İddiaçılara aldanmayın!
+5
Müəllif:
RuQeYyA | 24-06-2017, 14:00 | Baxılıb: 674
İddiaçılara aldanmayın!
Mühüm nöqtə budur ki, özünü bu fənnlər üzrə alim adlandıran hər bir şəxsin iddiasına etimad olunmamalı, onlaral sirlər bölüşdürülməməli və kömək istənilməməlidir. Bu şəxslərin əksəriyyəti aləmə car çəkir, öz biliyini kartof-soğan kimi küçə-bazarlarda xərraca qoyurlar. Onlar hiyləgər, dolandırıcıdırlar! İnsanları soymaqla, şumda vədə verməklə öz bazarlarını istiləşdirirlər. Saib Təbrizi deyir:
Kim ki, namərdə açıb əl, dəva alsa əgər,
Nişi-əqrəblə ayaqdan tikanı rəf eylər.
Əgər onlara qarşı çox nikbin olub, Mövləvi demişkən, onları «abırsız cahillər» adlandıraq. Qədimdən deyirlər: «Bilikli düşmən nadan dostdan yaxşıdır! Nadan dost xeyir vermək yerinə, nadanlığı üzündən zərər verər.
Cahil həmdəm olsa sənə yaxından,
Səni yaralayar nadanlığından.
Belə adamlara etimad etməyin, onlara müraciət etməkdən çəkinin!
Kitabın adı: Xurafat
Müəllif: Seyid İsmayıl Şakir Ərdəkani
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.