Evlənmək üçün istixarə tövsiyə olunmayıb
Baxın! Məsələni düzgün anlamamaq nəticəsində bəziləri istixarə etməyi göydən nazil olan vəhy kimi yerinə yetirir, talelərini bir istixarə ilə müəyyən edirlər! Elə bu şəxslərdilər ki, evlənən zaman öz nəzərlərində tutduqları şəxsi istixarə ilə təyin edib, gələcəklərini düşünmədən, araşdırmadan istixarənin əlinə tapşırırlar!
Ayətullah Əmini deyir: «Qız, oğlan və onların ailələri, onun həyat yoldaşı olacaq şəxsin tanınması barəsində araşdırma aparmalıdırlar. Əgər yenə də tərəddüddə olsalar, məlumatlı və etimadlı bir və ya bir neçə nəfərlə məsləhətləşsinlər. Nəticə aldıqları təqdirdə, onu həyata keçirsinlər. İstixarə isə o yerdə olur ki, təhqiq və məsləhətləşmə ilə nəticə almayıb, heyrətdə qalsınlar. Təbii ki, təhqiq və məsləhət, istixarədən öncədir. Sizin təhqiqinizin nəticəsi yaxşıdırsa, onu yerinə yetirin. Bu halda istixarə etmək lazım deyil. Biz, İslamda istixarə etməyə sövq olunmamışıq.»
İstixarəyə arxa çevirmək olar
Başqa bir nöqtə də budur ki, istixarənin əksinə əməl etmək (istixarəyə arxa çevirmək) şəriətdə haram olunmayıb. Əgər şəxs qəlbən istixarədən narazıdırsa, onun əksinə əməl edə bilər. Bəzi alimlərdən nəql olunub ki, əgər istəsələr, istixarənin əksinə əməl edə bilərlər. Dərhal deyil, əvvəlcə bir müddət səbir etsinlər. Sonra sədəqə verib, işlərini yerinə yetirsinlər.
12-ci sual: İstixarəyə əməl etmək vacibdir?
Ayətullah Əli Xameneyi: «Şəriətə görə istixarənin nəticəsinə uyğun hərəkət etmək lazımi (vacib) deyil. Amma yaxşıdır ki, onun əksinə əməl olunmasın.»
Kitabın adı: Xurafat
Müəllif: Seyid İsmayıl Şakir Ərdəkani