Nücum (Astrologiya) elminin həqiqəti
+5
Müəllif:
RuQeYyA | 16-06-2017, 13:00 | Baxılıb: 1 185
Nücum (Astrologiya) elminin həqiqəti
Məhəmməd ibn Yəhya Xəsəmi imam Sadiqdən (ə) nücum elminin həqiqətinin olub-olmaması barəsində soruşdu. Həzrət (ə) cavabında buyurdu: «Bəli, həqiqəti vardır.» Başqa bir rəvayətdə buyurub: «Nücum elmi ilahi peyğəmbərlərin elmlərindəndir.»
هو علم من علم الانبیاء
Həzrət Əli (ə) də bir rəvayətdə buyurub:
ایّا کم و التکذیب بالنّجوم فانّه من علوم النبوّه
"Nücum elminin həqiqətini inkar etməyin! Çünki o, peyğəmbərlik elmlərinədir.”
Qurani-kərimdə də bu barədə söhbət açılıb. O cümlədən, «Saffat» surəsinin 88-89-cu ayələrində və İbrahimin hekayəsində (ə) deyilir:
«İbrahim ulduzlara xüsusi (bir baxışla) baxdı və dedi: «Mən xəstəyəm.»
Ustad Əllamə Təbatəbai bu ayənin təfsirində deyir: «Şübhəsiz ki, bu iki ayənin zahiri, sanki İbrahimin (ə) öz xəstəliyindən xəbər verməsinin onun ulduzlara baxması ilə bağlılığı vardır və bu baxışa əsasən belə bir sözü deyir. Bu baxış, ya saat və vaxta görədir. Məsələn, malyariyaya yoluxmuş şəxs, hərarətinin başlanmasını bir ulduzun çıxması və ya batması ilə, yaxud ulduzların xüsusi durumuna əsasən müəyyən edir. Yaxud da gələcəkdə baş verəcək hadisələri müəyyən etmək üçündür; münəccimlərin etiqadına əsasən, səmanın durumu bunları bildirir...»
Kitabın adı: Xurafat
Müəllif: Seyid İsmayıl Şakir Ərdəkani
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.