![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Nisan 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |
Sual 28: Əgər ağıl varsa, dinə nə ehtiyac?
Cavab:Amma bütün insanlar bu fikirdə olduğundan cəmiyyətdə ixtilaflar yaranır. İnsanlar arasında uyğun münasibəti tənzimləmək üçün qanunlara ehtiyac yaranır. Qanunun zəruriliyini qəbul edən bəşəriyyət öz şüurunu işə salıb qanunlar toplusu hazırlasa da, cəmiyyətdəki ixtilaflar daha da artır. Çünki qanunu hazırlayan şüurun dərinliyində şəxsi mənafe istəyi hər şeydən güclüdür. Böyük bir cəmiyyət üçün qanunlar hazırlayan qrup öz məhdud təfəkkürünü aşıb milyonların mənafeyini dərk edə bilmir. Ona görə də hakimiyyətə gələn digər qrup dərhal qanunları dəyişməyə başlayır. İnsanın yaratdığı qanunların tez-tez dəyişməsi cəmiyyətdəki inkişafla yox, təbəqələrarası ziddiyyətlərlə bağlıdır. Bəli, bəşəri qanunlar hamını qane etmək gücündə deyil.
İncə bir nöqtəyə diqqət yetirin. İnsanı şüur idarə edir. İxtilaflar da şüurdan doğur. Əgər qanun şüurdan yan ötüb, yalnız hərəkətləri tənzimləyirsə, ixtilaflar sonadək həll ola bilərmi? İxtilaf yaradan maşın (insan şüuru) tam gücü ilə işləyirsə, cəmiyyət ixtilafdan yaxa qurtara bilərmi?
Demək, qanun ilk əvvəl insanın daxili hisslərini tənzimləməlidir. Belə qanunlar isə yalnız dində öz əksini tapır. Allahdan qorxan bir cəmiyyətin polisə, məhkəməyə, zindana ehtiyacı qalmır.
Sual oluna bilər ki, nə üçün dinin hakim olduğu cəmiyyətlərdə ixtilaf yaranır? Unutmayaq ki, dinin qəlblərə hakim olduğu cəmiyyətlərdə heç bir ixtilaf nəzərə çarpmaz. Əgər cəmiyyət şəhvət və günah girdabındadırsa, əlbəttə ki, dinin özündən imtina edəcək.
Kitabın adı: Şübhə doğuran suallar
Müəllif: Məhəmməd Turan
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |