Din alimlәri vә Quran elmlәri mütәxәssislәri bu ifadәdәn lüğәvi mәnada istifadә etmişlәr. Nәsxin tәrifindә deyilir: Nәsx hәr hansı sabit bir şәri hökmün dövr vә zamanı dәyişilmәklә yeni hökmlә әvәz olunmasına deyilir. Tәrifdә «sabit» ifadәsindәn istifadә etmәkdәn mәqsәd budur ki, әgәr sadir olunan hökm sabit olmazsa, mövzu dәyişilmәklә әvәz olunarsa artıq nәsx adlandırılmayır. Mәsәlәn, Ramazan ayı başa çatdıqdan sonra әgәr bu ayda oruc tutulmasının vacibliyi aradan götürülәrsә, artıq biz bunu nәsx adlandıra bilmәrik. Çünki, orucun vacibliyi hәmişәlik deyil, yalnız Ramazan ayına aiddir. Belә ki, Ramazan ayı sona çatdıqdan sonra orucun vacibliyinә dair sadir olunmuş hökmün vacibliyi dә әvәz olunur. Hәmçinin vaxtı keçdikdәn sonra var-dövlәtә aid olan malikiyyәti dә nәsx adlandırılmır. Çünki bütün hallarda әvәz olunan hökmün özü deyil, mövzu vә şәraitidir vә mövzu dәyişilmәklә hökmün aradan götürülmәsi nә nәsx adlanır, nә dә şәriәt alimlәri arasında fikir ayrılığına vә ixtilafa sәbәb olur.
İzah: Nәsxin mahiyyәtinin nәdәn ibarәt olduğunu daha da aydınlaşdırmaq üçün oxucunun nәzәrini verdiyimiz izahata cәlb edirik.
Şәriәt vә islam qanunları tәrәfindәn uydurulan hәr bir hökm vә hәr hansı bir hәqiqi qanunvericilik orqanı tәrәfindәn qüvvәyә minәn hәr bir qanun sübut vә isbat baxımından iki mәrhәlәdәn ibarәtdir:
1. Hökmün reallaşmasında olan sübut mәrhәlәsi;
Buradan hәmәn qanunvericilik mәrhәlәsi nәzәrdә tutulur. Bu mәrhәlәdә hökm vә qanun ümumi şәkildә hәr hansı bir mәtlәb nәzәrdә tutulmadan qüvvәyә minir. Mәsәlәn, şәrabın haram olduğuna dair hökm verilir. Belә bir qanunvericiliyin mәnası bundan ibarәtdir ki, hәr zaman vә hәr yerdә şәrab olsa ondan istifadә (alıb-satmaq, içmәk, hәdiyyә etmәk vә s.) haram vә yol verilmәzdir.
Nәsx olunmadan belә bir hökmün aradan götürlmәsi qeyri-mümkündür. Çünki, bu qanunvericilikdә nә zahiri, nә dә batini mәtlәb nәzәrdә tutulur.
2. Hökmün zahiri isbat mәrhәlsi:
Bu mәrhәlәdә ilk növbәdә sadir olunmuş hökmün xaricdә qüvvәyә minmәsi nәzәrdә tutulur. Vә hökm bu mәrhәlәyә yalnız o zaman çata bilәr ki, başqa sözlә desәk, yalnız elә bir şәraitdә qüvvәyә minә bilәr ki, nәzәrdә tutulan mәtlәb xaricdә hәyata keçmiş olsun. Mәsәlәn, şәrab meydana gәldiyi gündәn onun haramlığına dair qәti hökm sadir olundu. Yәni nә qәdәr ki, şәrab mövcuddur, onun haramlığına dair sadir olunmuş hökm dә qüvvәdә olacaqdır. Lakin mövzu aradan götürüldükdә (yәni xaricdә mövcud olmadıqda) hәtta әgәr şәrab sirkәyә çevrilsә belә haramlığına dair sadir olunmuş hökm dә qüvvәdәn düşәcәkdir. Amma diqqәt yetirmәk lazımdır ki, belә bir hökmün qüvvәdәn düşmәsinin nәsxlә heç bir әlaqәsi yoxdur. Artıq bizә nәsxin vә mövzunun әvәz olunmasının nә olduğu bәlli oldu. Haqqında söhbәt açmaq istәdiyimiz mövzu Quran mütәxәssislәri arasında ixtilafa sәbәb olmuş nәsx mәsәlәsidir. Belә ki, qüvvәdә olan sabit hökm, xaricdә mövzunun olmasına baxmayaraq (zәmanәnin tәlabatını ödәmәdiyi üçün) ya aradan götürülür vә ya tam ayrı bir hökm ilә әvәz olunur.
Ötәn fәsillәrdә nәsxin lüğәvi vә istilahi mәnaları ilә tanış olduq. Görәsәn nәsx özünün hәmәn bu mәnasında ilahi hökmlәrә yol tapa bilәrmi? Yәni hәr hansı bir hökm başqa bir hökmü nәsx edәrәk aradan apara bilәrmi?
İslam dünyasının görkәmli alim vә mütәxәssislәri hamılıqla nәsxin mümkünlüyünә (yәni ilahi hökmlәrdәn bәzilәrinin, digәr hökmlәrlә әvәz olunmasına) dair öz fikir vә mülahizәlәrini irәli sürmüşlәr. Lakin mәsihi vә yәhudi alimlәri bu nәzәriyyә ilә müxalifәt edәrәk ilahi hökmlәrin nәsx olunmasını vә qeyri-mümkün hesab edirlәr. Bu barәdә onlar heç bir әsası olmayan yalnız bir dәlilә istinad etmişlәr.
Kitabın adı: Əl-bəyan 1-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi