Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Seyid Möhsin Əmininin Aşura təhfirləri ilə mübarizəsi
Böyük islahatçı alim Əllamə Seyid Möhsün Əmin Amili (r) bu mübarizə meydanının fəryada səsləyənlərindəndir. Əzadarlıq məclislərində çoxəhatəli hərakata başlamışdı:
İslamın şəninə uyğun olmayan məclislərdə iştirak etməkdən çəkinir və bu çəkinmənin səbəbini də bildirirdi.
Aşura vaqiəsi və imam Hüseynin (ə) şəhadətini mötəbər rəvayətlərlə bir neçə kitab qələmə almışdı: «Ləvaicul-əşcan», «Əsdəqul-əxbar», «Əd-Durrun-nəzid» və «Əl-Məcalisus-sunniyyə».
Şiəni böhtandan müdafiə etmək üçün «Tənziyə» kitabını yazmışdı. Bu kitab, mərhum Cəlal Ali-Əhməd tərəfindən fars dilinə çevrilib, «Əzadarihaye-naməşru» adı ilə Teranda çap olunmuşdur.
Məşriqdə olduğu zaman, cavan xətiblər və mərsiyəçilərin tərbiyyəsi ilə məşğul olmuşdur. Bu məqsədlə təhsil almış istedadlı cavanları seçib, onlara düzgün şəkildə mərsiyyə oxumağı öyrətmiş və zəif rəvayətlərə əsaslanan qədim mərsiyyə oxuyanların qarşısını almışdı.
Deməli, təhrif, yalan və əsassız dastanlar ilə tanış olmaq üçün bu kitablara müraciət edərək onları tanıyıb çəkinmək lazımdır.
Bu nöqtəni də qeyd etmək lazımdır ki, aşura vaqiəsilə bağlı bu təhrif və əsassız rəvayətlərin yayılmasının məsuliyyəti birinci növbədə alimlərin, rövzəxan, mərsiyyəxan, məddah şair və Kərbəla tarixçilərinin öhdəsinə düşür. İkinci dərəcəli isə məsuliyyəti, bu yalanların, təhriflərin əksinə heç bir münasibət bildirməyən, öz sükutu ilə bu təhriflərin yayılmasına səbəb olan dinləyicilər daşıyır. Halbuki, həqiqi müsəlman əql, məntiq, fərasət gücü və özünün düşüncəsi ilə təhrifləri tanıyıb bacardığı qədər onların qarşısında dayanmalıdır. Buna əlavə olaraq, təkcə məclislərə yüksək səsli deyil, hadisələri düzgün faktlar və sənədlər əsasında danışan məddahlar dəvət olunmalıdır. Əhli-beytin (ə) simasını (Allah eləməsin) həqir, zəlil və ya o böyüklərin şənindən uzaq olan yersiz təriflərlə canlandıranların, o Şəxsiyyətlərin (ə) müqəddəsliyindən özlərinin maddi bazalarını böyütmək üçün bazar açanların yanında deyil, əksinə, Onları düzgün tanıdanların, izzət və əzəmətini xatırladanların yanında oturmalıdırlar.
Kitabın adı: Xurafat
Müəllif: Seyid İsmayıl Şakir Ərdəkani
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |