Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Ey Kə’bə evində göz açan insan,
Gövhərsən, cisminin sədəfi Məkkə.
Kə’bədə mövludun heyrət doğurdu,
Haqqın evi saldı üstünə kölgə.
Əli əleyhissalam aşiqlərinə Allahın salamı olsun. Bu gün möminlərin əmiri, İslamı ilk qəbul edən şəxs, əziz peyğəmbərimizin (s) qardaşı, İslamın sütunu, qiyamətədək bütün bəşəriyyətə öndər olan Həzrət Əli (ə) mövlud günüdür. O elə bir dahi şəxsiyyət olmuşdur ki, Allah onun Xəndək müharibəsində vurduğu bir zərbəni bəşəriyyətin ibadətindən üstün bilmişdir. Hz. Əli (ə) möminlərlə mehriban, kafirlərə qarşı isə sərt idi. Bütün ömrü boyunca əməllərində İlahi rizayəti öndə tutmuşdur. Allahın
əmrlərindən çıxmamış və İslam üçün malından, canından keçmişdir. Kəlamları hər biri bəşəriyyətə dərs verəcək qədər təsirli, sürdüyü həyat yolu möminlərə nicat, haqq yolu olaraq qalmışdır. Bu gün bayram günüdür. Sizləri əziz Peyğəmbərimizdən (s) sonra bəşəriyyətin ən əşrəfi, Allah evində dünyaya gələn və Allah evindəcə də İlahiyə qovuşan, «Elm şəhərinin qapısı», Zülfüqar sahibi, kamillik təcəssümü - Əmirəlmö’minin Həzrət imam Əlinin (ə) mübarək
mövludu münasibətilə təbrik edirik! Mövlud bayramınız mübarək! Bu müqəddəs mövlud münasibətilə cəmi müsəlmanları, haqq aşiqlərini və ən əsası zamanımızın imamı olan İmam Zamanı (ə.f.) təbrik edirik. ALLAH hamınıza o insanın dünyada ziyarətin, axirətdə isə şəfaətin nəsib eləsin. ALLAH sizə Əlinin (ə) xanımı kimi xanım, övladları kimi övlad nəsib etsin. Sizə Əli (ə) kimi yetim haqqını qoruyan biri olmağı arzu edirəm. ALLAHdan sizə və
yaxınlarınıza İmam Əli (ə) şücaəti, Əli (ə) rəhmi və Əli (ə) səbri əta etməsini diləyirəm. Uca Allahdan hər birimiz üçün, xalqımız üçün, bütün ümmət üçün Əli şücaəti, Əli kamilliyi, Əli dönməzliyi, Əli mətinliyi, ən əsası da Əli (ə) kimi yalnız Allaha tapınmağı diləyirik! Uca Allah bu işdə hər birimizə tofiqlər inayət etsin, inşAllah!
P.S Bugün iki rukət namaz qılıb Əmirəl-Möminin (ə) ruhuna hədiyyə etməyi unudmayaq inşallah...
https://www.youtube.com/watch?v=OxdYhFAl69c
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |