamal, lütf, gözəllikdən başqa bir şey görməməsini dəfələrlə bəyan edib.
    Ruye xubəd ayəti əz lotfe bər ma kəşf kərd
    Zin səbəb coz lotfo xubi nist dər təfsiri ma
    Mənası: Sənin gözəl üzün bizə bir nişanə aşkar etdi; buna görə də bizim təfsirimizdə lütf və yaxşılıqdan başqa bir şey yoxdur.
    Yaxud başqa bir yerdə belə deyir:
    Məra be kare cəhan çəndan eltifat nə bud
    Roxe to dər nəzəre mən çenin xoşəş arast
    Mənası: Mənim dünya işlərinə elə də marağım yox idi; sənin üzün onu mənə elə gözəl göstərdi
    Ümumiyyətlə, dünyagörüşü irfani olan, vəhdəti fəlsəfi çoxluğun, cilvələnməni fəlsəfi səbəb-nəticənin, eşq və gözəlliyi fəlsəfi əql və vacibliyin canişini edən və dünyanı «mütləq gözəlliyin cilvəsi» hesab edən Hafiz, «xəyyamvari» və «əbul-əravari» misalında fikirləşə bilərmi? Hafiz irfani dünyagörüşündəki «vəhdət», «cilvə» və «gözəllik» ünsürlərini məşhur şerinin bu üç beytində çox gözəl və aşkar şəkildə bəyan edib.
    Əkse ruye to çu dər ayineye cam oftad
    Arif əz pərtove mey dər təməe xam oftad
    Hosne ruye to be yek celve ke dər ayine kərd
    İn həme nəqş dər ayineyi ovham oftad
    İn həme əkse meyo nəqşe neqarin ke nümud
    Yek fruğe roxe saqist ke dər cam oftad
    Bəzilərinin bu beyti Hafizin yaradılışa etirazı kimi qiymətləndirmələrinin səbəbi onun «xətapuş» kəlməsindən istifadə etməsidir. Amma onlar bu nöqtəni unudublar ki, ikibaşlı cümlə və ya kəlmədən istifadə etmək və bəzən zahiri mənasına zidd məna verən kəlmənin işlədilməsi bədii gözəlliklərdəndir və irfani şairlər bu üslubdan çox istifadə edirlər. Hafizin digər şerləri bu mətləbə gözəl dəlildir. Bundan əlavə, məsələn əgər Hafizin yaradılışa e`tiraz etməsini fərz etsək görəsən o, təriqət başçısına olan o qədər ehtiram, təzim və tam inamı ilə onu yalançı saya bilərmi? Çünki belə olan surətdə Hafizin məqsədi ya budur ki, təriqət başçısı yaradılışda heç bir səhvin olmaması iddiasında yalançıdır və ya o, axmaq və sadəlövhdür.
    Hafiz özünün bəzi şerlərində şərlərin yozulmasının əsas sirrini, yəni yaradılışın bölünməzliyini çox gözəl şəkildə bəyan edib və biz öz yerində həmin mətləbi açıqlamışıq. Buna görə də, hafizin həmin beytdə yaradılışa etiraz etməsini və təriqət sahibinin nəzərini puça çıxarmaq istəməsini fikirləşmək avamlıqdır.

    Kitabın adı: İlahi ədalət

    Müəllif: Ustad Mürtəza Mütəhhəri

     

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.